Dieqo Simeone — Vikipediya

Dieqo Simeone
isp. Diego Simeone
Ümumi məlumatlar
Tam adı Dieqo Pablo Simeone
Doğum tarixi (53 yaş)
Doğum yeri Buenos-Ayres, Argentina
Vətəndaşlığı Argentina, Argentina[1]
Boyu 177 sm
Çəkisi 70 kq
Mövqeyi dayaq yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub İspaniya Atletiko Madrid
Vəzifəsi Baş məşqçi
Karyerası
Klub karyerası[* 1]
1987—1990 Argentina Velez Sarsfild 76 (14)
1990—1992 İtaliya Piza 55 (6)
1992—1994 İspaniya Sevilya 64 (12)
1994—1997 İspaniya Atletiko Madrid 98 (21)
1997—1999 İtaliya İnter Milan 57 (11)
1999—2003 İtaliya Latsio 90 (15)
2003—2005 İspaniya Atletiko Madrid 36 (2)
2005—2006 Argentina Rasinq Avellaneda 37 (3)
Milli yığma[* 2]
1988—2002 Argentina Argentina milli futbol komandası 106 (11)
Məşqçisi olduğu klublar
2006 Argentina Rasinq Avellaneda
2006—2007 Argentina Estudiantes
2007–2008 Argentina River Pleyt
2009–2010 Argentina San Lorenso de Almaqro
2011 İtaliya Kataniya
2011 Argentina Rasinq Avellaneda
2011–h.h İspaniya Atletiko Madrid
Təltif və medalları
Olimpiya oyunları
Gümüş Atlanta 1996 futbol
Artemio Franki kuboku
Qızıl Artemio Franki 1993
Kral Fəhd Kuboku
Qızıl Səudiyyə Ərəbistan 1992
Amerika Kuboku
Qızıl Çili 1991
Qızıl Ekvador 1993

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dieqo Pablo Simeone (isp. Diego Pablo Simeone; 28 aprel 1970-ci il, Buenos-Ayres) Argentinalı futbolçu və futbol məşqçisi. 2006-cı ildə futbolçu karyerasını bitirmədən öncə, dəyaq yarımmüdafiəçi mövqeyində oynuyurdu. Hal hazırda Atletiko Madrid klubunun baş məşqçisidi. 24 mart 2015-ci ildə o, klubla 2020-ci ilə qədər müqaviləsini uzatdı.[2]

O, Argentina milli futbol komandasında 100-dən çox oyun keçirdib və onun heyətində 1994, 19982002-ci illərin Dünya Çempionatlarında iştirak edib. Karyerası boyu, Simeone inadcıl yarımmüdafiəçi kimi tanınırdı, hansıki həm rəqibdən topu ala bilirdi, həm hücümü başlıyırdı, həmdə özü qol vurmaq bacarığındaydı.[3] O, ilk növbədə öz liderliyi ilə, texnikasıyla, taktiki universallığıyla, ağılıyla, gücüylə, dözümlülüyü ilə seçilirdi.[4]

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Simeonenin ilk peşəkar klubu Velez Sarsfild idi, sonradan 1990-cı ildə o, İtlaliyanın Piza klubuna keçir. Bu klub 1990-1991-ci ilin sezonunda Seria A-nı tərk edir və növbəti ildə ali liqaya yenidən yüksələ bilmir. Simeone yeni klubu Sevilya olur. Burada o, iki sezon keçirəndən sonra, Atletiko Madrid transfer olunur. Atletikoda o, 1995-1996-cı ilin sezonunda ölkə çempionatının və kubokunun qalibi olur.

1997-ci ildə o, yenidən Milanın İnter komandasına keçərək, Seria A-ya qayıdır və tam iki mövsüm keçirərək, 1997–98 UEFA kubokunu qazanır. 1999-cu ildə o, heyətində Hernan Krespo, Xuan Sebastyan Veron kimi argentinalı ulduzları olan Latsio klubunun şərəfini qorumağa başlayır. Simeone, İspaniyada olduğu kimi, burada da ölkənin ən vacib iki kubokunu qazana bilir. Onlar çempionatda Yuventusu üstəliyərək, qızıl medalların sahibi olurlar, kubok finalında isə Simeonenin qələbə qolu saəsində İnteri 2:1 məğlub edirlər.

O, Roma təmsilçisinin heyətində daha 3 mövsüm keçirtdi. 2001–02 mövsümü Dieqo üçün ən dramatik il sayılır, çünki onun keçmiş komandası İnterə vurduğu qol, bu klubun çempionluq arzusunu tamamilə puç edir.

2003-cü ildə o, yenidən Atletiko klubun uğurları üçün çalışmaya başlayır. Komandada 2 sezon keçirir və 165 oyunda 31 qol vurur. 2005-ci ildə o, Avropanı tərk edərək, karyerasını Argentinanın Rasinq klubunda bitirir.

Mill komanda karyerası[redaktə | mənbəni redaktə et]

Argentina millisində o, ilk oyununa 1988-ci ildə çıxıb, ümümiyyətlə isə 106 oyun keçirdib.[5] 1991 və 1993 illərdə o, komandası ilə birlikdə Amerika kubokunu qazanmışdır. 1994, 19982002 illərin Dünya Kuboku turnirində oda Argentinanın heyətində idi. O, Atlantada keçirlən 1996 Yay Olimpiya Oyunların futbol turnirin qalibidi. [[Yarımmüdafiəçi]] kimi millinin heyətində 11 qol vurub, o qolların biri Kral Fəhd Kubokunun finalına təsdüf etmişdir. 1998 ilin dünya kubokunda Devid Bekhem Simeoneyə təpik vurduğu üçün qırmızı vərəqə almışdır.[6] Sonradan Simeone etiraf etmişdir ki, o, Bekhem cəzalansın deyə qəstən yıxılımışdır.[7] Simeonenin sözlərinə görə o, millidə keçirdiyi oyun saylarına görə Maradonanı keçdiyi üçün "utanır" (O vaxtdan bəri Roberto AyalaXavyer Zanetti onun rekordunu artıqlaması ilə vurublar)

Məşqçi karyerası[redaktə | mənbəni redaktə et]

İlk illəri[redaktə | mənbəni redaktə et]

Simeone Rasinqdə sonuncu matçını 17 fevral 2006-cı ildə oynamışdır, sonra isə elə bu klubun baş məşqçisi seçilmişdir. Pis starta baxmayaraq, klub çempionatın sonunda yaxşı finiş etməyə bacarmışdı. Klubun yeni prezident seçkilərindən sonra, Simeone Rasinqi 2006 ilin may ayında tərk etdi.

18 mayda o, Argentinanın Estudiantes klubun baş məşqçi vəzifəsinə gətirildi və tezliklə onlara 23 ildən sonra ilk titulunu qazandırdı. 2007-ci ilin sonunda Simeone bu klubu tərk edir. Onun yeni iş yeri doğma ölkəsinin başqa komandası River Pleyt olur. 2008-ci ildə Libertadores kubokunun 2-ci raundunda klub məğlub olur, amma Klausuran çempionatının qalibi olmağını bacarır. Bir neçə uğurssuz nəticələrdən sonra Simeone öz istəfasını elan edir. 15 aprel 2009 ildə onun məşqçi karyerası San Lorenzo (Argentina) klubunda davam edir. 3 aprel 2010 ildə məşqçi pis nəticələrə və artan tənqidlərə görə buranı tərk edir.

Kataniya/Rasinq[redaktə | mənbəni redaktə et]

19 yanvar 2011 ildə Simeone cəmi bir neçə saat əvvəl Kataniyanı tərk edən Marko Canpaolonu əvəz etməsi üçün, Sisiliyaya uçur. Beləliklə də onun Seria A məşqçi karyerası başlayır.[8][9] Kataniyanı turniri tərk etmədən xilas etdikdən sonra, 1 iyun 2011 ildə postundan ayrıldı.[10] 21 iyun 2011 ildə Dieqo ikinci dəfə Rasinq klubunun məşqçisi təyin edildi.[11]

Atletiko Madrid[redaktə | mənbəni redaktə et]

23 dekabr 2011 ildə Simeone Atletiko Madriddə baş məşqçi vəzifəsində Qreqorio Manzanonu əvəzlədi. Simeone ilk sezonundaca komandasıyla finalda Atletik Bilbaonu 3-0 udaraq, UEFA Avropa Liqasının qalibi olmuşdur.[12]

2012 ilin 31 avqust ayında Atletiko Monakoda II Lui stadionunda keçirilən UEFA Superkubokunun sahibi olmuşdur. Onlar finalda Çelsini 4-1 məğlub etmişdirş. 17 may 2013 ildə Santyaqo Bernabeuda keçirilən finalda Real Madrid üzərində 2-1 qələbə çalaraq Copa del Rey kubokunun növbəti qalibi olmuşdur. Simeonenin komandası La Liqanıın 2012/2013 mövsümünü 3 yerdə başa vurmuşdu. 2013/2014 sezonunda Atletiko Madrid İspaniya çempionatının qalibi olmuşdur, bu komandanın 1996-cı ildən bəri ən yaxşı nəticəsi oldu. Elə bu sezondada klub Çempionlar Liqasının finalına yüksəlməklə, bu turnirdə tarixinin ən yaxşı nəticəsini göstərdi. Finalda onlar Real Madridə əlavə olunmuş vaxtlarda məğlub oldular.

Simeonenin başçılıq etdiyi Atletico Avropanın klublar arası əsas futbol turnirin 2015/2016 sezonunda finala çıxmaqla, öz uğrunu təkrarladılar, Onların rəqibi yenidən Real Madridi komandası olmuşdur. Oyun əsas vaxtda 1:1 bitdiyindən və əlavə vaxtda qalibin müəyyənləşmədiyindən, penalti seriyası oynalındı, və Real Madrid 5:3 hesabı ilə qalib gələrək, 11 dəfə bu kuboku başı üzərində qaldırdı.

Statisitika[redaktə | mənbəni redaktə et]

Klublardaki karyera statistikası[redaktə | mənbəni redaktə et]

[13]

Klub Liqa Kubok Liqa kuboku Kontinental Toplam
Sezon Klub Liqa Oyunlar Qollar 0 Oyunlar Qollar 0 Oyunlar Qollar 0 Oyunlar Qollar 0 Oyunlar Qollar 0
Argentina Liqa Kubok Liqa kuboku Cənubi Amerika Toplam
1987–88 Velez Sarsfild Argentina Çempionatı 28 4
1988–89 16 2
1989–90 32 8
Italiya Liqa İtaliya Kuboku Liqa Kuboku Avropa Toplam
1990–91 Piza Seria A 31 4
1991–92 Seria B 24 2
İspaniya Liqa Copa del Rey İspaniya Superkuboku Avropa Toplam
1992–93 Sevilya La Liqa 33 4
1993–94 31 8
1994–95 Atletiko Madrid La Liqa 29 6
1995–96 37 12
1996–97 32 3
Italiya Liqa İtaliya Kuboku Liqa kuboku Avropa Toplam
1997–98 İnter Milan Seria A 30 6 2 0 - - 9 1 41 7
1998–99 27 5 8 0 - - 9 2 44 7
1999–00 Latsio Seria A 28 5
2000–01 30 2
2001–02 8 1
2002–03 24 7
İspaniya Liqa Copa del Rey İspaniya Superkuboku Avropa Toplam
2003–04 Atletiko Madrid La Liqa 28 2
2004–05 8 0
Argentina Liqa Kuboku Liqa Kuboku Cənubi Amerika Toplam
2004–05]] Rasinq Avellaneda Argentina Çempionatı 17 2
2005–06 20 1
Toolam Argentina 113 20
İtalya 202 32
İspaniya 198 35
Ümümi sayı 513 84

Milli komandada karyerası[redaktə | mənbəni redaktə et]

[14]

Argentina milli futbol komandası
İl Oyunlar Qollar
1988 2 1
1989 3 0
1990 1 0
1991 9 2
1992 3 1
1993 13 1
1994 10 0
1995 8 2
1996 6 2
1997 9 1
1998 12 0
1999 11 1
2000 11 0
2001 6 0
2002 2 0
Toplam 106 11

Məşqçi statistikası[redaktə | mənbəni redaktə et]

29 aprel 2015 ilə əsasən

Klub Milli Bu tarixdən Bu tarixə qədər Hesabat
Oyun sayısı Q H M Qələbə faizi
Rasinq Avellaneda  Argentina Fevral 2006 il May 2006 il 14 5 3 6 35.71
Estudiantes  Argentina May 2006 il Dekabr 2007 il 60 34 15 11 56,67
River Pleyt  Argentina Dekabr 2007 Noyabr 2008 44 20 12 12 45,45
San Lorenzo  Argentina Aprel 2009 Aprel 2010 48 21 9 18 43,75
Kataniya  İtaliya 19 yanvar 2011 1 iyun 2011 18 7 3 8 38,89
Rasinq Avellaneda  Argentina 21 iyun 2011 Dekabr 2011 20 8 10 2 40,00
Atletiko Madrid  İspaniya 23 Dekabr 2011 hal hazırda 200 127 40 33 65,50
Toplam 404 222 92 90 54,95

Mükafatlar[redaktə | mənbəni redaktə et]

Oyunçu kimi[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Atletiko Madird[redaktə | mənbəni redaktə et]
İnter Milan[redaktə | mənbəni redaktə et]
Latsio[redaktə | mənbəni redaktə et]

Milli[redaktə | mənbəni redaktə et]

Argentina[redaktə | mənbəni redaktə et]
Şəxsi[redaktə | mənbəni redaktə et]

Məşqçi kimi[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Estudiantes[redaktə | mənbəni redaktə et]
  • Argentina Çempionatı (1): Apertura 2006
River Pleyt[redaktə | mənbəni redaktə et]
  • Argentina Çempionatı (1): Klausura 2008
Atletiko Madrid[redaktə | mənbəni redaktə et]

Şəxsi[redaktə | mənbəni redaktə et]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Simeonenin oğlu Covanni Simeone futbolçudu, hal hazırda Argentinada karyerasını dava etdirir. Onun ikinci oğlu Culiano Simeone Atletiko Madridin oyunlarında top daşıyan uşağ kimi görülmüşdü. İspaniya Kral Kubokunda Real Madrid üzərində 2:0 qələbədən sonra, Simeone Culianonu iki dəfə qucaqlamışdı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Oyunçunun transfermarkt.de saytındaki profil Arxivləşdirilib 2023-07-07 at the Wayback Machine (ing.)
  2. "Arxivlənmiş surət". 2015-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-15.
  3. "Lazio:| Simeone 'Io in panchina? Prima o poi…'". 2 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2014.
  4. "Diego Simeone juntaba garra, carácter y una gran técnica". 6 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 October 2014.
  5. "RSSSF Argentine international players". Rsssf.com. 2010-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
  6. "Bekhemin Simeoneyə zərbə anı". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-16.
  7. Carlin, John. "England v Argentina – A history". Observer Sport Monthly, 19 May 2002. London. May 19, 2002. March 28, 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 15, 2006.
  8. "ESCLUSIVA TMW - Criscitiello: "Colpo Lo Monaco: Simeone a Catania"". Tutto Mercato Web (Italian). January 19, 2011. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2011.
  9. "Diego Pablo Simeone è il nuovo allenatore del Catania" (Italian). Calcio Catania. January 19, 2011. July 27, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 19, 2011.
  10. "Catania, rescinde Simeone". Tutto Mercato Web (Italian). June 1, 2011. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 1, 2011.
  11. "Diego Simeone fue presentado como nuevo técnico de Racing Club". Racing (Spanish). June 21, 2011. June 25, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 21, 2011.
  12. "Buxarestdə keçirilən Avropa Liqası". 2016-03-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  13. "Diego Simeone National-Football-Teams.com saytındaki profili". 2021-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.
  14. "Diego Pablo Simeone - Century of International Appearances". Rsssf.com. 2002-06-15. 2011-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.