Didye Droqba — Vikipediya

Didye Droqba
fr. Didier Drogba
Ümumi məlumatlar
Doğum tarixi 11 mart 1978(1978-03-11)[1][2][…] (46 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 189 sm
Çəkisi 91 kq
Mövqeyi hücumçu
Nömrəsi 11
Karyerası
Gənclik karyerası
1996—1997 Fransa Levalua
1997—1998 Fransa Le-Man
Klub karyerası[* 1]
1998—2002 Fransa Le-Man 64 (12)
2002—2003 Fransa Genqam 45 (20)
2003—2004 Fransa Olimpik Marsel 35 (19)
2004—2012 İngiltərə Çelsi 226 (104)
2012 Çin Şanxay Şenxua 11 (8)
2013—h.h. Türkiyə Qalatasaray 35 (17)
Milli yığma[* 2]
2002—h.h. Kot-d'İvuar Kot-d'İvuar 104 (65)
Təltif və medalları
Afrika millətlər kubokları
Gümüş Misir 2006
Gümüş Qabon/Ekvatorial Qvineya 2012

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 2 fevral 2014 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 2 dekabr 2013 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Didye İv Droqba Tebili (fr. Didier Yves Drogba Tébily; 11 mart 1978[1][2][…], Abican) — Kot-d'İvuar futbolçusu, Türkiyənin Qalatasaray klubunun hücumçusu və Kot-d'İvuar milli futbol komandasının kapitanı. Kot-d'İvuar futbol tarixinin ən yaxşı bomdbardiri. Qolların cəminə görə isə bu komandanın tarixində 4-cü yerdədir. İngiltərə Premyer-liqasında 100 qol vuran ilk afrikalı futbolçu[4].

Karyerası[redaktə | mənbəni redaktə et]

Didye Droqba 1978-ci il martın 11-də Kot-d'İvuarda anadan olub. "Tito" ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir.

Fransada futbolun sirlərinə yiyələnməyə başlayan "Tito" ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır. Daha sonra Genqam klubuna transfer olunan Droqba 2003-cü ildə Olimpik Marsel klubuna keçir. Yeni klubunun heyətində 35 oyuna 18 qol vuran Droqba dünya futbolunda özündən söz etdirməyi bacarır. Bu uğur Çelsi klubunun baş məşqçisi Joze Maurinyonun da diqqətindən yayınmır. Beləliklə 2004-cü ildə Çelsi klubuna transfer olunur.

Droqbaya Fransa millisində oynamaq təklif olunsa da, o doğulduğu Kot-d'İvuarın yığmasında çıxış etməyə üstünlük verib və məhz buna görə də futbolçuya vətənində cəsur ürək ləqəbi veriblər.

2012-ci ilin qış transfer pəncərəsində o, Çelsi klubundan Türkiyənin Qalatasaray klubuna transfer olub.

Nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Afrikada 2006-cı, 2007-ci və 2008-ci illərdə ən yaxşı futbolçu adına layiq görülüb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]