Diana Abqar — Vikipediya

Diana Abqar
erm. Դիանա Աբգար
Doğum adı Գայանե Աղաբեգ
Doğum tarixi 12 oktyabr 1859(1859-10-12)[1]
Doğum yeri
Vəfat tarixi 8 iyul 1937(1937-07-08)[1] (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, yazıçı, diplomat, publisist, nasir
Fəaliyyət illəri 1892–1937
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diana Abqar (erm. Դիանա Աբգար; 12 oktyabr 1859[1], Yanqon, Britaniya Hindistanı8 iyul 1937[1], Yokohama) – xaricdə yaşamış erməni yazıçı, Birinci Ermənistan Respublikasının Yaponiyadakı fəxri konsulu. İlk erməni qadın diplomatdır və XX əsrdə diplomatik posta təyin olunan ilk qadınlardan biridir.[2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Diana Aqabeq (Aqabeqyan) 12 oktyabr 1859-cu ildə Britaniya Burmasının Ranqun şəhərində (hazırda Myanmarın Yanqon şəhəri) anadan olmuşdur. Atası İranda yerləşən Yeni Culfa məhəlləsindən olub və Cənub-şərqi Asiyaya miqrasiya edib. Anası Avet Şiraz şəhərindən idi. Diana yeddi uşaqlı ailənin ən kiçiyi olub. Kəlkətə şəhərində böyüyüb və təhsilini yerli məktəbdə alıb. İngilis, erməni və hind dillərini səlis danışmağı öyrənib. Yeni Culfada Apkar ailəsindən gələn Apkar Mixale Apkarla evlənmişdir. Apkar ailəsi Cənub-şərqi Asiyada uğurlu tacir ailəsinə çevrilib və şellak likörü mirvariləri biznesi ilə məşğul olublar. 1891-ci ildə ailə biznesini genişlətmək üçün Yaponiyaya köçüblər.[2] 5 uşaqları olmuş və 3-ü sağ qalmışdır.[3] 67 yaşına çatanda zəifgörmə, piseşitmə kimi problemlərlə üzləşmişdir. Sağlamlıq problemlərinin pisləşməsindən sonra 8 iyul 1937-ci ildə Yokohamada ölmüşdür. Əcnəbilər üçün nəzərdə tutulmuş qəbiristanlıqda ərinin yanında dəfn olunmuşdur. Qəbri Erməni-Yapon Dostluq Cəmiyyətinin nəzarəti altındadır.[3]

Diplomatik karyerası[redaktə | mənbəni redaktə et]

Ermənistan Respublikası 28 may 1918-ci ildə müstəqillik əldə edəndə heç bir dövlət tərəfindən tanınmamışdı. 1920-ci ildə Abqarın səyləri iıə Yaponiya ölkənin müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Ermənistanın baş naziri Hamo Ohancanyan onu Ermənistanın Yaponiyadakı fəxri konsulu təyin etmişdir.[3] Beləcə, Diana Abqar ilk erməni diplomat qadın və XX əsrdə diplomatik postda olan ilk qadınlardan biri olmuşdur. Bunlara baxmayaraq, 1920-ci ildə Birinci Ermənistan Respublikasının müstəqilliyini itirməsindən sonra bu postu da itirmişdir.[3]

İşləri[redaktə | mənbəni redaktə et]

Ailə biznesini Yaponiyaya daşıdıqdan sonra Abqar ədəbi və diplomatik karyerasına daha çox diqqət ayırmışdır. "The Japan Advertiser", "The Far East", "The Japan Gazette" və "Armenia" kimi bir çox jurnal və qəzetlə işləmişdir. Osmanlıda yaşayan ermənilərin vəziyyəti haqqında yazaraq bu məsələyə beynəlxalq diqqət cəlb etməyə çalışmışdır. 1920-ci ilə kimi Erməni soyqırımı haqqında doqquzdan çox kitab yazmışdır. Beynəlxalq münasibətlər və imperalizmin qlobal sülhə olan təsiri haqqında bir çox məqalə yazmışdır. Onun işlərinə daxildir:

  • "Böyük şər". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1914, 114 pp.
  • "Sülh və qeyri-sülh". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1912, 101 pp.
  • "Sülh problemi". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1912, 131 pp.
  • "Avropa imperalizminin xaçında: Ermənistan çarmıxa çəkildi". Yokohama, Yaponiya: 1918, 116 pp.[4]
  • "Onun adında…" Yokohama, Yaponiya: "Japan Gazette", 1911. 52 pp.
  • "Xəyanətə uğrayan Ermənistan". Yokohama, Yaponiya: "Japan Gazette" Press, 1910, 77 s.
  • "Erməni qətlləri haqqında həqiqətlər". Yokohama, Yaponiya: "Japan Gazette", 1910, 26 s.
  • "Müharibə haqqında ev hekayələri". Kobe, Yaponiya: The Kaneko Printing Works, 1905, 47 s.
  • "Susan". Yokohama, Yaponiya: Kelly and Walsh, Limited, 1892, 109 s.

Dövlətsiz diplomat[redaktə | mənbəni redaktə et]

Diana Abqarın böyük nəvəsi Mimi Malayan 2004-cü ildə onun yazılarını toplamağa başlamış və həyatını araşdırmışdır. 2018-ci ildə ondan bəhs edən "Dövlətsiz diplomat" adlı sənədli filmi tamamlamışdır. Abqarın nəşrlərinin bir çoxu üçün veb-sayt da qurmuşdur.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 am.hayazg.info (erm.). / red. ԵՊՀ Հայագիտական հետազոտությունների ինստիտուտ
  2. 1 2 Soghomonian, Sarah. "Lucille Apcar Introduces New Book". Hay Sharzhoom. 26 (#2 (88)). December 2004. 4 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2012.
  3. 1 2 3 4 5 "Diana Apcar: The First Woman Diplomat". Armenian Cultural Foundation. 1 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 November 2012.
  4. Apcar, Diana Agabeg. On the cross of Europe's imperialism, Armenia crucified. The Library of Congress. Yokohama [Printed by the Fukuin printing co., ltd.] 1918.
  5. "Arxivlənmiş surət". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-07.