Devid Selznik — Vikipediya

Devid Selznik
ing. David Selznick
Digər adları Devid O. Selznik
Devid Zelsnik
Oliver Ceffris[1]
Doğum tarixi 10 may 1902(1902-05-10)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 22 iyun 1965(1965-06-22)[2][3][…] (63 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Vətəndaşlığı
Həyat yoldaşı İren Qledis Meyer Selznik (1930-1948; boşanıblar)
Cennifer Cons (1949-1965; Devid Selznik vəfat edib)
Atası Lüis C. Selznik
Fəaliyyəti film prodüseri, ssenarist, sahibkar, icraçı prodüser, kinorejissor, prodüser
Fəaliyyət illəri 1923-cü ildən
Təhsili
IMDb ID0006388
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Devid O. Selznik və ya Zelsnik (ing. David O. Selznick; 10 may 1902[2][3][…], Pitsburq, ABŞ[4]22 iyun 1965[2][3][…], Hollivud, ABŞ[4]) — ABŞ prodüseri, Hollivud tarixində ən böyük uğurlara imza atmış kinoprodüserlərdən biri. Onun rəhbərliyi altında XX əsrin "Kinq-Konq" (1933), "Küləklə sovrulanlar" (1939), "Rebekka" (1940) kimi ən möhtəşəm filmlərinə imza atılmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Devid Selznik 1902-ci ildə Pensilvaniyada yəhudi ailəsində anadan olmuşdur. Atası səssiz kino distribütoru Lüis C. Selznik idi.

Devid Nyu-Yorkdakı Kolumbiya Universitetində təhsil almış və 1923-cü ildəki iflasa qədər atasının şagirdi kimi işləmişdir. 1926-cı ildə Selznik Hollivuda köçür və atasının əlaqələrini köməyilə Metro-Goldwyn-Mayer kino şirkətində ssenari redaktorunun köməkçisi kimi işə düzəlir. 1928-ci ildə MGM-i tərk edərək Paramount Pictures studiyasına üz tutur. Selznik orada 1931-ci ilə qədər işləyir. Bu, artıq onun RKO Pictures-in rəhbəri olduğu dövrə təsadüf edir.

Növbəti üç ildə (1933–1936) Selznik Metro-Goldwyn-Mayer-in vitse-prezidenti olur. Prodüser kimi "İki şəhər haqqında povest", "Devid Kopperfild" və "Anna Karenina" kimi filmlərdə ixtisaslaşmışdır.

1936-cı ildə Selznik şəxsi Selznic International kino şirkətini yaradır. Eyni zamanda United Artists ilə də müqavilə bağlayır. Həmin dövrdə Selznik 50.000 dollara "Küləklə sovrulanlar" bestsellerini ekranlaşdırmaq hüququnu əldə edir. Növbəti üç ildə o, romanın epik ekran həlli üzərində çalışır. Film olduqca yüksək qəbul edilir və Selznikə ilk Oskar mükafatını qazandırır.

1939-cu ildə Selznik Britaniya rejissoru Alfred Hiçkokla uzunmüddətli müqavilə bağlayır. Ən yaxşı filmə görə Oskar mükafatı əldə etməsinə baxmayaraq, onların "Rebekka" filmi üzərində birgə işi rejissor və prodüser arasında narazılığa səbəb olmuşdu. Məsələn, onların filmin sonluğundakı "R" hərfinə görə də mübahisəsi düşmüşdü. Selznik bu hərfin külqabıdan qalxan tüstü ilə buludlarda canlanmasını istəyirdi. Hiçkok isə eyni şeyin yastıq üzərində gərəkli olduğunu israr edirdi.[5] Beləliklə, Selznik Hiçkoku digər studiyalara "icarəyə verir" və bu pullara öz şəxsi filmlərini çəkməyə başlayır. Həmin filmlərdə baş rol bir qayda olaraq, onun gənc həyat yoldaşı Cennifer Cons tərəfindən ifa olunmalı idi.

1946-cı ildə Selznik genişmiqyaslı düşünülmüş "Günəş altında duel" vesterni ilə "Küləklə sovrulanlar"ın uğurunu təkrarlamağa çalışdı. İki il sonra isə alkoqolla bağlı kəskin problemlər onu kino sənayesindən uzaqlaşmağa məcbur etdi. O, "Əlvida, silah" romanını ekranlaşdırmaq hüququ alandan sonra 1957-ci ildə yenidən böyük kinoya qayıtmağa cəhd göstərdi. Lakin əsərin kino versiyası prokatda uğursuzluğa düçar oldu.

Devid Selznik 63 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İl Azərbaycanca adı Orijinal adı Rejissor Studiya
1923 O Dempsini zəbt edəcək? ing. Will He Conquer Dempsey?
1923 Rudolf Valentino və onun 88 Amerika gözəli ing. Rudolph Valentino and His 88 American Beauties
1924 Ruletka ing. Roulette S.E.V. Teylor Aetna-Selznick Distributing Corporation
1928 Qərbin zibilləri ing. Spoilers of the West V.S. Van Dayk Metro-Goldwyn-Mayer
1928 Vayominq ing. Wyoming V.S. Van Dayk Metro-Goldwyn-Mayer
1928 Unudulan simalar ing. Forgotten Faces Viktor Şşertzinger Paramount Pictures
1929 Çin məhəlləsinin gecələri ing. Chinatown Nights Uilyam Uellman Paramount Pictures
1929 Sevdiyim insan ing. The Man I Love Uilyam Uellman Paramount Pictures
1929 Dörd lələk ing. The Four Feathers Merian Kuper
Lotar Mendes
Ernest B. Şodsak
Paramount Pictures
1929 Həyatın rəqsi ing. The Dance of Life Con Kromvell
A. Edvard Sazerlend
Paramount Pictures
1929 "Fast" şirkəti ing. Fast Company A. Edvard Sazerlend Paramount Pictures
1930 Şans küçəsi ing. Street of Chance Con Kromvell Paramount Pictures
1930 Sara və oğlu ing. Sarah and Son Doroti Arzner Paramount Pictures
1930 Bal ing. Honey Uesli Raqqlz Paramount Pictures
1930 Texaslı ing. The Texan Con Kromvell Paramount Pictures
1930 Müdafiə üçün ing. For the Defense Con Kromvell Paramount Pictures
1930 Təsadüfi qətl ing. Manslaughter Corc Frensis Ebbot Paramount Pictures
1930 Gülüş ing. Laughter Harri d'Abbadi d'Arrast Paramount Pictures
1932 İtirilmiş eskadron ing. The Lost Squadron Corc Arçeynbod RKO Pictures
1932 Altı milyonun simfoniyası ing. Symphony of Six Million Qreqori La Kava RKO Pictures
1932 Dövlətin inamı ing. State's Attorney Corc Arçeynbod RKO Pictures
1932 Qərbə tərəf keçid ing. Westward Passage Robert Milton RKO Pictures
1932 Hollivud neçəyədir? ing. What Price Hollywood? Corc Kyukor RKO Pathé
1932 Əjdaha nəriltisi ing. Roar of the Dragon Uesli Raqqlz RKO Pictures
1932 Razılaşma yaşı ing. The Age of Consent Qreqori La Kava RKO Pictures
1932 Cənnət quşu ing. Bird of Paradise Kinq Vidor RKO Radio Pictures
1932 Boşanma müqaviləsi ing. A Bill of Divorcement Corc Kyukor RKO Radio Pictures
1932 Qaliblər ing. The Conquerors Uilyam Uellman RKO Pictures
1932 Qadağan olunmuş dodaqlar ing. Rockabye Corc Kyukor RKO Pathé
1932 Yarıçılpaq həqiqət ing. The Half-Naked Truth Qreqori La Kava RKO Radio Pictures
1932 Heyvan krallığı ing. The Animal Kingdom Edvard H. Qriffit RKO Radio Pictures
1933 Topaz ing. Topaze Harri d'Abbadi d'Arrast RKO Radio Pictures
1933 Böyük Casper ing. The Great Jasper C. Volter Rubin RKO Pictures
1933 Ən yaxşılarımız ing. Our Betters Corc Kyukor RKO Radio Pictures
1933 Kinq-Konq ing. King Kong Merian Kuper
Ernest B. Şodsak
RKO Radio Pictures
Turner Entertainment
1933 Kristofer Stronq ing. Christopher Strong Doroti Arzner RKO Radio Pictures
1933 Təmizlənmə ing. Sweepings Con Kromvell RKO Pictures
1933 Meymun pəncəsi ing. The Monkey's Paw Ernest B. Şodsak RKO Radio Pictures
1933 Saat səkkizdə nahar ing. Dinner at Eight Corc Kyukor Metro-Goldwyn-Mayer
1933 Gecə uçuşu ing. Night Flight Klarens Braun Metro-Goldwyn-Mayer
1933 Baronu qarşılayın ing. Meet the Baron Volter Lenq Metro-Goldwyn-Mayer
1933 Rəqs edən qadın ing. Dancing Lady Robert Z. Leonard Metro-Goldwyn-Mayer
1934 Yaşasın Villa! ing. Viva Villa! Cek Konvey Metro-Goldwyn-Mayer
1934 Manhetten melodramı ing. Manhattan Melodrama V.S. Van Dayk Metro-Goldwyn-Mayer
1935 Devid Kopperfild ing. David Copperfield Corc Kyukor Metro-Goldwyn-Mayer
1935 Vanessa: Onun sevgi hekayəti ing. Vanessa: Her Love Story Uilyam K. Hovard Metro-Goldwyn-Mayer
1935 Ehtiyatsız ing. Reckless Viktor Fleminq Metro-Goldwyn-Mayer
1935 Anna Karenina ing. Anna Karenina Klarens Braun Metro-Goldwyn-Mayer
1935 İki şəhər haqqında povest ing. A Tale of Two Cities Cek Konvey Metro-Goldwyn-Mayer
1936 Kiçik lord Fontleroy ing. Little Lord Fauntleroy Con Kromvell Selznick International Pictures
1936 Allahın bağı ing. The Garden of Allah Riçard Boleslavski Selznick International Pictures
1937 Ulduz doğuldu ing. A Star Is Born Uilyam Uellman Selznick International Pictures
United Artists
1937 Zendanın əsiri ing. The Prisoner of Zenda Con Kromvell Selznick International Pictures
United Artists
1937 Müqəddəs heç nə ing. Nothing Sacred Uilyam Uellman Selznick International Pictures
United Artists
1938 Tom Soyerin macəraları ing. The Adventures of Tom Sawyer Norman Tauroq Selznick International Pictures
United Artists
1938 Qəlbən cavan ing. The Young in Heart Riçard Uolles Selznick International Pictures
1939 Bir-biri üçün ing. Made for Each Other Con Kromvell Selznick International Pictures
1939 İntermesso ing. Intermezzo Qriqori Ratov Selznick International Pictures
1939 Küləklə sovrulanlar ing. Gone with the Wind Viktor Fleminq Selznick International Pictures
Metro-Goldwyn-Mayer
1940 Rebekka ing. Rebecca Alfred Hiçkok Selznick International Pictures
1944 Hədsiz dərəcədə mükafatlandırma ing. Reward Unlimited Jak Turnör David O. Selznick Productions
1944 Siz gedən kimi ing. Since You Went Away Con Kromvell David O. Selznick Productions
1944 Mən sizi görəcəyəm ing. I'll Be Seeing You Uilyam Diterle Vanguard Films
David O. Selznick Productions
1945 Ovsunlanmış ing. Spellbound Alfred Hiçkok Vanguard Films
David O. Selznick Productions
1946 Günəş altında duel ing. Duel in the Sun Kinq Vidor David O. Selznick Productions
1947 Paradayn hadisəsi ing. The Paradine Case Alfred Hiçkok Vanguard Films
David O. Selznick Productions
1948 Cenninin portreti ing. Portrait of Jennie Uilyam Diterle Vanguard Films
The Selznick Studio
1949 Üçüncü adam ing. The Third Man Kerol Rid Selznick Releasing Organization
1950 Yerə aparılmış ing. Gone to Earth Maykl Pauell
Emerik Pressburger
RKO Radio production
1953 Termini vağzalı it. Stazione Termini Vittorio de Sika Columbia Pictures
De Sica Productions
Selznick International Pictures
1957 Əlvida, silah ing. A Farewell to Arms Çarlz Vidor 20th Century Fox

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sragow, Michael (2013). Victor Fleming: An American Movie Master. University Press of Kentucky. p. 220. ISBN 9780813144436.
  2. 2,0 2,1 2,2 2,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 3,0 3,1 3,2 3,3 David O. Selznick // filmportal.de. 2005.
  4. 4,0 4,1 4,2 4,3 Deutsche Nationalbibliothek Record #11861312X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. Альфред Хичкок (Alfred Hitchcock) — Кинопортал best-hits.net[ölü keçid]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Thomson, David. Showman: The Life of David O. Selznick. New York: Knopf, 1992. ISBN 0-394-56833-8
  • Selznick, David O. Behlmer, Rudy (redaktor ). Memo from David O. Selznick (reprint). New York: Modern Library. 2000 [original publication 1972 by Viking Press]. ISBN 0-375-75531-4. (Free preview at Amazon.com)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]