Deniel Redkliff — Vikipediya

Deniel Redkliff
ing. Daniel Radcliffe
Doğum adı Daniel Jacob Radcliffe
Doğum tarixi (34 yaş)
Doğum yeri Böyük Britaniya Birləşmiş Krallıq,
İngiltərə İngiltərə, London
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Atası Alan Con Redkliff
Anası Marsiya Canin Qreşem Ceykobson
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1999—h.h.
Boyu 1,65 m[1]
IMDb ID0705356
İmzanın şəkli
danieljradcliffe.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Deniel Ceykob Redkliff (ing. Daniel Jacob Radcliffe; 23 iyul 1989[2][3][…]) — Britaniyalı teatr və kino aktyoru. Harri Potter haqqında filmlərdə Harri Potter rolunu ifa edən ingilis aktyoru. 2001-ci ildən 2011-ci ilədək Emma UotsonRupert Qrint ilə birlikdə 8 Harri Potter filmində oynayaraq məşhurlaşmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

İlk İlləri[redaktə | mənbəni redaktə et]

Daniel, Londonda Alan Redklif və Marsia Qrişemin ailəsində anadan olmuşdur. Ailədə tək uşaqdır. Anası Marsia Qrişem BBC üçün çəkilən bəzi filmlərdə (The Inspector Lynley Mysteries, Walk Away və I Stumble) rol almışdır. Anası yəhudidir və Vestklif-Esseksdə böyümüşdür. Atası isə protestantdır və Şimali İrlandiyalıdır. Deniel 1999-cu ilin dekabr ayında ilk aktyorluq təcrübəsini yaşamış, Çarlz Dikkensin "Devid Kopperfild" romanı əsasında çəkilən filmdə epizodik rol canlandırmışdır. Film iki hissə halında BBC-də nümayiş etdirilmişdir.

Karyerası[redaktə | mənbəni redaktə et]

2000-ci ilin Avqust ayında Radcliffe bir çox seçmədən keçərək Harri Potter və Fəlsəfə Daşı adlı filmdə baş rolu oynamağa haqq qazanmışdır. Filmə çox böyük bir büdcə ayrılmışdı və film İngilis yazar Coan Roulinqin kitab ardıcıllığından uyğunlaşdırılmaqda idi. Ayrıca ilk filmdən sonra Pierce Brosnan ilə The Tailor of Panama adlı filmdə kiçik bir rol almışdır. Harry Potter ardıcıllığının ilk filmi olan Harry Potter və Fəlsəfə Daşından sonra ikinci filmdə də (Harri Potter və Sirlər Otağı) Radcliffe Harry Potteri canlandırmışdır. Ardından Radcliffe, filmlərin dəvamındada də iştirak etmişdir. Bunlar Harri Potter və Azkaban Məhbusu (2004), Harri Potter və Alov Kuboku (2005), Harri Potter və Simurq Ordeni iyul 2007. 15 iyul 2009da efirə girən Harri Potter və Mələz Şahzadə. Harri Potter və Ölüm Yadigarları Harry Potter və Ölüm Yadigarları: Hissə 1 və son olaraq Harri Potter və Ölüm Töhfələri Harry Potteri Daniel Radcliffe canlandırmışdır. Filmlər, qazandırdığı pula görə kino bazarında səs gətirməkdədir. Ayrıca filmdə Ron Uizli rolundakı Rupert QrintHermonie Granger rolundakı Emma Uotson da yoldaşlıq etmişdir.

Ailənin yeganə övladı olan Deniel Redklif metrodan istifadə etmir. Çünki, adamların çox toplaşdığı məkanlar onu qorxudur. Bundan başqa o, nüvə müharibəsinin başlanmasından da yaman qorxur. O heç vaxt özünün iştrakı ilə çəkilən filmlərə baxmır. Eyni zamanda çəkildiyi filmlər haqqında yazılan məqalə və resenziyaları da oxumur. Harri Potter haqqında kitabı ilk dəfə 8 yaşında əlinə alsa da sona qədər oxuya bilməyib. Yalnız balaca sehirbaz haqqında çəkilən filmdə baş rola dəvət alandan sonra əsəri tamamlayıb. Futbol oynamağı sevməsə də, futbolu çox sevir. Redklif kriketi də çox sevir. Onun sevdiyi sənətçilər arasında Ayşvariya Ray, Kameron Dias, Skarlet Yoxanson, Nikol Kidman da var. Deniel Redklif sağ əlini 360 dərəcə fırlada bilir. Məktəb illərində ən çox sevdiyi fənn ingilis dili, xoşlamadığı fənn isə riyaziyyat olub. Uşaq vaxtı yanğın söndürən olmaq istəyən Deniel Redklif rok musiqini çox sevir. O, bas gitarada ifa etməyi çox sevir və xüsusi dərslər də alır. Adı və soyadı çox uzun olduğundan verdiyi avtoqrafları "Dan R." kimi imzalayır. Deniel Redklif günəş vannası qəbul etməyi sevmir. Buna görə də onun dərisi təbii solğun çalarlara malikdir. Madam Tüssonun mum fiqurları muzeyində heykəli olan Deniel Redklif Harri Potter haqqında filmə çəkilərkən əsl sehirbazdan dərs alıb. Onun müəllimi ingiltərəli illüzionist Pol Kiv olub. Redklifin aldığı dərslər isə yalnız kartlarla bağlı olan fokuslar olub. Bundan başqa o, filmdə valideynlərini itirmiş qəhrəman obrazını yaratmaq üçün peşəkar psixoterapevt yanına da gedib. Harri Potter filminin çəkilişləri zamanı Deniel, 160 cüt eynəkdən və 70 ədəd sehirli çubuqdan istifadə edib. Onun alnındakı məşhur çapığını düz 5800 dəfə çəkiblər. Qeyd edək ki, çapıq nəinki Redklifin, eyni zamanda onun dublyorlarının və kaskadyorların da alnına çəkilib. Deniel Redklif heç də sözəbaxan uşaq olmayıb. Çəkilişlər zamanı bir dəfə o, az qalıb ki, rejissoru infarkt etsin. Çəkilişə yarım saat qalmış Redklifin xahişi ilə qrim ustaları onu elə bir hala salırlar ki, sanki hardasansa yıxılıb. Sən demə Coan Rollinqin şərti olmasaydı, Harri Potter obrazını Deniel Redklif deyil, Liam Eyken ifa edəcəkmiş. Münsiflər heyətini öz xarici görkəmi ilə valeh edən və artıq aktyorluq təcrübəsi olan Liam Eyken Denieli bir çox göstəricilərinə görə üstələyirmiş. Yalnız əsərin müəllifinin çəkiləcək filmdə ancaq Britaniyalı aktyorların iştirak etməsi tələbi baş rolun Deniel Redklifə verilməsi ilə nəticələnib. 2004-cü ildə Londonun Sunday Times qəzeti Deniel Redklifi şahzadə Harridən sonra ən varlı yeniyetmə adlandırıb. Deniel son illərin ən zəngin kinoulduzu kimi Ginnesin rekordlar kitabına da düşüb. Onun çəkildiyi filmlər orta hesabla 558 milyon dollar məbləğində gəlir gətirir. Redklifin aldığı evin 40 mənzili, hovuzu və saunası var. Aktyorun özünün qaldığı mənzildə isə iki vanna və iki yataq otağı, həmçinin böyük pəncərələri olan qonaq otağı da var. Onun arzuları arasında kitab yazmaq və heç olmasa bir gün də olsa, hansısa bir kiçik dövlətin başında dayanmaq istəyi var. Bu gün Deniel Redklif dünyanın ən gənc və zəngin aktyorlarındandır. Onun yer üzündə milyonlarla fanatı və 70 milyon dollarlıq sərvəti var.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Radcliffe, Sussex House School, City of London School kimi məktəblərə getdi. losemberg xorum caltrine üniveritesinde oxudu Məktəblərində müvəffəqiyyətli oldu və yüksək qiymətlər aldı, lakin 17 yaşındaykən təhsilinə bir müddət ara vermə qərarı aldı. Radcliffe, bas gitara çalmağı sevər. Punk-Rok dinləməkdədir. Ayrıca Fulham futbol komandandasını dəstəkləməkdədir. Çəkilişlər əsnasında fürsət tapdıqca rol yoldaşları ilə stolüstü tennis və kompüter oyunları oynamaqdadır . Radcliffe, Sunday Times adlı qəzetin araşdırmasına görə 14 milyon poundluk sərvəti ilə Birləşmiş Krallıqdakı ən zəngin kəslərdən biridir. Ayrıca başqa bir araşdırmaya görə də İngiltərədəki ən zəngin 33. adamdır. Seriyanın ilk filmi üçün 250.000 pound almışdır, dördüncü film üçün 5.6 milyon pound almışdır, və son film üçün də 8 milyon pounddan çox bir pul qazandığı deyilməkdədir. Ayrıca gənc oyunçu bəzi xeyr təşkilatlarının fəaliyyətlərində də iştirak etməkdədir. Məsələn, pərəstişkarlarından hədiyyə almaq yerinə uşaqlarla əlaqədar bir dərnəyə hədiyyə etmələrini istəmişdir. Bu dərnək, Demelza House Children's Hospicedir. Hal-Hazırda aktyor "Hərəkət Planlama Çətinliyi" yəni Dyspraxia xəstəliyiylə mübarizə aparır

Harri Potter rolu[redaktə | mənbəni redaktə et]

Daniel Radcliffe Harri Potter rolunu ailəsindən aldığı çətin icazə ilə oynamağa başlamışdır. Bu onun həyatını tamamilə dəyişdirəcək olan bir seçimdir. Daniel, Harry Potter rolunda ilk filmdə kiçik olub rola tam uyğun olmasına baxmayaraq daha sonraları, yaşı çoxaldıqca Harrinin böyük qardaşı kimi görünməkdən qorxduğunu açıqlamışdır. Onun bu qorxusu özünü Harri Potter və Azkaban Məhbusu filmində özünü büruzə vermişdir

  1. IMDb (ing.). 1990.
  2. Schreiber B. A. Daniel Radcliffe // Encyclopædia Britannica (ing.).
  3. Daniel Radcliffe // Internet Broadway Database (ing.). 2000.