Demoqrafiya — Vikipediya

Demoqrafiya (q.yun. δῆμος — xalq, q.yun. γράφω — yazıram) — əhali artımının qanunauyğunluqları, onun sosial-iqtisadi şəraitdən, təbii amillərdən asılılığını, miqrasiyanı, əhali sıxlığını və onun paylanmasını öyrənən elm.

Dünya əhalisinin demoqrafiyası heç bir tarixi dövrdə sabit qalmamış, hər zaman dəyişikliyə məruz qalmışdır. Kapitalizmdən əvvəlki dövrdə dünya əhalisinin sayı çox yavaş artırdı. Bu hadisə daha çox aramsız müharibələr, epidemiyalar, insanların həyat səviyyəsinin aşağı olması ilə əlaqədardır. 1900-cü ildə dünya əhalisi 1.6 mlrd., 1960-cı ildə 3 mlrd., 2000-cı ildə 6 mlrd. olmuşdur. Demoqrafların hesablamalarına görə dünya əhalisi bu sürətlə artmağa davam etsə 2040-cı ildə dünyada 10 mlrd. insan yaşayacaq. 2009-cu ilı görə dünya əhalisi 6 milyard 802 milyondur. Dünyada ən sürətli təbii artım 1950–1970-ci illərində müşahidə olunmuşdur. Bu zaman təbii artım 1,8 %-in üstündə olmuşdur. Ən çox təbii artım 1963-cü ildə olmuşdur. Bu zaman dünyanın təbii artımı 2,2% təşkil edib.

Əhalinin təbii artımının yaratdığı problemlər[redaktə | mənbəni redaktə et]

Əhalinin yüksək təbii artımı müşahidə olunan ölkələrdə aşağıdakı problemlər yaranır:

  • Məşğulluq problemi;
  • Yoxsulluq;
  • Aclıq;
  • Müharibələr;
  • Kütləvi savadsızlıq;
  • Tibbi xidmətin keyfiyyətinin aşağı olması, xəstəliklərin yayılması;
  • Ekoloji problemlər (su qıtlığı, zibilliklərin artması, tıxac və s. ).

Əhalinin aşağı təbii artımı müşahidə olunan ölkələrdə aşağıdakı problemlər yaranır:

  • Yaşlı əhalinin xüsusi çəkisinin artması;
  • Əmək çatışmazlığının yaranması;
  • Təqaüd yaşının artması;
  • İmmiqrasiyanın artması.

Demoqrafik böhran[redaktə | mənbəni redaktə et]

Əhalinin təbii azalması. Təkrar artımın müasir tipinə (I tip) aid olan ölkələrdə ölüm hallarının sabitləşməsi şəraitində doğumun azalması təmayülü aydın nəzərə çarpır və bu da müntəzəm olaraq əhalinin təbii artımının azalmasına səbəb olur.Digər tərəfdən əhali arasında yaşlıların artması və uşaqların azalması, bununla yanaşı, bu prosesdə iqtisadi və sosial amillər də əsas rol oynayır: Urbanizasiya prosesinin sürətli inkişafı, şəhər həyat tərzinin geniş yayılması, qadınların ictimai istehsala cəlb olunması, əhalinin mədəni məişət və s. təlabatının kəskin şəkildə artması, gec evlənmə, boşanma hallarının artması və uşağın böyüməsi üçün zəruri olan ümumi "xərcin" artması və s. Demoqrafik böhrana səbəb olan başlıca amillərdir[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Doğum sayını artırmaq və demoqrafik böhranı necə aradan qaldırmaq olar?". 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.

Mənbə[redaktə | mənbəni redaktə et]