Das Kapital — Vikipediya

Das Kapital
alm. Das Kapital
Müəllif Karl Marks
Janr esse
Orijinalın dili alman dili
Ölkə
Orijinalın nəşr ili 1867[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Das KapitalSiyasi iqtisadiyyatın tənqidi olan kitab Karl Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olundu.

Haqqında[redaktə | mənbəni redaktə et]

1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" (alm. Zur Kritik der Politischen Ökonomie‎) kitabını dərc etdirir.[2] Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Das Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu. Marks əsərdə iqtisadi təfəkkürün aksiomlarını və kateqoriyalarını tənqidi şəkildə araşdırmağa başlamışdı.[3][4][5] Əsər oxucular tərəfindən coşğu ilə qarşılandı və satışa çıxan kimi tezliklə satılıb qurtardı.[6]

"Siyasi iqtisadiyyatın tənqidinə töhfə" kitabının uğurlu satışı Marksı 1860-cı illərin əvvəllərində onun həyatı boyu ən əsas əsəri qismində çıxış edəcək üç böyük cilddən ibarət "Das Kapital", eləcə də siyasi iqtisadiyyat nəzəriyyəçilərini, xüsusilə də Adam SmitDavid Rikardonu müzakirə və tənqid edən "İzafi dəyər nəzəriyyələri" (ing. Theorien über den Mehrwert) adlı əsərləri üzərində işi bitirməyə stimullaşdırırdı. "İzafi dəyər nəzəriyyələri" əsəri çox zaman "Das Kapital"ın dördüncü cildi kimi qəbul edilir və iqtisadi fikir tarixinə dair ilk əhatəli traktatlardan biri hesab olunur.[7] 1867-ci ildə "Das Kapital"ın kapitalı tənqidi şəkildə təhlil edən birinci cildi nəşr olundu.[8][5] "Das Kapital" muzdlu əməyin artımı, iş yerinin çevrilməsi, kapital yığımı, rəqabət, bank sistemi, mənfəət dərəcəsinin aşağı düşmə tendensiyası və torpaq icarəsi, habelə muzdlu əməyin kapitalın hökmranlığını davamlı olaraq necə təkrar ortaya çıxarması kimi mövzular vasitəsilə kapitalın yığılmasının dinamikasını təsvir edərək istehsal üsulunun keçmişdən gələcəyə qədər "hərəkət qanunları"nın izahını nəzərdə tuturdu.[9][10][11] Marks qeyd edirdi ki, kapitalın hərəkətverici qüvvəsi haqqı ödənilməyən işləri izafi dəyərin əsas mənbəyini təşkil edən şəxslərin əməyinin istismarı ilə bağlıdır.

"Das Kapital"ın rus dilində nəşrinə olan tələbat tezliklə kitabın 27 mart 1872-ci ildə rus dilində 3000 nüsxə ilə çapına səbəb oldu. 1871-ci ilin payızına qədər "Das Kapital"ın alman dilindəki ilk nəşrinin bütün tirajları satılmış və kitab ikinci dəfə nəşr olunmuşdu.

"Das Kapital"ın II və III cildləri Marksın ömrünün sonunadək üzərində işləməyə davam etdiyi əlyazmalar olaraq qaldı. Hər iki cild Marksın ölümündən sonra Engels tərəfindən nəşr edilmişdi.[12] Belə ki, əsərin II cildi 1893-cü ilin iyulunda Engels tərəfindən "II Kapital: Kapitalın dövriyyəsi prosesi" adı altında hazırlanıb dərc olundu.[13] III cild isə bir il sonra – 1894-cü ilin oktyabrında "III Kapital: Bütövlükdə kapitalist istehsalı prosesi" adı ilə nəşr edildi.[14] "İzafi dəyər nəzəriyyələri" əsəri o zamanlar geniş yayılmış "1861–1863-cü illərin iqtisadi əlyazmaları"ndan götürülmüşdü. Sonuncu "Das Kapital" üçün nəzərdə tutulmuş ikinci qaralama əsər olub "Marks və Engelsin əsərlərinin toplusu"nun 30–34-cü cildlərini əhatə edirdi. Daha dəqiq, "İzafi dəyər nəzəriyyələri" əsərlər toplusunun otuzuncu cildindən otuz ikinci cildinin sonuna qədər olan hissəni,[15][16][17] daha geniş olan "1861–1863-cü illərin iqtisadi əlyazmaları" isə əsərlər toplusunun otuzuncu cildinin əvvəlindən otuz dördüncü cildinin birinci yarısına qədərki hissəni ehtiva edirdi. Əsərlər toplusunun otuz dördüncü cildinin digər yarısı isə "Das Kapital" üçün nəzərdə tutulmuş üçüncü qaralama əsər olan "1863–1864-cü illərin iqtisadi əlyazmaları"nın bugünədək çatmış fraqmentlərindən ibarətdir və onun da böyük bir hissəsi "Das Kapital"ın I cildinin "Penguin" nəşriyyatı tərəfindən çap olunmuş nəşrinə əlavə kimi daxil edilmişdi.[18] "İzafi dəyər nəzəriyyələri" alman dilində ixtisar olunmuş şəkildə 1905 və 1910-cu illərdə dərc olunmuşdu. Bu ixtisar olunmuş nəşr sonralar ingilis dilinə tərcümə olunaraq 1951-ci ildə Londonda çap edilmişdi. "İzafi dəyər nəzəriyyələri" tam şəkildə, ixtisar olunmadan 1963 və 1971-ci illərdə Moskvada "Das Kapital"ın IV cildi kimi çapdan çıxmışdı.[19]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Deutsche Nationalbibliothek Record #4099309-7 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Karl Marx, "A Contribution to the Critique of Political Economy" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 29, pp. 257–417.
  3. Postone, 1993. səh. 54–55, 173, 192
  4. Marx. "Economic Manuscripts: Appendix I: Production, Consumption, Distribution, Exchange". www.marxists.org. 8 February 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2022. [...] The solitary and isolated hunter or fisherman, who serves Adam Smith and Ricardo as a starting point, is one of the unimaginative fantasies of eighteenth-century romances a la Robinson Crusoe; and despite the assertions of social historians, these by no means signify simply a reaction against over-refinement and reversion to a misconceived natural life. [...] This is an illusion and nothing but the aesthetic illusion of the small and big Robinsonades. It is, on the contrary, the anticipation of “bourgeois society,” which began to evolve in the sixteenth century and in the eighteenth century made giant strides towards maturity. The individual in this society of free competition seems to be rid of natural ties, etc., which made him an appurtenance of a particular, limited aggregation of human beings in previous historical epochs. The prophets of the eighteenth century, on whose shoulders Adam Smith and Ricardo were still wholly standing, envisaged this 18th-century individual – a product of the dissolution of feudal society on the one hand and of the new productive forces evolved since the sixteenth century on the other – as an ideal whose existence belonged to the past. They saw this individual not as an historical result, but as the starting point of history
    [...]
    Labour seems to be a very simple category. The notion of labour in this universal form, as labour in general, is also extremely old. Nevertheless “labour” in this simplicity is economically considered just as modern a category as the relations which give rise to this simple abstraction.
  5. 1 2 Classical sociological theory. Craig J. Calhoun (3rd). Chichester, West Sussex: John Wiley & Sons. 2012. səh. 138. ISBN 978-0-470-65567-2. OCLC 794037359. 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-26. Marx used social criticism as his standard form of social analysis. Marx defined criticism as the "radical negation of social reality."
  6. Fedoseyev, 1973. səh. 318
  7. Tom Rockmore. Marx after Marxism: the philosophy of Karl Marx. John Wiley & Sons. 2002. səh. 128. ISBN 978-0-631-23189-9. 16 June 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011Google Books vasitəsilə.
  8. Brewer, Anthony; Marx, Karl. A guide to Marx's Capital. CUP Archive. 1984. səh. 15. ISBN 978-0-521-25730-5. 22 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011Google Books vasitəsilə.
  9. Postone, 2006. səh. 190, 26–27. 135, 374–75
  10. Calhoun, 2012
  11. Pepperell, 2010. səh. 104–105
  12. "Karl Heinrich Marx – Biography". Egs.edu. 1 September 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 March 2011.
  13. Karl Marx, "Capital II: The Process of Circulation of Capital" embodying the whole volume of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 36 (International Publishers: New York, 1997).
  14. Karl Marx, "Capital III: The Process of Capitalist Production as a Whole" embodying the whole volume of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 37 (International Publishers: New York, 1998).
  15. Karl Marx, "Theories of Surplus Value" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 30 (International Publishers: New York, 1988) pp. 318–451.
  16. Karl Marx, "Theories of Surplus Value" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 31 (International Publishers: New York, 1989) pp. 5–580.
  17. Karl Marx, "Theories of Surplus Value" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 32 (International Publishers: New York, 1989) pp. 5–543.
  18. "Economic Works of Karl Marx 1861–1864". Marxists Internet Archive. 16 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2018.
  19. See note 228 on p. 475 of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 30.