Dadaş Şaraplı — Vikipediya

Dadaş Şaraplı
Doğum adı Dadaş Kamil oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1921–1959
Təhsili Bakı Teatr Məktəbi
Teatr Azərbaycan Dram Teatrı
(1922–1938; 1940-cı illər);
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
(1938–1940)
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1938
"Şərəf nişanı" ordeni — 1938

Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) (8 sentyabr 1903, Bakı1959, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938).

Həyatı[redaktə | mənbəni redaktə et]

Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib.[1]

Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Akademik teatrda oynadığı əsas rollar

Tamaşa Müəllif Rol
Hacı Qara Mirzə Fətəli Axundov Kərəməli
Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov Məhərrəm bəy
Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Əmrah və Təlxək
Şeyx Sənan Hüseyn Cavid Serqo
Knyaz Hüseyn Cavid Kinto
Oqtay Eloğlu Cəfər Cabbarlı Mazandaranski
Almaz Cəfər Cabbarlı Ocaqqulu
Yaşar Cəfər Cabbarlı Niyaz
Xoşbəxtlər Sabit Rəhman Bərbərzadə
Vaqif Səməd Vurğun Təlxək
Həyat Mirzə İbrahimov Pardon Qurbanəli
Hamlet Uilyam Şekspir Gildestern
Şıltaq qızın yumşalması Uilyam Şekspir Tranio
Jorj Danden Jan-Batist Molyer Lyuben
Don Juan Jan-Batist Molyer Pyero
Skapenin kələkləri Jan-Batist Molyer Silvestr
Məkr və məhəbbət Fridrix Şiller Hofmarşal
Dubrovski Aleksandr Puşkin Şabaşkin
Müfəttiş Nikolay Qoqol Mişka
Günahsız müqəssirlər Aleksandr Ostrovski Milavzorov
Yurdsuz insanlar Maksim Qorki Alyoşa
Gülən adam Viktor Hüqo Redibel
Tom dayının koması Biçer Stou Bezqali
Fiqaronun toyu Onore de Balzak Jerubino
Dəmirçi Gavə Şəmsəddin Sami Pərviz
80 gün dünya səyahəti Jül Vern Fite
Göy quş Moris Meterlink Tilet

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Rəhimli. Dadaş Şaraplı // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 280–281. ISBN 978-9952-8306-3-7.