Daşaltı Dövlət Təbiət Yasaqlığı — Vikipediya

Daşaltı Dövlət Təbiət Yasaqlığı
Sahəsi 450 ha
Yaradılma tarixi 24 noyabr 1981
İdarəetmə orqanı AETSN
Florası palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça
Faunası cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal
Yerləşməsi
39°45′48″ şm. e. 46°45′35″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şuşa
Daşaltı Dövlət Təbiət Yasaqlığı xəritədə
Daşaltı Dövlət Təbiət Yasaqlığı
Daşaltı Dövlət Təbiət Yasaqlığı

Daşaltı Dövlət Təbiət Yasaqlığı – 24 noyabr 1981-ci ildə Şuşa şəhərinin ətrafında yaradılmışdır. Sahəsi 450 hektardır. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. 1981-ci ildə ŞuşaƏskəran rayonlarının ərazisində nadir təbiət komplekslərini qorumaq üçün təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 1992-ci ildən Ermənistanın işğalı müddətində tamamilə məhv edilib. [1] Hazırda işğaldan azad edilmiş yasaqlıq ərazisində monitorinqlər aparılmaqdadır.[2]

Yasaqlığın ərazisi[redaktə | mənbəni redaktə et]

Şuşa və Xocalı ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən yasaqlığ 450 hektar ərazini əhatə edir. Qoruğun ərazisinə Topxana meşəsi, Kirs dağının ərazisi, Cıdır düzü, Xocalı rayonunun qala divarları daxildir. Ərazidə triton əsrinə aid "Xan mağarası" təbiət abidəsi vardır.Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır.[3][4]

Florası[redaktə | mənbəni redaktə et]

Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd, vələs, ağcaqayın, cökə, göyrüş, yemişan, itburnu, zoğal, əzgil, alma, armud, alça və s. ağac və kol bitkiləri normal inkişaf edir. Ərazi dərman, endemik və nadir bitkilərlə zəngindir.[5]

Faunası[redaktə | mənbəni redaktə et]

Burada cüyür, çöl donuzu, dələ, dovşan, canavar, çaqqal, və onlarla quş növü məskunlaşmışdır.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Şuşada nadir təbiət komplekslərini qorumaq üçün yaradılan Daşaltı Dövlət Təbiət Yasaqlığı tamamilə məhv edilib". www.azerbaijan-news.az. 7 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  2. "Daşaltı Dövlət Təbiət Yasaqlığı". eco.gov.az. 30 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  3. "Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI" (PDF). files.preslib.az. 3 March 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 may 2022.
  4. "Azad edilən ərazilərdə 2 dövlət təbiət qoruğu və 4 yasaqlıq var". report.az. 19 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.
  5. "Dövlət Təbiət Yasaqlığı". 2010-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-02.
  6. "Şuşanın flora və faunası". xalqqazeti.com. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]