Qondarma Dağlıq Qarabağ Respublikası bayrağı — Vikipediya

Qondarma Dağlıq Qarabağ Respublikası bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qondarma Dağlıq Qarabağ Respublikası — heç bir ölkə tərəfindən tanınmayan Qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı. Bayrağın iki kənarından başlayaraq və həmin tərəfdən məsafənin üçdə birinə bərabər nöqtədə birləşən, ağ rəngli, beşdişli, pilləli xalça naxışının əlavə olunduğu Ermənistan bayrağından hazırlanmış bayraq 2 iyul 1992-ci ildə qəbul edilmişdir.[1] DQR 2017-ci ildə keçirilən referendumdan sonra adı dəyişdirilərək Artsax Respublikası adlandırılıb və bayrağı özündə saxlayıb.[2]

Təsviri[redaktə | mənbəni redaktə et]

Bayraq üç üfüqi və bərabər uzunluqlu zolaqdan ibarət düzbucaqlıdır. Sağ tərəfində ağ rəngli beşbucaqlı pilləli xalça naxışı var.[3][4] Naxış bayrağın üçdə bir hissəsini tutur. Bayrağın nisbəti 1:2-dir.[1][5] 2 iyun 1992-ci ildə qəbul edilib.

Rənglərin simvolizmi belədir:

  • Qırmızı — "erməni xalqının mövcudluğu, xristian inancı, müstəqilliyi və azadlığı uğrunda davam edən mübarizəsi",
  • Mavi — "erməni xalqının dinc səma altında yaşamaq iradəsi",
  • Narıncı — "erməni xalqının həmrəyliyi və zəhmətkeşliyi".
  • Ağ naxış dağları təmsil edir və həmçinin Ermənistanla birləşməyə can atmağın simvolu olaraq qərbə yönəlmiş oxu təmsil edir.[4] Bu, ərazinin erməni irsini, mədəniyyətini və əhalisini simvolizə edir, üçbucaqlı forma və ziqzaq kəsik isə DQR-ni "Ermənistanın ayrılmış bölgəsi" kimi göstərir. Bayraqdakı ağ naxış da milli kimliyin simvolu olan xalçalarda istifadə olunan naxışlara bənzəyir.[6]

Tarixi[redaktə | mənbəni redaktə et]

Ənənəvi erməni xalçalarının ornamentlərini və naxışlarını xatırladan ağ rəngli ziqzaq naxışını əks etdirir. Ermənistan bayrağı əsasında dizayn edilmişdir.[7] Rənglərin ayrılması və eskiz ideyası DQR Ali Sovetinin birinci rəhbəri Artur Mkrtçyandan gəlib.[8] Bayrağın dizaynı Suriyada doğulmuş erməni əsilli amerikalı tanınmış rəssam Vahe Fattala məxsusdur.[9] Dizaynına görə o, 1993-cü ildə DQR Ali Soveti tərəfindən Xankəndiyə dəvət olunub.[10]

DQR Ali Sovetinin 26 yanvar 1993-cü il tarixli fərmanı ilə DQR-in gerbi, bayrağı və himni təsdiq edilmişdir. Bayraq DQR Konstitusiyasında da təsbit edilib və 2006-cı il dekabrın 10-da keçirilmiş ümumxalq səsverməsində qəbul edilib. "DQR-in bayrağı, gerbi və himni haqqında" qanun 27 noyabr 2008-ci ildə qəbul edilib. 2017-ci il DQR Konstitusiyasında bayrağın təsvirində kiçik dəyişikliklər edilib.[11]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 "Attributes of Statehood". Ministry of Foreign Affairs of Nagorno-Karabakh. December 16, 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2007-01-09.
  2. "Nagorno-Karabakh Republic will cease to exist from Jan 1 2024 - Nagorno-Karabakh authorities". Reuters. 2023-09-28. 2023-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  3. "Государственные символы | NKR". www.nkr.am. 20 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  4. 4,0 4,1 "Republic of Artsakh". www.crwflags.com. 4 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  5. "Официальный сайт Президента Нагорно-Карабахской Республики". president.nkr.am. 20 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  6. "The Significance of the Armenian Rug | Armenian News By MassisPost". massispost.com. 4 October 2014. 1 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
  7. "Armenia". www.fotw.info. 5 June 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
  8. "President of the Artsakh National Assembly, Artur Tovmasyan, Accompanied by the MPs, Paid Tribute to the Memory of the First Chairman of the NKR Supreme Council, Artur Mkrtchyan". www.nankr.am. 2024-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
  9. "Renowned Artist Vahé Fattal Passes Away – Asbarez.com" (ingilis). 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  10. "I am the actual designer of the". www.artsakhpress.am. 2023-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-26.
  11. "флаги Карабаха". www.vexillographia.ru. 22 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.