Dağıstan Respublikasının Dövlət Başçısı — Vikipediya

Dağıstan Cümhuriyyətinin Başçısı
rus. Глава Республики Дагестан
Prezidenti ştandartı
Prezidenti ştandartı

Vəzifədədir
Sergey Məlikov
(müvəqqəti olaraq səlahiyyətləri icra edən)
Başçılıq edir Dağıstan
Rəsmi iqamətgahı Dağıstan Respublikası, Mahaçqala şəhəri, Lenin meydanı, Hökumət evi
Səlahiyyət müddəti 5 il
Vəzifənin təsis tarixi 2006-cı il
Rəsmi saytı president.e-dag.ru

Dağıstan Respublikasının Dövlət Başçısı və ya 31 dekabr 2013-cü ildə qədər Dağıstan Respublikasının Prezidenti (rus. Глава/Президент Республики Дагестан) — RF-na bağlı muxtar Dağıstan Respublikasında ən yüksək vəzifə.

Dağıstanın Dövlət Başçısı, Rusiya Federasiyası Konstitusiyasına və federal qanunlara, Dağıstan Respublikasının Konstitusiyasına və Dağıstan qanunlarına uyğunlaşma təmin edilməsinə, eyni zamanda xalqların bərabərliyinə, insan və vətəndaş hüquq və azadlıqlarına yönəlmiş bir siyasət həyata keçirir və Dağıstan Respublikasının birliyinin və ərazi bütövlüyünün qorunması üçün siyasət aparır. Dövlət başçısı 30 yaşından kiçik bir şəxs ola bilməz.

Səlahiyyət müddəti beş ildir. Rusiya Federasiyası Prezidenti tərəfindən irəli sürülmüş üç namizəd arasından Dağıstan Respublikası Milli Məclisinin deputatları tərəfindən seçilir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Ali Şuranın sədri

1991-ci ildən 1994-cü ilə qədər Dağıstanda yüksək vəzifə Ali Şuranın sədri olmuşdur. Bu vəzifənin adı 1991-ci ilə qədər "Dağıstan MSSR Ali Şuranın sədri" olmuşdur. Bu vəzifədə ilk və sonuncu milliyətcə dargin olan Məhəmmədəli Məhəmmədov olmuşdur.

Dövlət Şurasının sədri

1994-cü ildə Ali Şuranın sədrliyi vəzifəsi Dövət Şurasının sədrliyi vəzifəsi ilə əvəz edilmişdir. Bu vəzifədə 2006-cı ilə qədər yenə Məhəmmədəli Məhəmmədov olmuşdur.

Prezident

2006-cı ildə Dövlət Şurasının sədrliyi ləğv edildə və Dağıstan Respublikasının prezidenti vəzifəsi ilə əvəz edildi.

Respublikanın ilk prezidenti Muxu Əliyev oldu.

Dövlət Başçısı

30 dekabr 2013-cü ildə Prezident vəzifəsi ləğv edildi və Dövlət Başçısı vəzifəsi ilə əvəz edildi.

Dağıstanın Dövlət Başçılarının siyahısı[redaktə | mənbəni redaktə et]

# Adı Portreti Hakimiyyətin əvvəli Hakimiyyətin sonu Partiya
1. Məhəmmədəli Məhəmmədoviç Məhəmmədov 13 may 1991 20 fevral 2006
2. Muxu Himbətoviç Əliyev 20 fevral 2006 20 fevral 2010
3. Məhəmmədsalam Məhəmmədəliyeviç Məhəmmədov 20 fervral 2010 28 yanvar 2013
4. Ramazan Hacımuradoviç Abdulatipov 28 yanvar 2013 3 oktyabr 2017
5. Vladimir Abdualiyeviç Vasilyev 3 oktyabr 2017 5 oktyabr 2020
6. Sergey Alimoviç Melikov (müvəqqəti) 5 oktyabr 2020 indiyə kimi