Dərs (film, 2015) — Vikipediya

Dərs
Janr uşaq
Rejissorlar Rafiq Əliyev
Cavid Təvəkkül[1]
Prodüser Müşfiq Hətəmov
Ssenari müəllifləri Elza Ağayeva
Anastasiya Volkova
Baş rollarda Tamerlan Ağayev
Aliyə Əliyeva
Rəşid Əliyev
Ayna Zərbəliyeva
Camal İbrahimov
Kamal İbrahimov
Operator Rauf Qurbanəliyev
Bəstəkar Tünzalə Ağayeva
Rəssam Fikrət Ələkbərov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 27 iyun 2016, Münhen, Almaniya[2]
Müddət 01:23:34 dəqiqə
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015
Texniki məlumatlar 35 mm
Rəng rəngli
Çəkiliş yeri Bakı

Dərs filmi rejissorlar Rafiq ƏliyevCavid Təvəkkül tərəfindən 2015-ci ildə ekranlaşdırılmışdır.[3] Film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.[1] Ekran əsəri uşaqların məktəb və şəxsi həyatlarından bəhs edir. Filmdə əsas rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Camal İbrahimov və Kamal İbrahimov ifa edirlər.[1]

Məzmun[redaktə | mənbəni redaktə et]

Ekran əsəri məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından, bu baxışların formalaşmasından bəhs edir.[1]

Maraqlı faktlar[redaktə | mənbəni redaktə et]

Filmin beynəlxalq təqdimatı 34-cü Münhen Film Festivalında baş tutub.[1]

Festival və mükafat[redaktə | mənbəni redaktə et]

2016-cı ildə 25-ci “Kinoşok” beynəlxalq film festivalının “KinoMalıŞok” proqramının “Ən yaxşı film” nominasiyasında qalib olub.[1]

Rollarda[redaktə | mənbəni redaktə et]

Tamerlan Ağayev — Xalid[1]
Aliyə Əliyeva — Çinarə
Rəşid Əliyev — Asif
Ayna Zərbəliyeva — Solmaz
Camal İbrahimov — Oqtay
Kamal İbrahimov — Orxan
Nazim İbrahimov
Mənsurə Əhmədova
Rasim Cəfərov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 ""Dərs" bədii filmi beynəlxalq festivalında "Ən yaxşı film" seçilib". 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  2. ""Dərs" filmi 34-cü Münhen film festivalında". 2019-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  3. Azərbaycan filmləri Dakka festivalında nümayiş olunub: [Rafiq Əliyev və Cavid Təvəkkülün hazırladığı “Dərs” və Mirbala Səlimlinin ərsəyə gətirdiyi “Qırmızı bağ” filmləri haqqında] //Xalq cəbhəsi.- 2017.- 24 yanvar.- S.16.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Filmi izlə