Dəniz Mall — Vikipediya

Dəniz Mall
Ölkə  Azərbaycan
Şəhər Bakı Bakı
Tikilmə tarixi 1 iyun 2020[1]
Memar Tim Karran (Chapman Taylor)[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəniz MallAzərbaycanın paytaxtı Bakı şəhərində yerləşən ticarət mərkəzi.[3]

Tarixi[redaktə | mənbəni redaktə et]

Dizaynı[redaktə | mənbəni redaktə et]

Dəniz Mall ticarət mərkəzinin dizaynı "Chapman Taylor" şirkətinin direktoru Tim Karran tərəfindən hazırlanmışdır.[2] Verdiyi müsahibələrin birində o, layihənin 2007-ci ildə gerçəkləşdirilməli olduğunu, lakin onun icrasına 2014-cü ildə yenidən başlandığını demişdir. Hazır planlar və çertyojlar öz icrasını yeddi il ərzində gözləyib.[2]

Ticarət mərkəzinin quruluşu və qeyri-adi forması Azərbaycanın gerbində və dövlət bayrağında olan səkkizguşəli ulduzdan və "Mirvari" kafesindən götürülmüşdür.[2]

Ticarət mərkəzinin səkkiz "ləçəyi" eyni zamanda bir neçə böyük tədbirin keçirilməsinə imkan verəcək səkkiz geniş salondan ibarət olmalı idi.[2] Sonradan bu fikirdən imtina edilmiş və əyləncə məkanının yaradılması qərara alınmnışdır.[2]

Açılışı[redaktə | mənbəni redaktə et]

Ticarət mərkəzi açılışı 2020-ci il iyunun 1-də olub.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Deniz Mall opens to the public in Baku". www.chapmantaylor.com. www.chapmantaylor.com. 26 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2021.
  2. 2,0 2,1 2,2 2,3 2,4 2,5 Praga, Diana. "Yeni "Dəniz Mall" ticarət mərkəzi ilə bağlı 5 fakt". urban.az. urban.az. 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-27.
  3. "DENIZ MALL OPENS TO THE PUBLIC IN BAKU". www.across-magazine.com. www.across-magazine.com. 27 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2021.
  4. "Bakıda yeni açılan "Dəniz Mall"un içərisindən görüntülər - FOTO". baku.ws. baku.ws. 24 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 may 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]