Dündar Əli Əfəndi — Vikipediya

Dündar Əli Əfəndi
دندار علي أفندي
6 yanvar 2017 – 18 yanvar 2021
ƏvvəlkiOsman Bəyazid Əfəndi
SonrakıHarun Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dəməşq, Suriya
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri
Fəaliyyəti Əsilzadəlik
Atası Mehmed Əbdülkərim Əfəndi
Anası Nemət xanım
Həyat yoldaşı Yüsra xanım
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dündar Əli Osmanoğlu (30 dekabr 1930, Dəməşq18 yanvar 2021[2], Dəməşq[1]) — Osmanlı sülaləsinin onuncu rəisi və Osmanlı şahzadəsi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şahzadə Dündar Əli Əfəndi 1930-cu ildə Dəməşqdə dünyaya gəlmişdir. Atası Sultan Əbdülhəmidin oğlu Mehmed Səlim Əfəndinin oğlu Mehmed Əbdülkərim Əfəndi, anası isə onun xanımı Nemət xanım idi. Balaca Dündar atasının sürgündə yaşadığı Dəməşqdə dünyaya gəlmiş, 1 yaşı tamam olmamış anası və atası ayrılmışdı. Atasının taxt mübarizəsi uğrunda Şərq ölkələrinə səyahət etməsi səbəbilə bundan sonrakı həyatını anasıyla keçirmişdir. 1935-ci ildə atası vəfat etmiş, bu səbəblə 2 il boyunca Beyrutdakı babası Mehmed Səlim Əfəndinin yanında qalmışdır. Ancaq babasının 1937-ci ildə vəfat etməsiylə yenidən Dəməşqə döndülər. Burada Yüsra xanımla evləndi. Övladı olmamışdır.

1995-ci ildə yenidən Türkiyə Cümhuriyyəti vətəndaşı oldu. 2017-ci ildə Osman Bəyazid Əfəndinin vəfatının ardından Osmanlı sülaləsinin rəisi elan olundu. 18 yanvar 2021-ci ildə vəfat etdi və ailə rəisliyi Harun Əfəndiyə ötürüldü.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 وفاة الوريث الأخير لعرش الإمبراطورية العثمانية في دمشق. RT Arabic, 2021.
  2. Last heir to Ottoman throne passes away at 90.