Dövlət Baxçalı — Vikipediya

Dövlət Baxçalı
2 iyun 2023 – 7 iyun 2023
ƏvvəlkiMustafa Şəntop
SonrakıNuman Kurtulmuş
Vəzifədədir
6 iyul 1997-ci ildən
ƏvvəlkiAlparslan Türkeş
Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı
Vəzifədədir
23 iyul 2007-ci ildən
Seçki dairəsi2007Osmaniyə
2011Osmaniyə
iyun, 2015Osmaniyə
noyabr, 2015Osmaniyə
2018Osmaniyə
2023Osmaniyə
18 noyabr 1999 – 14 noyabr 2002
Seçki dairəsi1999Osmaniyə
Şəxsi məlumatlar
Doğum tarixi 1 yanvar 1948(1948-01-01)[1] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı
Uşağı yoxdur
Dini sünnilik
Elmi fəaliyyəti
Elmi dərəcəsi

İmzanın şəkli
devletbahceli.com.tr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət Baxçalı (1 yanvar 1948[1], Baxça[d], Osmaniyə ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı. Milliyətçi Hərəkat Partiyası sədri.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Dövlət Baxçalı 1 yanvar 1948-ci ildə Osmaniyyə ilinin Bahçe ilçəsində anadan olub. Atası Salih Bahçeli Osmaniyənin tanınmış tacirlərindən olub. Anası Samiyə Bahçeli isə evdan qadın olub. Bahçeli ailədə dörd uşaq olublar. Onlardaın 2-si atasının birinci nigahdan olan uşaqları idi. Solçi bir ailədə böyüyən Bahçelinin atası Cümhuriyyət Xalq Partiyasının tərəfdarı idi.

İbtidai təhsilini doğulduğu Osmaniyə ilində alıb. Orta təhsilini Sərvət adlı qardaşı ilə Adana ilinin Çuxurova ilçəsində alıb. Lisey təhsili üçün İstanbula qohumlarının yanına getmiş və burada Emirgan Ağgün Kollecinə daxil olmuş, daha sonra Etiler məhəlləsində Özəl Ata Kollecinə getmiş və təhsilini burada başa vurmuşdur. 1967-ci ildə AİTİA-ya daxil olub və 1971-ci ildə Xarici Ticarət Bölməsindən məzun olub.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

AİTİA-da assistent olaraq çalışıb. Qazi Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Bölməsində müəllim olub. Dünya iqtisadiyyatı, tarix və xarici siyasətlə bağlı araşdırmaları olub.

7 iyul 1997-ci ildən Milliyətçi Hərəkat Partiyasının sədridir. 2000, 2003, 2006, 2009, 2012, 2015, 2018 və 2021-ci illərdə baş tutan MHP qurultaylarında sədr seçilib.[2]

1999, 2007, 2011, iyun 2015, noyabr 2015, 2018 və 2023-cü illərdə Osmaniyyə ilindən MHP sədri olaraq Türkiyə Böyük Millət Məclisinin 21, 23, 24, 25, 26, 27 və 28-ci çağırışlarının deputatı seçilib.[2]

İngiliscə bilir. Subaydır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Devlet Bahceli // Munzinger Personen (alm.).
  2. 2,0 2,1 2,2 2,3 TBMM. "Devlet BAHÇELİ". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.