Dördkünc Mərdəkan qalası — Vikipediya

Dördkünc Mərdəkan qalası
Xəritə
40°29′31″ şm. e. 50°08′26″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Mərdəkan
Aidiyyatı Şirvanşahlar dövləti
Sifarişçi I Axsitan
Tikilmə tarixi XII əsr[1]
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Hündürlüyü 22 m
Eni 2,1 (aşağıda)
1,6 m (yuxarıda)
Material kirəc daşı
Vəziyyəti muzey kimi fəaliyyət göstərir
Rəsmi sayt
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The Caspian Shore Defensive Constructions
TipiMədəni
Təyin edilib2001
İstinad nöm.1573
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.4.1.
KateqoriyaQala
ƏhəmiyyətiDünya əhəmiyyətli
Böyük Mərdəkan qəsri (Bakı Rayonları)
Böyük Mərdəkan qəsri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsriBakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[2] 2001-ci ildə Nardaran qəsri digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir.[3]

Qala dördkünc formada XII əsrdə III Böyük Mənuçöhrün oğlu I Axsitan tərəfindən tikilmişdir.

Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Böyük Mərdəkan qəsri XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib.[1][4][5]

Memarlıq xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Qəsrin daxili həyəti 24x20 metr ölçüyə, həyətdə yerləşən qüllə isə 22 metr hündürlüyə malikdir.[6] L. Mamikonovun fikrincə qüllənin bu qədər hündürlüyə malik olması onun zirvəsindəki meydançadan yalnız qəsr həyətinin deyil, eyni zamanda qəsrin xarici divarlarındankənarda yerləşən ərazinin də atəşə tutulmasına imkan verir.[6] Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Qüllələr arasındakı məsafə 10-11 metri keçmir ki, bu da o XIV əsrə kimi müdafiə tikililərinin inşasında ümumi qəbul edilmiş məsafədən fərqlənir.[6] Ehtimal ki, qəsrin xarici divarlarına yaxın ərazilərin çarpaz ox atəşi ilə müdafiəsini təmin etmək niyyəti güdən memar qüllələr arasındakı məsafənin azaldılmasına qərar vermişdir.[6]

Mərdəkan qəsrinin xarici divarlarında qəsr donjonunda olan kronşteynləri xatırladan kronşteyn maşikulları vardır.[7] Qəsr divarlarından birinin ortasında yerləşən giriş qapısı iki tərəfdən yaxşı möhkəmləndirilmiş yarımdairəvi qüllələrlə müdafiə olunur.

Böyük mərdəkan qəsrinin daxili həyəti elə planlaşdırılmışdır ki, qəsrin birinci müdafiə xəttini yarıb həyətə daxil olan düşmən, donjon və qəsr divarı arasında 5 metr enə malik dar dəhlizə daxil olur və bu zaman qüllə üzərindəki meydanda yerləşən müdafiəçilər üçün rahat hədəfə çevrilir.[7]

Ümumilikdə Dördkünc Mərdəkan qəsrinin donjonu Dairəvi Mərdəkan qəsrinin donjonu ilə müqayisədə daha inkişaf etmiş memarlıq xüsusiyyətlərinə malikdir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Böyük Mərdəkan qəsrinin kvadrat formalı donjonu beş yarusa bölünür.[7]

Donjonun yaruslarından yalnız birinci və ən sonuncu oxvari tağtavan formasında həll edilmiş daş örtüyə malikdir. Digər yarusların tavanları isə taxta şalbanlar əsasında hazırlanmış düz tavana malikdir.[7]

Donjona dörd tərəfdən yarımdairəvi qüllələrin əlavə edilməsi, bir tərəfdən onun memarlıq xüsusiyyətlərinə təsir edərək daha möhkəm xarakter vermiş və beləcə tikilinin hündürlüyünün artırılmasına imkan vermiş, digər tərəfdən isə qüllə divarlarının müdafiəsinin daha səmərəli təşkilinə şərait yaratmışdır. [8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 К. М. Мамед-заде. Строительное искусство Азербайджана, Баку, 1983
  2. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  3. Centre, UNESCO World Heritage. "The Caspian Shore Defensive Constructions". UNESCO World Heritage Centre (ingilis). unesco.org. 2019-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 aprel 2022.
  4. Hacıyev, Bəxtiyar. "Mərdəkan qalası – Abşeronun ən hündür donjonu". TREND News Agency. 2 Sentyabr 2017. 31 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2022.
  5. "Əsrlərin yadigarı - Dördkünc Mərdəkan qalası". report.az. 11 Fevral , 2015. 25 June 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 may 2022.
  6. 6,0 6,1 6,2 6,3 Мамиконов, 1950. səh. 52
  7. 7,0 7,1 7,2 7,3 Мамиконов, 1950. səh. 53
  8. Мамиконов, 1950. səh. 54

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Ашурбейли, С. Б. История города Баку. Период средневековья. Баку: Азернешр. 1992. səh. 408. ISBN 5-552-00479-5.
  • Бретаницкий, Л. С. Баку. Ленинград-Москва: Искусство. 1970. səh. 245.
  • Мамед-заде, К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. Баку: Элм. 1983.
  • Щеблыкин, И. П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы) / Под ред. И. Джафарзаде. Баку: Издательство АзФАН. 1943.
  • Мамиконов, Л. Г. К изучению средневековых оборонительных сооружений Апшерона. Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]