Cumakənd — Vikipediya

Cumakənd
41°12′33″ şm. e. 46°57′14″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2.205 nəfər
Xəritəni göstər/gizlə
Cumakənd xəritədə
Cumakənd
Cumakənd

CumakəndAzərbaycan Respublikasının Şəki rayonunun Cumakənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

Cumay Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Əyriçayın sahilində Daşüz (Daşyüz) silsiləsinin ətəyindədir. Cuma variantında da qeydə alınmışdır. XIX əsrin sonlarında Şin çayı daşaraq Baş GöynükAşağı Göynük kəndlərində böyük dağıntılar törətdiyindən həmin kəndlərdən xeyli əhali buraya köçmüş və Təzəkənd adlı yaşayış məntəqəsinin əsasını qoymuşdur. Ətəyində yerləşdiyi dağın adı ilə Daşüz Təzəkənd də adlandırılmışdır. 1966-cı ildə el sənətkarı Aşıq Molla Cumanın (1855-1920) şərəfinə Cuma adlandırılmışdır. 1933-cu ildə Bərdədə Cumalar kəndi qeydə alınmışdır[2].

Əhalisi[redaktə | mənbəni redaktə et]

  • Əhalisi 2205 nəfər təşkil edir ki, onun da 1166 nəfəri kişi, 1039 nəfəri isə qadındır.
  • Kiçik istisnalar nəzərə alınmazsa kənddə etnik Türk ailələri yaşayır. Və əhali bütünlüklə Azərbaycan Türkcəsinin şimal-qərb ləhcəsində danışır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.