Corce Enesku — Vikipediya

CORCE ENESKU
rum. George Enescu
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Liven, Rumıniya
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Paris, Fransa
Dəfn yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar
Janrlar opera, simfoniya, kamera musiqisi
Musiqi alətləri skripka, piano
Təhsili
Mükafatları "Fəxri legion" ordeni kavaleri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corce Enesku (19 avqust 1881[3][4][…]4 may 1955[3][4][…], VIII arondisman (Paris), Fransa[5]) — Rumıniya bəstəkarı və musiqiçisi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Corce Enesku 19 avqust 1881-ci ildə Livendə (Rumıniya) anadan olub. 13 yaşında Vyana konservatoriyasını bitirən Enesku Paris konservatoriyasına daxil olub və burada skripkada ifasına görə ilk mükafatını qazanıb. Eneskunun əsərləri arasında Edip operasını (Oedipe, 1936), 3 simfoniyanı, 2 orkestr rapsodiyasını, violonçeldə ifa və kiçik orkestr üçün kamera simfoniyasını, kamera əsərlərini, o cümlədən fortepiano və skripka üçün pyeslərini qeyd etmək olar.

Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir.

Enesku 4 may 1955-ci ildə Parisdə vəfat edib.

2006-cı il oktyabrın 11-də Bakıda, 8-ci mikrorayonda müasir rumın milli bəstəkarlıq məktəbinin banisi Corce Eneskunun abidəsinin təntənəli açılışı olmuşdur.[6]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bauer P. Deux siècles d'histoire au Père Lachaise (fr.). Versailles: 2006. P. 314. ISBN 978-2-914611-48-0
  2. 1 2 https://www.la-croix.com/Culture/OEdipe-Georges-Enesco-fait-grand-retour-lOpera-Paris-2021-09-27-1201177536.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 George Enescu // Brockhauz Ensiklopediyası (alm.).
  5. Deutsche Nationalbibliothek Record #118684639 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. "Məşhur rumın bəstəkarı və musiqiçisi Corce Eneskunun abidəsinin açılışı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-08-08.

Mənbə[redaktə | mənbəni redaktə et]