Conni Loqan — Vikipediya

Conni Loqan
ing. Johnny Logan
Conni Loqan 2009-cu ildə Vyanada
Conni Loqan 2009-cu ildə Vyanada
Ümumi məlumatlar
Doğum adı Şon Patrik Maykl Şerrard
ing. Seán Patrick Michael Sherrard
Ləqəbləri Conni Loqan
Mr Eurovision
Doğum tarixi (69 yaş)
Doğum yeri Avstraliya, Viktoriya, Frankston
Vətəndaşlığı İrlandiya İrlandiya
Milliyyəti İrland
Uşağı 4
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 1978 - indiyə kimi
Janr folk musiqi
Musiqi aləti gitara
Səs tembri tenor
johnnylogan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şon Patrik Maykl Şerrard (ing. Seán Patrick Michael Sherrard; d. 13 may 1954) - və ya səhnə adı olan Conni Loqan (ing. Johnny Logan) kimi tanınan və Avstraliyada dünyaya göz açmış İrlandiyalı müğənni və bəstəkar. Conni Loqan Avropada əsasən Avroviziya Mahnı Müsabiqəsində iki dəfə (19801987-ci illərdə) qələbə qazanmasına görə tanınır. O eyni zamanda 1992 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmış mahnının da bəstəkarı olmuşdur.

Conni Loqan İrlandiyanı ilk dəfə Avroviziyada 1980-ci ildə "What's Another Year" adlı mahnı ilə təmsil etmiş və 19 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır. Daha sonra 1984-cü ildə İrlandiyanı həmin müsabiqədə Linda Martin Conni Loqanın bəstələdiyi "Terminal 3" adlı mahnı ilə təmsil etmiş və ikinci yerdə qərarlaşmışdır. Loqan Avroviziyaya iştirakçı olaraq ikinci dəfə 1987-ci ildə geri döndü. Müsabiqədə özü tərəfindən bəstələnmiş "Hold Me Now" adlı mahnını ifa edən müğənni İrlandiyaya Avroviziyada növbəti qələbə sevincini yaşatmışdır. Conni Loqan eyni zamanda 1992-ci ildə İrlandiyanı yenidən müsabiqədə təmsil edən Linda Martinə "Why Me?" mahnısını bəstələmiş və Linda həmin mahnı ilə müsabiqədə qələbə qazanmışdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Şon Patrik Maykl Şerrard 13 may 1954-cü ildə Avstraliyanın Viktoriya ştatında yerləşən Frankston şəhərində anadan olmuşdur. Onun atası Çarlz Alfonsus Şerrard Şimali İrlandiyanın Derri şəhərində dünyaya göz açmış tenor olub. Şonun üç yaşı olanda ailəsi İrlandiyaya geri dönüb. O 13 yaşından gitarada ifa etməyi öyrənmiş və mahnılar bəstələməyə başlamışdır.

1978-ci ildə müğənni özünə səhnə adı olaraq Conni Loqanı seçmişdir. Bu adı seçərkən Şon cizgi film qəhrəmanlarından biri olan Conni Qitardan ilhamlandığını bildirmişdir. Loqan ilk sinqlını 1978-ci ildə dinləyicilərə təqdim etmişdir. O 1979-cu ildə İrlandiyanın Avroviziya Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turuna "Angie" adlı mahnı ilə qatılmış və üçüncü yerdə qərarlaşmışdır[1][2].

Loqan hal-hazırda həyat yoldaşı və üç uşağı ilə birlikdə İrlandiyanın Mit qraflığında yerləşən Aşborn şəhərində yaşayır[3].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Johnny Logan". Irish-showbands.com. 2012-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fevral 2012.
  2. "IRISH NATIONAL FINAL 1979". Web.archive.org. 26 oktyabr 2009. 2009-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.
  3. "'I gave up years ago trying to get records released in Ireland' - Johnny Logan". Irish Independent. 8 mart 2015. 2016-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-05.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]