Con Mott — Vikipediya

Con Mott
Doğum tarixi 25 may 1865(1865-05-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 31 yanvar 1955(1955-01-31)[1][2][…] (89 yaşında)
Təhsili
Fəaliyyəti diplomat, ilahiyyatçı
Mükafatları Nobel mükafatı Nobel sülh mükafatı (1946-cı il)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Reley Mott (ing. John Raleigh Mott; 25 may 1865[1][2][…], Nyu-York, Nyu-York ştatı31 yanvar 1955[1][2][…]) — yevangelist və Dünya Xristian Tələbələr Birliyi(YMCA) və Dünya Tələbə Xristian Federasiyasının (WSCF) rəhbəri.

1946-cı ildə Nobel sülh mükafatını,dünyanı sülhə təşviq etmək üçün çalışan Beynəlxalq Protestant Xristian Tələbə təşkilatlarının qurulması və gücləndirilməsindəki işinə görə aldı. Mükafatı Emili Qrin Bolç ilə bölüşdü. 1895-1920-ci illərdə Mott Dünya Tələbə Xristian Federasiyasının baş katibi oldu. 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında yaxından iştirak edən bu qurum onu ömürlük fəxri prezident seçdi. Ən çox tanınan kitabı,Bu nəsildə dünyanın müjdələnməsi (ing. The Evangelization of the World in this Generation) XX əsrin əvvəllərində missioner şüarı oldu.[3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Mott,25 may 1865-ci ildə Nyu York,Sallivan dairəsinin,Livinqston yaşayış məntəqəsində anadan olmuşdur. Ailəsi 1865-ci ilin sentyabr ayında Ayova ştatının Postvill şəhərinə köçür. Ayova Universitetində,tarix üzrə təhsil alarkən,mükafat qazanan debatçı tələbə idi. 1888-ci ildə,Kornell Universitetinə keçid edərək bakalavr dərəcəsini davam etdirdi. 1886-cı ildə qurulan Xarici Nümayəndələr üçün Tələbə Könüllü Hərəkatının qurucularından biri olan Artur Tappan Pirsondan çox təsirləndi. Mott 1891-ci ildə Leyla Ada Vaytla (1866-1952) evləndi. Onun iki oğul və iki qızı oldu.

1910-cu ildə,müasir protestant missiyaları hərəkatında mühüm bir mərhələ olan və bəzilərinin müasir ümumdünya hərəkatı adlandırdığı 1910-cu il Ümumdünya missionerlər konfransına Amerikalı metodist,layman (kilsənin təyin olunmamış üzvü) Mott rəhbərlik etdi.

Mott və bir həmkarına 1912-ci ildə işləri ilə maraqlanan Vayt Star Layn şirkətinin rəsmisi tərəfindən Titanikdə pulsuz səyahət təklif edildi,lakin onlar bundan imtina etdilər və daha sadə gəmi olan Lapland ilə səyahətə çıxdılar. Hovard Hofkinsin xatirələrinə görə,Nyu-Yorkdakı xəbərləri eşidəndə,iki insan bir-birinə baxaraq dedi: "Rəbbim bizim üçün daha çox iş görməlidir".[4]

Avropanı gəzdikdən,ekumenizmi təbliğ etdikdən sonra Mott,1912-ci ilin oktyabrından 1913-cü ilin mayına qədər Seylon,Hindistan,Birma,Malaya,Çin,Koreya və Yaponiyada olmaqla bir sıra 18 regional və milli konfransların keçirildiyi Asiyaya getdi.

Rusiya inqilabından sonra Rus Pravoslav kilsəsi və Baş yepiskop Tixon ilə əlaqələri qorumaq üçün III Robert Hallovell Qardiner ilə də çalışdı.

1920-dən 1928-ci ilə qədər Mott Dünya Tələbə Xristian Federasiyasının (WSCF) sədri vəzifəsini icra etdi. Həm missioner,həm ekumenizt olaraq ,həm də sülh üçün göstərdiyi səylərinə görə bəzi tarixçilər onu "dövrünün ən çox səyahət edən və dünyaya güvənən xristian lideri" hesab edirlər.[5]

İrsi[redaktə | mənbəni redaktə et]

Con Reley Mottun sənədləri Yel İlahiyyat Məktəbi kitabxanasında saxlanılır.[6]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

Mott,3 oktyabrda Yepiskop kilsəsinin (ABŞ) ayin təqvimində bayram günü mükafatlandırıldı.

Ayova,Postvill şəhərindəki Postvill İcması məktəbi bölgəsi onun adını daşıyır.[7]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 John R. Mott // Encyclopædia Britannica (ing.).
  2. 2,0 2,1 2,2 2,3 John Raleigh Mott // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
  3. Cracknell & White, 233
  4. Greg Daugherty. "Seven Famous People Who Missed the Titanic". Smithsonian Magazine. March 2012. 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.
  5. Cracknell & White, 243
  6. Yale University Divinity School Library Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine. hdl.handle.net
  7. "High School". Postville Community School District. 2001-03-03. 2001-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-07. - The link for Mott goes to this page

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Mott, John Raleigh. The Future Leadership of the Church (1909) online.
  • Mott, John Raleigh. The Evangelization of the World in This Generation. Arno, 1972. ISBN 0-405-04078-4.
  • Mott, John R. Five decades and a forward view (1939), autobiography

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Cracknell, Kenneth and Susan J. White. An Introduction to World Methodism. Cambridge: Cambridge University Press, 2005. ISBN 0-521-81849-4.
  • Fisher, Galen Merriam. John R. Mott: Architect of Cooperation and Unity. New York: Association Press, 1953.
  • Hopkins, Charles Howard. John R. Mott, 1865–1955. Eerdmans, 1979. ISBN 0-8028-3525-2.
  • Hopkins, C. Howard. History of the Y.M.C.A. in North America (1951)
  • Mackie, Robert C. Layman Extraordinary: John R. Mott, 1865–1955. London, Hodder & Stoughton, 1965.
  • Matthews, Basil Joseph. John R. Mott: World Citizen. New York, Harper, 1934.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Dünya Tələbə Xristian Federasiyası (ing.)

П:  Xristianlıq portalı П:  ABŞ portalı