Juan Manuel — Vikipediya

Juan Manuel
port. João Manuel
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyun 1537[1]
Vəfat tarixi 2 yanvar 1554[1] (16 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Jeronimuş monastrı[d]
Sülalə Avis sülaləsi
Atası III Con
Anası Avstriyalı Ketrin
Həyat yoldaşı
Uşağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Manuel (port. João Manuel) (3 iyun 1537[1]2 yanvar 1554[1], Lissabon[1]) — Portuqaliya kralı III ConAvstriyalı Ketrinin yetkinlik yaşına çatan yeganə oğlu, Portuqaliya infantı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Con Manuel 3 iyun 1537-ci ildə Evora sarayında dünyaya gəldi. Atası Portuqaliya kralı III Con, anası isə Kastiliyalı YuannaHabsburqlu Filipin ən kiçik qızı Ketrin idi. Özündən öncə dünyaya gələn 4 qardaşı körpə yaşlarında vəfat etdiyi üçün hələ 2 yaşında ikən 1539-cu ildə Portuqaliya taxtının vəliəhdi — infant elan edildi. Bununla yanaşı səhhəti olduqca zəif idi. Yaxın qohumluq əlaqələri olan İspaniyaPortuqaliya monarx ailələri arasında baş tutan evliliklər gənc infantın zəif səhhətinin başlıca səbəbi olaraq görülür.

11 yanvar 1552-ci ildə Con Manuel həm dayısı, həm də bibisi qızı olan Avstriyalı Yuanna ilə evləndirildi. Ancaq çox keçmədən 2 yanvar 1554-cü ildə Con Manuel vəfat etdi. Onun ölüm səbəbi vərəm və ya diabet olaraq göstərilir. Ölümündən cəmi 18 gün sonra hamilə olan xanımı bir oğul övladı — gələcəkdə Portuqaliya kralı olan Sebastiyanı dünyaya gətirdi.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Liss, Peggy K. (10 November 2015). Isabel the Queen: Life and Times. University of Pennsylvania Press. p. 11. ISBN 9780812293203

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #1023825341 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Lundy D. R. João Manuel de Aviz, Principe de Portugal // The Peerage (ing.).