Con Cekson — Vikipediya

Con Cekson
ing. John Hughlings Jackson
Con Cekson
Con Cekson
Doğum tarixi
Doğum yeri Yorkşiir
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri London
Dəfn yeri
Milliyyəti ingilis
Elm sahələri nevrologiya, Epilepsiya[1]
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Con Cekson (ing. John Hughlings Jackson; 4 aprel 1835[2][3][…], Yorkşir[d], Birləşmiş Krallıq7 oktyabr 1911[2][3][…], London) – ingilis oftalmoloqu və nevropatoloqu; tibb doktoru (1860), London Kral Cəmiyyətinin (1878) və Kral Həkimlər Kollecinin fəxri üzvü.[4]

Həyatı[redaktə | mənbəni redaktə et]

London xəstəxanaları və hospitallarında işləmişdir. 1870-ci ildə epilepsiyanın formalarından birini, bulbar alternasiya edən sindromu təsvir etmiş, hərəki mərkəzlərin lokalizasiyasının insanın böyük beyin yarımkürələri qabığının ön mərkəzi şırımında olduğunu müəyyən etmişdir (1864).[4]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

İlk dəfə (1864) mərkəzi sinir sistemi xəstəliklərinin diaqnostikası üçün oftalmoskopiyanın əhəmiyyətini göstərmiş, böyük beyin yarımkürələri qabığının müvafiq sahələrinin funksional pozulmaları ilə epilepsiya və epilepsiyaya oxşar tutmaların əlaqəsini əsaslandırmış (1875), sensor aqnoziyanı təsvir etmişdir (1866).

Mərkəzi sinir sisteminin təkamülü və dissolyusiyası haqqında Con Ceksonun fikirləri təkamül morfologiyasının inkişafına və sinir sistemi xəstəlikləri zamanı bir sıra klinik simptomların şərh olunmasına təsir göstərmişdir.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 John Hughlings Jackson // Encyclopædia Britannica (ing.).
  4. 1 2 3 Con Cekson// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 212-213. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.