Cohor — Vikipediya

Malayziyanın ştatı
Cohor
malay Johor
Bayraq Gerb
Bayraq Gerb
Lagu Bangsa Johor

1°29′14″ şm. e. 103°46′52″ ş. u.


Ölkə Malayziya
İnzibati mərkəz Cohor Baru
Sultan İbrahim İsmail
Baş nazir Onn Hafiz Ghazi
Tarixi və coğrafiyası
Sahəsi 18 987 km² (5-ci yer)
Hündürlük
  •  Maksimal


  • 1276 m
Saat qurşağı +8
Əhalisi
Əhalisi 3 348 283 nəfər (2010) (2-ci yer)
Əhalinin sıxlığı 176,35 nəfər/km² (2-ci yer)
Rəqəmsal identifikatorlar
Abreviatura JH
ISO kodu MY-01
Telefon kodu 06, 07
Poçt indeksi 80000–86999
Avtomobil nömrəsi J
Rəsmi sayt
Cohor xəritədə
Cohor xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cohor - (malay dilində: Johor, Cavi əlifbası ilə:جوهور) - İnzibati mərkəzi Cohor Baru, federasiyanın tərkibinə daxil olan Malayziya ştatı, Malayziyada sultanlıq. Senay - beynəlxalq aeroportuna malikdir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Cohor Malayziya ştatları arasında ərazisinə görə beşinci, əhalisinə görə ikinci yeri tutur. Malakka yarımadasının cənub hissəsində yerləşir. Ştatın ən hündür nöqtəsi Qnunq Ledanq (1276 m) dağıdır. Sahil xətlərinin uzunluğu 400 km.-ə yaxındır. İqlimi - evvatorial, müsson. İllik yağıntının müqdarı orta hesabla 1778 mm., orta illik temperatur 26 — 28 °S.-dir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Cohorun adı ərəb mənşəli olub "qiymətli daş" deməkdir[1]. Sultanlığın əsası XVI əsrin əvvəllərində Portuqaliya işğalçılarından qaçmağa müvəffəq olan sonuncu Malakka hökmdarı sultan Mahmud Şahın oğlu tərəfindən qoyulmuşdur. Sultanlıq tərəfindən Riau arxipelaqı və Pakanq tutulduqdan sonra imperiyaya çevrilmiş və həmin ərazilərin idarə olunması üçün canişinlər göndərilmişdir. Cohor dəfələrlə Portuqaliya işğalçılarına hücumlar etsə də, Malakkanı geri qaytara bilməmişdir. Malakka portuqaliyalılar tərəfindən işğal olunduqdan sonra və burada yaradılan müstəmləkəçilərin əsas dayağına çevrilən Portuqaliya hakimliyi 130 il ərzində Coxor sultanlığının boğaza nəzarəti tamamilə öz əlinə almasına mane olmuşdur.

1641-ci ildə hollandlarla ittifaqa girən Cohor Malakkanı ələ keçirməyə müvəffəq olsa da, sonralar sultanlıq ara müharibələri nəticəsində zəifləyərək öz gücünü itirmişdir.

1864-1895-ci illərdə hakimiyyətdə olan sultan Əbu Bakar uzaqgörən və uğurlu siyasəti, ingilislərlə və qonşu Sinqapur dövləti ilə yaratdığı normal münasibətlər sayəsində ölkədə firavan həyat səviyyəsinin yaradılmasına və sosial-iqtisadi inkişafın sürətlənməsinə müvəffəq oldu. Əldə etdiyi uğurlara görə ona "Yeni Coxorun atası" titulu verilmişdir.

1914-cü ildə ölkədə Böyük Britaniya müşaviri Kempbell fəaliyyətə başlamışdır.

İkinci Dünya Müharibəsi zamanı Coxor-Baru şəhəri yaponların Malay əməliyyatı zamanı Malayziya yarımadasında ələ keçirdikləri sonuncu şəhər olmuşdur. Yaponiya generalı Tomoyuki Yamasita buradan Sinqapurun işğal edilməsi məqsədilə təşkil olunan hərbi əməliyyatlara rəhbərlik etmişdir.

Coxor 1948-ci ildə Malay Federasiyasının tərkibinə daxil olmuş, bu federasiya 1957-ci ildə öz müstəqilliyini elan etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Laporan Kiraan Permulaan 2010". Jabatan Perangkaan Malaysia. səh. 27. 2010-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2015.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Джохор // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.

Xarici keçid[redaktə | mənbəni redaktə et]