Cin itüzümü — Vikipediya
Cin itüzümü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Cin itüzümü | ||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Cin itüzümü (lat. Lycium chinense)
Təbii yayılması[redaktə | mənbəni redaktə et]
Şərqi Asiyada dəniz səviyyəsindən 2500 m yüksəklikdə daşlı-qayalı yerlərdə yayılmışdır.
Botaniki təsviri[redaktə | mənbəni redaktə et]
Hündürlüyü 2–3 m-ə qədər, sallaq, yumşaq, bəzən isə sarılan tikanlı budaqları olan bitkidir. Tamkənarlı yarpaqları dəstə ilə çıxır. Çiçəkləri açıq bənövşəyi rənglidir, iyuldan-sentyabra qədər çiçəkləyir. Qırmızı rəngli giləmeyvələri sentyabr-oktyabrda yetişir. Toxum və pöhrələrlə çoxalır.
Ekologiyası[redaktə | mənbəni redaktə et]
Torpağa tələbkar deyil, şaxtaya davamlıdır.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Bakıda bir çox parklarda mədəni şəraitdə becərilir.
İstifadəsi[redaktə | mənbəni redaktə et]
Meyvəsinin tərkibində 21 mikroelement və 18 amin turşusu vardır ki, bunlardan da təbabətdə geniş istifadə edilir. Meyvələrinin yetişməsi mərhələsində çox dekorativ görünür. Abşeronda canlı çəpərlərin salınmasında istifadə edilir.