Cin Kennedi Smit — Vikipediya

Cin Kennedi Smit
ing. Jean Ann Kennedy Smith[1]
Şəxsi məlumatlar
Doğum adı Jean Ann Kennedy
Doğum tarixi 20 fevral 1928(1928-02-20)[2][3]
Doğum yeri
Vəfat tarixi 17 iyun 2020(2020-06-17)[4][5][…] (92 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti diplomat
Atası Cozef Patrik Kennedi[2][7]
Ailəsi Kennedi ailəsi
Dini Roma-Katolik kilsəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cin Enn Kennedi Smit (tam adı: ing. Jean Ann Kennedy Smith; 20 fevral 1928[2][3], Boston17 iyun 2020[4][5][…], Nyu-York, Nyu-York ştatı[6]) — ABŞ diplomatı, fəal, yazar, ABŞ-nin İrlandiyadakı səfiri (1993-1998). Kennedi ailəsinin üzvüdür: Cozef Patrik KennediRoza Kennedinin ailəsində dünyaya göz açıb. Doqquz övladdan səkkizincisi və yaşca ailənin ən kiçik qızıdır. Prezident Con Kennedi, Senator Robert Frensis Kennedi, Senator Ted KennediXüsusi Olimpiadanın yaradıcısı Yunis Kennedi Şrayverin bacısıdır.

ABŞ-nin İrlandiyadakı səfiri olarkən Smit, Şimali İrlandiya sülh prosesində Prezident Bill Klintonun Dublindəki nümayəndəsi kimi çıxış etmişdir. ABŞ hökumətindən Şinn Feyn partiyasının sədri Cerri Adams üçün viza verilməsini xahiş etdiyinə görə sərt tənqid edilmişdi. Halbuki Smitin ailəsi iddia edirdi ki, onun bu addımı İrlandiya Respublikaçı Ordusunun 1994-cü ildə atəşkəs elan etməsində təsirli olmuşdu. İrlandiya Prezidenti Meri Makelis ölkədəki xidmətlərinə görə 1998-ci ildə Smitə fəxri İrlandiya vətəndaşlığı vermişdi.

Smit, sağlamlıq imkanları məhdud insanların incəsənətlə məşğul ola biləcəyi cəmiyyətin yaradılmasını nəzərdə tutan beynəlxalq səviyyədə tanınmış qeyri-hökumət təşkilatı "Çox Xüsusi İncəsənət"-in (ing. Very Special Arts) təsisçisidir. 2011-ci ildə Prezident Barak Obama tərəfindən həmin təşkilatdakı fəaliyyətinə və əlillərə qayğısına görə ABŞ-nin vətəndaşlara təqdim edilən ən yüksək mükafatı olan Prezident Azadlıq medalı ilə təltif edilmişdir.

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Cin Enn Kennedi Massaçusetsin Boston şəhərində böyük bacısı Ketlin Kavendişin səkkizinci ad günündə anadan olmuşdur.[8][9] Cozef P. və Roza Kennedilərin doqquz övladından səkkizincisidir.[10] Prezident Con Kennedi, Senator Robert Frensis Kennedi, Senator Ted KennediXüsusi Olimpiadanın yaradıcısı Yunis Kennedi Şrayverin bacısıdır.[11][12] Deyilənə görə, Kennedi uşaqları arasında ən utancağı və ən tədbirlisidir. Manhettenvil Kollecində təhsil alıb. Burada gələcək gəlinləri Etel Skeykl (Etel 1950-ci ildə Cinin böyük qardaşı Robert ilə ailə həyatı qurur) və Coan Bennett (Coan 1958-ci ildə Cinin kiçik qardaşı Ted ilə ailə həyatı qurur) ilə rəfiqə olur.[13] Kennedi Manhettenvildən 1949-cu ildə məzun olur.[14][15]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Siyasətə daxil olması[redaktə | mənbəni redaktə et]

Kennedinin siyasi fəaliyyəti böyük qardaşı Conun siyasi fəaliyyəti ilə sıx əlaqəli idi. Belə ki, o, qardaşının 1946-cı il Konqres, 1952-ci il Senat və nəhayət 1960-cı il Prezident seçkilərində təbliğat və təşviqat kampaniyasının aparılmasında çalışır. Cin və bacı-qardaşları Cona Texas və Viskonsin kimi qabaqcıl ştatlarda səs toplaması üçün kömək edirdilər. Cin bu kampaniyalarda könüllüdən çox bir bacı kimi dəstəyini nümayiş etdirir və valideynlərinin onlara verdikləri nəsihəti vurğulayırdı: "bir şeyi əldə etmək üçün birgə səy göstərin".[16]

1968-ci ildə Demokrat Partiyasından Prezidentliyə seçkilərin ilkin mərhələsini qazandıqdan sonra iyunun 5-də sui-qəsdə məruz qalan Robert Frensis Kennedinin qətli zamanı Cin və həyat yoldaşı Los-Ancelesdə Ambassador Hoteldə idilər.[17]

Çox Xüsusi İncəsənət[redaktə | mənbəni redaktə et]

1974-cü ildə Cin "Çox Xüsusi İncəsənət" təşkilatını qurmuşdur.[18] Hazırda Con F. Kennedi Mərkəzinin bir departamenti kimi fəaliyyət göstərir. Qurum sağlamlıq imkanları məhdud gənclər və yaşlılar üçün incəsənət və təhsil proqramları təşkil edir. 2011-ci ildə əldə edilən məlumata görə qurumun proqramları 43 ştat və 52 dövlətdə 276,000 şagirdə xidmət göstərib.[19] Smit daha çox əlilin proqramlara cəlb edilməsi məqsədilə təşkilatın nümayəndəsi kimi tez-tez dünya ölkələrinə səfər edir. Onun Corc Plimptonla birgə müəllifi olduğu Cəsarət Salnamələri: Çox Xüsusi Rəssamlar kitabı 1993-cü ilin aprelində Random House nəşriyyat evi tərəfindən çap edilmişdir.[8]

ABŞ-nin İrlandiyadakı səfiri[redaktə | mənbəni redaktə et]

1993-cü ildə Smit ABŞ Prezidenti Bill Klinton tərəfindən ABŞ-nin İrlandiyadakı səfiri təyin edilmişdir.[20] Beləcə ABŞ Prezidenti Franklin Delano Ruzvelt-in hakimiyyəti dövründə ABŞ-nin Birləşmiş Krallıqdakı səfiri təyin edilmiş atasının başlatdığı diplomatik irsi davam etdirmişdir.[21] Səfir kimi, Smit Şimali İrlandiya sülh prosesində əsas rol oynamışdır.[22] Özünün ekumenist görüşlərinin ifadəsi olaraq, heç olmasa bir dəfə Anqlikan birliyinin muxtar əyaləti olan İrlandiya Kilsəsinin kafedralında fikir ümumiliyinə nail olmuşdur.[23]

İrlandiya Prezidenti Meri Makelis ölkədəki xidmətlərinə görə 1998-ci ildə Smitə fəxri İrlandiya vətəndaşlığı vermişdi.[24] Mərasimdə Makelis Smitin "sabitqədəmliyi"ni xüsusilə vurğulamışdı. İrlandiyanın Baş naziri Berti Ahern Smitə belə demişdi: "Siz İrlandiyada hər kəs üçün daha yaxşı həyat qurmağa kömək etdiniz".[18]

10 aprel 1998-ci il tarixli məşhur Belfast Sazişinin bağlanmasından təxminən üç ay sonra — 4 iyul 1998-ci ildə Smit səfir vəzifəsindən azad edildi.[25]

Şinn Feyn qalmaqalı[redaktə | mənbəni redaktə et]

1994-cü ildə ABŞ hökumətinin Şinn Feyn partiyasının sədri Cerri Adamsa viza verməsini dəstəkləyən Cin Kennedi Smit artıq ABŞ xarici siyasətində diqqət mərkəzində idi. Smit regiondakı fəaliyyətinə görə alqışlansa da, viza məsələsindəki mövqeyinə görə tənqid atəşinə tutulmuşdu. Ailəsi iddia edirdi ki, həmin illərdə sülhə nail olma prosesində bu, olduqca həlledici amil idi.[26] Öz xatirələrində qardaşı Ted yazırdı: "Cini inandırmışdılar ki, Adams artıq silahlı mübarizəyə davam etməklə İRA-nın vahid İrlandiya yaratmaq məqsədinə nail olacağına inanmır" və "Onun nə düşündüyünü aşkar etmək, təyyarədən endikdən sonra Cinlə etdiyimiz cəmi bir neçə saatlıq söhbət qədər vaxtımızı aldı — Şimali İrlandiya çıxmazında bir nailiyyət imkanı idi onun düşündüyü ən önəmli məsələ".[27]

1996-cı ilin martında Dublindəki ABŞ səfirliyində ABŞ hökumətinin Adamsa viza verməsi ilə bağlı Smitin xahişini rədd edən və ona "müxalif kanal" məktubu göndərən iki Xarici Xidmət əməkdaşından qisas aldığı üçün ABŞ-nin Dövlət Katibi Vorren Kristofer tərəfindən Smitə töhmət verilmişdi.[28] Xarici Xidmət Jurnalı ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı hesabatını "şiddətli tənqidi" adlandırdı.[29] 1996-cı ilin dekabrında Smitin səfirliyin işçilərinə Dublindəki yaşayış yerini təmir etmək üçün vergi ödəyicisinin pulunu xərcləməklə bağlı təzyiq göstərdiyi ətrafında xəbərlər yayılmışdı.[30][31] Bununla əlaqədar Smitin səfirliyi idarə etməsi Boston Herald qəzeti tərəfindən tənqid edilmişdi. Həmçinin Smitin ABŞ-nin maraqların toqquşması qanunlarını pozduğu da baş qaldıran iddialar arasında idi. 2000-ci il 22 sentyabr tarixli press-relizində ABŞ Ədliyyə Nazirliyi Smitin ona qarşı qaldırılmış iddiaları həll etmək üçün 5,000 ABŞ dolları xərclədiyini bəyan etmişdir.[32]

Mükafatları və sonrakı fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Kennedi Smit (solda) Viktoriya Recci Kennedi ilə birlikdə (2008)

İrlandiyadakı və əlillər cəmiyyətindəki fəaliyyətinə görə Smit bir neçə mükafata layiq görülmüşdür. 1998-ci ildə İrlandiya hökuməti tərəfindən ona fəxri vətəndaşlıq verilmiş,[33] Şimali İrlandiyada sülhə nail olunması və sağlamlıq imkanları məhdud uşaqlara göstərdiyi dəstəyə görə 2007-ci ildə Boston İrland Cəmiyyəti tərəfindən Qızıl medal ilə təltif edilmişdir.[34] 2009-cu ldə Smit və Ted Kennedi Şimali İrlandiyadakı sülh prosesinə dəstəklərinə görə Tippereri Sülh Mükafatına layiq görülüblər.[35]

2011-ci ilin fevralında Prezident Barak Obama tərəfindən əlillərlə çalışmalarına görə ABŞ-nin vətəndaşlara təqdim edilən ən yüksək mükafatı olan Prezident Azadlıq medalı ilə təltif edilmişdir.[36][37]

Xatirə[redaktə | mənbəni redaktə et]

2016-cı ilin oktyabrında Smit, Kennedi klanı haqqında xatirələrindən bəhs edən "Doqquzumuz: Böyüyən Kennedi" kitabını dərc etdirmişdir.[38][39]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

19 may 1956-cı ildə Cin Kennedi Müqəddəs Patrik kafedralına məxsus kiçik kilsədə keçirilən mərasimdə biznesmen Stiven Edvard Smit ilə ailə həyatı qurmuşdur.[18] İki uşağı var: vəkil Stiven Edvard Smit (oğul) və həkim Vilyam Kennedi Smit. İki qızı isə övladlığa götürüblər: Amanda Smit və Kim Smit.[10]

1990-cı il 19 avqustda Stiven Edvard Smit xərçəngdən həyatını itirmişdir.[40] Bir il sonra kiçik oğlu Vilyam Floridada zorlama cinayətini törətməkdə təqsirli bilinsə də, bəraət almışdır.[41][42]

Smitin böyük bacısı Yunis Kennedi Şrayver 11 avqust 2009-cu ildə vəfat etmişdir. Yunisin 14 avqust 2009-cu ildə keçirilmiş yas mərasimində Smit iştirak etməmiş, həmin gün nasaz qardaşları Tedə baş çəkmişdir. Ted Kennedi isə həmin il avqustun 25-də dünyasını dəyişmişdir. Beləcə, Cin Kennedi Smit Cozef və Roza Kennedilərin həyatda qalan tək övladıdır.[13] Smit, Tedin 29 avqustda keçirilən yas mərasiminə qatılmışdır.[43]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Jean Kennedy Smith // John F. Kennedy Presidential Library and Museum. 1979.
  2. 1 2 3 Lundy D. R. Jean Ann Kennedy // The Peerage (ing.).
  3. 1 2 National Library of Israel Names and Subjects Authority File.
  4. 1 2 Jean Kennedy Smith, last surviving sibling of JFK, dies.
  5. 1 2 ean Kennedy Smith murió este jueves a los 92 años. Era la única hermana del expresidente John F. Kennedy aún con vida..
  6. 1 2 Jean Kennedy Smith, last surviving sibling of JFK, dies at 92.
  7. Kindred Britain.
  8. 1 2 "Jean Kennedy Smith". Con F. Kennedinin Prezident Kitabxana-Muzeyi. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  9. Romano, Kristin. "Irish America Hall of Fame: Jean Kennedy Smith". IrishCentral. 10 mart 2011. 2019-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  10. 1 2 HICKS, JOHN R. "William Smith: Low-key Kennedy heir". United Press International. 10 dekabr 1991. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  11. "Who Were John F. Kennedy's Siblings?". YourDictionary. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  12. "Eunice Kennedy Shriver's Death Leaves 2 Living Kennedy Siblings". Fox News. Associated Press. 25 mart 2015. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  13. 1 2 MCMULLEN, TROY. "The Last Kennedy: A Closer Look at Jean Kennedy Smith". ABC News. 26 avqust 2009. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  14. "The History of Reid Castle" (PDF). Manhattanville College. 2022-04-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-16.
  15. "Main Buildings". Manhattanville College. 15 iyul 2018. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  16. Plitt, Todd. "JFK's Sister Jean Kennedy Smith Reflects". USA Today. 26 sentyabr 2010. 2012-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  17. Healy, Paul. "Robert F. Kennedy's assassination: From ballroom to the hospital". New York Daily News. 4 iyun 2015. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  18. 1 2 3 O'Shea, James. "Jean Kennedy Smith to write new book on JFK and her famous family". IrishCentral. 20 mart 2016. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  19. Heim, Joe. "Cuts leave VSA arts programs for the disabled in limbo". The Washington Post. 4 avqust 2011. 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-16.
  20. "Appointments - William J. Clinton". American Foreign Service Association. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  21. Stevenson, Freeman. "Defining moments from John F. Kennedy's life". Deseret News. 26 sentyabr 2013. 2019-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  22. "Last living sibling of John F. Kennedy celebrates her 91st birthday". IrishCentral. 20 fevral 2019. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  23. McGarry, Patsy. "US ambassador takes Communion in Christ Church 'as private citizen'". The Irish Times. 22 dekabr 1997. 2022-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  24. Romano, Kristin. "Jean Kennedy Smith: Irish America Hall of Fame". Irish America. 17 aprel 2011. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  25. "A Job Well Done". Irish Times. 4 iyul 1998. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  26. O'dowd, Niall. "Ted Kennedy's Touching Tribute to Sister Jean Kennedy Smith". IrishCentral. 17 sentyabr 2009. 2019-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  27. Kennedy, Edward M. True Compass: A Memoir. New York: Twelve, 2009. Print.
  28. Engleberg, Stephen. "U.S. Says Envoy to Ireland Wrongly Punished 2 Colleagues". The New York Times. 8 mart 1996. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  29. Gilbert, Richard (iyul, 1996). "Dissent in Dublin – For 2 FSOs, Cable Drew Retribution And Frustration" Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine. Foreign Service Journal. Accessed 25 avqust 2009.
  30. Boston Herald Abstract (Undated) (full article requires purchase). Battenfeld, Joe (19 dekabr 1996). "Queen Jean – Kennedy Sis Spends Bundle to Redecorate Embassy Home" Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine. Boston Herald. Accessed 1 sentyabr 2009.
  31. Boston Herald Abstract (Undated) (full article requires purchase). Battenfeld, Joe (20 dekabr 1996). "Jean K Rug Plan Floored Aides – Ambassador Ordered Carpet via Family Associate" Arxivləşdirilib 2012-10-22 at the Wayback Machine, Boston Herald. Accessed 1 sentyabr 2009.
  32. "Department of Justice and Former Ambassador Settle Allegations of Conflict of Interest Violation" (Press-reliz). United States Department of Justice. 22 sentyabr 2000. 2021-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  33. TYNAN, MAOL MUIRE. "Kennedy Smith given honorary citizenship". The Irish Times. 27 iyul 1998. 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  34. "Gold Medal Dinner & Award Ceremony Honoring Former U.S. Ambassador to Ireland Ms. Jean Kennedy Smith; Gold Medal Dinner & Award Ceremony – May 3, 2007 at the Park Plaza, Boston". Eire Society of Boston. May 18, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 21, 2019.
  35. HAYES, CATHY. "Kennedy family honored with Irish peace award". IrishCentral. 21 iyun 2010. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  36. "President Obama Names Presidential Medal of Freedom Recipients". whitehouse.gov. 15 fevral 2011. 2010-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  37. Goldman, Julianna. "Obama Honors Buffett, George H.W. Bush With Medal of Freedom". Bloomberg News. 15 fevral 2011. 2011-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  38. McClurg, Jocelyn. "Books: New and noteworthy". USA Today. 23 oktyabr 2016. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  39. Kennedy Smith, Jean. The Nine of Us: Growing Up Kennedy. HarperCollins. 25 oktyabr 2016. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  40. McQuiston, John T. "Stephen Smith, 62, Businessman And an Adviser to the Kennedys". The New York Times. 20 avqust 1990. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  41. Margolick, David. "Smith Acquitted of Rape Charge After Brief Deliberation by Jury". The New York Times. 12 dekabr 1991. 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  42. HICKS, JOHN R. "Reasonable doubts led to Smith acquittal". United Press International. 11 dekabr 1991. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.
  43. SMITH, ROBERT. "Rain, Tears At Boston's Farewell To Kennedy". National Public Radio. 29 avqust 2009. 2022-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-21.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]