Ceyran Mahmudova — Vikipediya

Ceyran Mahmudova
Doğum tarixi (59 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Emin Sabitoğlu
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Ceyran Emin qızı Mahmudova (19 iyul 1964, Bakı) — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2023), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru (2018-ci ildən), xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professor, "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceyran Mahmudova 1971–1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır. 1982–87-ci illərdə təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində davam etdirib.

1991-ci ildən 2017-ci ilədək Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dosent, professor vəzifəsində çalışıb.

AAK-ın Sənətşünaslıq və Memarlıq üzrə ekspert şurasının üzvü, 2 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, orta məktəb müəllimləri üçün 2 metodik vəsait, 50-dən çox elmi məqalə müəllifidir.

2017-ci ildən ADMİU-nun "Musiqi sənəti" fakültəsinin dekanıdır. Həmçinin "Mədəniyyət" kanalında "Musiqi Xəzinəsi" verilişinin aparıcılarından biridir.

30 iyul 2018-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.[1]

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif edilmişdir.[2]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan təsniflərinin öyrənilməsi probleminə dair. /Bərbədin 1400 illiyinə həsr olunmuş beynəlxalq simpoziumun materialları. Düşənbə, "Deniş", 1990;
  • Qəzəl ilə təsnifin əlaqəsinə dair. B., "Qobustan" toplusu, № 1, 1991;
  • Təsniflərdə və xalq mahnılarında bayatı janrının təcəssümünün müqayisəli təhlili. AEA-nın Me'marlıq və incəsənət İnstitutunun "Xəbərlər" toplusu. B., № 1, 1997;
  • Azərbaycan xalq mahnılarında rədif, təkrar söz və ifadələrin musiqi təcəssümü haqqında. "Xəbərlər". B., № 1, 1998;
  • Azərbaycan şifahi ən'ənəli musiqisində heca vəzninə aid poetik janrıların təcəssümünün bəzi cəhətlərinə dair. "Xəbərlər". B., № 1, 1998;
  • Azərbaycan bəstəkarlarının mahnılarında beş hecalı mətnlərin təzahürü. "Xəbərlər". B., № 1, 2000;
  • Mahnılarda yaşayan poeziya. "Musiqi dünyası" jurnalı. № 2, 2000;
  • Rəsul Rza və Azərbaycan musiqisi. "Qobustan" toplusu. № 2, 2001;
  • Fikrət Əmirovun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqəsinin bəzi məqamları haqqında. "Musiqi dünyası". № 3–4, 2001;
  • Zərif gözəllik qəlb sirdaşı… /C. Cahangirov/, "Musiqi dünyası". № 3–4, 2001.
  • Emin Sabitoğlunun mahnılarında söz ilə musiqinin qarşılıqlı əlaqələri. "Musiqi dünyası" jurnalı.
  • Respublika elmi konfranslarında mə'ruzə və çıxışlar (1990–2001).
  • Dövri mətbuatda məqalələr (1990–2001).[4]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Gün keçdi (film, 2012)

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. President.Az. "C.E.Mahmudovanın Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 30.07.2018. İstifadə tarixi: 2018-07-30.
  2. "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  3. "Bəstəkar Emin Sabitoğlunun qızı: "Atamın Xədicə Abbasova ilə evlənməsini yaxşı qarşılaya bilməzdik"". 2013-03-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.
  4. "Azərbaycan Bəstəkarlar və Musiqişünaslar birliyi — Ceyran Mahmudova". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-08.