Cek London — Vikipediya

Cek London
ing. Jack London
Doğum adı John Griffith Chaney Lobondon
Doğum tarixi 12 yanvar 1876(1876-01-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 22 noyabr 1916(1916-11-22)[1][2][…] (40 yaşında)
Vəfat yeri
Vəfat səbəbi zəhərlənmə[d], Həddindən artıq doza[d]
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti yazıçı, jurnalist, roman yazıçısı, hərbi müxbir[d], esseist, avtobioqraf[d], ssenarist, fantastika yazıçısı[d], uşaq ədəbiyyatı yazıçısı, yazıçı-səyyah[d], nasir, şair, gündəlik yazıçısı[d]
Fəaliyyət illəri 1895–1916
Əsərlərinin dili ingilis dili
Janrlar naturalizm
Tanınmış əsərləri
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar 1876[1][2][…], San-Fransisko, Kaliforniya[1]22 noyabr 1916[1][2][…], Qlen-Ellen, Kaliforniya[1]) — ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayəromanların müəllifi[3]. Cek Londonun anası Flora Velman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən Villiam Çaney isə astroloq idi. San Fransisko "Chronicle" qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə, Flora Velman Çaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da, ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşaq baxmaq üçün rəfiqəsi Virciniya Prentisə verilir. Beləliklə qaradərili Virciniya londonlular tərəfindən onun mənəvi anası kimi həmişə xatırlanır. Həmin ilin sonlarına doğru Flora Velman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir[4] 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən Viliam Çaneyə bir məktub yazdı. Çaneydən gələn cavab isə çox qəribə idi. Cekin atası olmasının mümkün olmayacağını, çünki iqtidarsız olduğunu söyləyən Çaney, Cekin anasının başqa bir adamla əlaqəsi olduğunu iddia edərək anasına uşağın götürülməsi barədə təkid etməsinin isə böhtandan başqa bir şey olmadığın demişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cek Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.

Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir, lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.

London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır.

Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), Martin İden romanları yazıçıya böyük şöhrət gətirir.

Ailə həyatı[redaktə | mənbəni redaktə et]

Cek Londonun ədəbi fəaliyyəti onun şəxsi həyatını əks etdirir. Axı yazıçının bütün qəhrəmanları maneələrə baxmayaraq, həyatın çətinlikləri ilə mübarizə aparan insanlardır. Məsələn, 1907-ci ildə işıq üzü görən “Həyat eşqi” hekayəsi dostunun xəyanətindən sonra səfərə çıxan tənha bir adamın hekayəsindən bəhs edir. Baş qəhrəman ayağından zədə alır və vəhşi heyvanlarla üz-üzə görüşür, lakin irəliləməyə davam edir. Londonun özünü belə xarakterizə edə bilərsiniz, çünki hər böyük yazıçının uşaqlıqda qarşılaşdığı şeylərdən sağ çıxa bilməz.Həyatda Cek hər zaman gülümsəyən şən və gülməli bir insan idi. Cek qadın seçimində seçici idi və 1900-cü ildə mərhum dostunun nişanlısı Bassi Maddern ilə evləndi.

İlk evliliyindən yazıçının Bess və Coan adlı iki qızı var. Amma kitab müəllifinin ailə həyatını xoşbəxt saymaq olmaz: 4 ildən sonra London həyat yoldaşına boşanmaq niyyətində olduğunu deyib. Niyə Cekin hisslərinin kəskin soyuması var idi, keçmiş həyat yoldaşı uzun müddət maraqlandı, ilk fərziyyə Londonun Anna Strunskaya ilə münasibətini bərpa etməsi idi.Maddern sonradan öyrəndi ki, Londonun yazıçı əvvəlcə nifrət etdiyi Çarmiyan Kittrec ilə münasibəti var. Qız gözəlliyi ilə fərqlənmirdi, həm də ağlı ilə parlamırdı, bəzən kişilərin arxasınca qaçarkən tanışları Çarmiyana gülürdü. Yazıçı niyə əvvəlki arvadını tərk etdi və yararsız bir gəlinə qarışmağa başladı - yalnız təxmin etmək olardı. Sonradan məlum oldu ki, Kittrec çoxsaylı sevgi bəyannamələri ilə Londonu fəth edib. Ən azı London yeni arvadı ilə əyləndi, çünki o, yazıçı ilə eynidir - macərasəyahət həvəskarıdır.

Gənclik illəri[redaktə | mənbəni redaktə et]

Cek London San Fransiskoda anadan oldu. Doğulduğu ev 1906-cı ildə San Fransisko zəlzələsi zamanı çıxan yanğın nəticəsində külə döndü. Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir, lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlat oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir. London işçi ailəsindən gəlirdi. Xüsusilə bölgə kitabxanasında kitablar oxuyaraq özünü yetişdirmişdir. 1885-ci ildə Ouidada italyan bir kəndli uşağın cəmiyyətdə yüksəlişini anladan Siqnayı oxudu. Bu romandakı obraz ədəbiyyat sahəsində hədəflərinə çatması baxımından prototipi olacaqdı.

London 1889-cu ildə Hicmott konserv fabrikində gündə 12–18 saat işləməyə başladı. Bu ağır iş şəraitində canını qurtarmaq üçün borc pul ilə qayıq alaraq dənizçiliyə başladı. 1893-cü ildə Yaponiya sahillərində suiti ovlamaq üçün səfərə çıxan dənizçilərə qoşuldu. Qayıtdıqdan sonra bir elektrik stansiyasında yenidən ağır şəraitdə işləməyə başladı. Bundan sonra işi buraxdı və Kelli-nin ordusuna qoşuldu. Beləliklə işsiz avara həyat tərzi başlamış oldu.

London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Bele ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), Martin İden romanları]] yazıçıya böyük şöhrət gətirir.1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilən London daha sonra Okləndə geri qayıtdı və Oklənd Litseyinə yazıldı. Burda "Aegis" məktəb jurnalında bəzi yazıları nəşr edildi. Cek London ümidsizcə Berkeley Universitetinə girməyi arzu edirdi və 1899-cu ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bildi, amma maddi problemlər səbəbi ilə 1897-ci ildə ayrılmağa məcbur oldu və diplom ala bilmədi.

Ölümü[redaktə | mənbəni redaktə et]

Ömrünün son illərində Cek London yaradıcılıq tənəzzülü yaşadı: yazıçının yeni əsər yazmağa gücü və ilhamı yox idi, ədəbiyyata ikrahla baxmağa başladı. Nəticədə yazıçı spirtli içkilərdən sui-istifadə etməyə başlayır. Cek bu pis vərdişdən əl çəkə bildi, lakin alkoqol onun sağlamlığına mənfi təsir göstərdi.O, böyrək xəstəliyindən əziyyət çəkirdi və anestezik olan morfinlə zəhərlənərək dünyasını dəyişib. Bəzi London bioqrafları hesab edirlər ki, dərmanın həddindən artıq dozası planlaşdırılıb və Cek intihar edib. Bunun üçün ilkin şərtlər var idi: yazıçının əsərlərində intihar mövzusunu izləmək olar. Lakin bu versiya etibarlı sayıla bilməz. Cek Londonun son romanı 1920-ci ildə ölümündən sonra nəşr olunan "Üç ürək" idi. Cek London 1916-cı il noyabr ayının 22-də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir. Onun bütün romanları xalq tərəfindən sevilir.Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962.
  2. 2,0 2,1 2,2 2,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. Haley, James (October 4, 2011). Wolf: The Lives of Jack London. Basic Books. pp. 12–14. ISBN 978-0465025039. (#empty_citation)
  4. "The Book of Jack London". The World of Jack London. Archived from the original on May 11, 2011. Retrieved April 7, 2011. (#empty_citation)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]