Ceff Bezos — Vikipediya

Ceff Bezos
ing. Jeff Bezos
Doğum tarixi 12 yanvar 1964(1964-01-12)[1][2][…] (60 yaş)
Doğum yeri
Uşaqları 4
Təhsili
Fəaliyyəti informatik, təşəbbüskar
Fəaliyyət illəri 1986-cı ildən
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cefferi Priston Bezos (ing. Jeffrey Preston "Jeff" Bezos; 12 yanvar 1964[1][2][…], Albukerke, Nyu-Meksiko[3][4]) — amerikalı sahibkarinvestor. O, dünyanın ən böyük e-ticarət və bulud hesablama şirkəti olan Amazon-un qurucusu, icraçı sədri, keçmiş prezidenti və baş direktorudur. 2023-cü ilin noyabrına olan xalis sərvəti 162 milyard ABŞ dolları olan Bezos həm Bloomberg Milyarderlər İndeksi, həm də Forbes-ə görə dünyanın üçüncü ən varlı şəxsidir. 2017–2021-ci illərdə isə birinci olub.[5][6]

Albukerkedə doğulub, HyustonMayamidə böyüyən Bezos 1986-cı ildə Prinston Universitetini elektrik mühəndisliyikompüter elmləri üzrə dərəcələrlə bitirib. 1986-cı ildən 1994-cü ilin əvvəlinə qədər Uoll-Stritdə müxtəlif sahələrdə çalışıb. Bezos Amazon-u 1994-cü ilin ortalarında Nyu-Yorkdan Seattle-a səyahət edərkən qurub. Şirkət onlayn kitab mağazası kimi fəaliyyətə başlayıb və o vaxtdan video və audio axını, bulud hesablamaları və süni intellekt daxil olmaqla, müxtəlif e-ticarət məhsulları və xidmətlərini genişləndirib. Şirkət bu gün dünyanın ən böyük onlayn satış şirkəti, gəlirlərinə görə ən böyük internet şirkətiAmazon Web Services filialı vasitəsilə ən böyük virtual assistentbulud infrastrukturu xidmətləri provayderidir.

Bezos 2000-ci ildə aerokosmik istehsalçı və suborbital kosmos uçuş xidmətləri şirkəti Blue Origin-i qurdu. Blue Origin-in New Shepard gəmisi 2015-ci ildə kosmosa uçdu və daha sonra uğurla Yerə eniş etdi. Bezos 2021-ci ildə Blue Origin NS-16 gəmisi ilə kosmosa uçmuşdur. O, həmçinin 2013-cü ildə Amerikanın ən böyük qəzeti "The Washington Post"u 250 milyon dollara satın alıb və vençur kapitalı şirkəti Bezos Expeditions vasitəsilə bir çox başqa investisiyaları idarə edir. 2021-ci ilin sentyabrında Bezos "Mail.ru"nun qurucusu Yuri Milnerlə birlikdə Altos Labs biotexnologiya şirkətini təsis edib.[7]

Forbes Milyarderlərin siyahısında ilk senti-milyarder və 1999-cu ildə Bill Geytsdən sonra bu uğuru geridə qoyan ikinci şəxs olan Bezos,[8] 2018-ci ilin iyulunda sərvəti 150 milyard dollara yüksəldikdən sonra "müasir tarixin ən zəngin adamı" seçilib.[9] 2020-ci ilin avqust ayında onun sərvəti 200 milyard dolları keçib.[10] 2020-ci ildə COVID-19 pandemiyası zamanı onun sərvəti təxminən 24 milyard dollar artıb.[11] 5 iyul 2021-ci ildə Bezos Amazon şirkətinin baş direktoru və prezidenti vəzifəsindən istefa verdi və icraçı sədr vəzifəsini üzərinə götürdü. AWS-in baş direktoru Endi Cessi Bezosun yerinə Amazon-un baş direktoru və prezidenti vəzifəsinə keçdi. Bezos 2022-ci ilin sentyabrında 151 milyard dollar sərvəti ilə Forbes 400 siyahısında ikinci yeri tutub.

Həyatı[redaktə | mənbəni redaktə et]

Ceff Bezos 12 yanvar 1964-cü ildə Nyu-Meksiko ştatının Albukerke şəhərində dünyaya gəlib. Valideynlərinin evliliyi bir ildən artıq davam etməyib. Ceff doğulandan sonra onlar boşanıblar. 5 yaşı olarkən anası ABŞ-yə təhsil almağa gələn kubalı Migel Bezos ilə ailə qurub. Ona görə də Ceff ögey atasının soyadını daşıyır.

O, uşaqlıqdan texniki elmlərə maraq göstərib, iti zəkaya və güclü yaddaşa malik olub. Onda mühəndis-konstruktor istedadı daha güclü idi. Belə ki, altı yaşı olarkən buterbrod hazırlamaq üçün folqadan və çətirdən "günəş mikrodalğalı soba" düzəldib.

Ceff gənc yaşlarında olarkən ailəsi Mayamiyə köçür. Prinston Universitetində elektron mühəndisliyi üzrə təhsil alır. Universiteti bitirənə yaxın, Ceff proqramçı kimi çalışmağa başlayır. O, "Wall Street", "Fitel", "Bankers Trust" və "Shaw" şirkətlərində işləyib.

O, bir onlayn mağaza yaratmaq arzusunda idi. Ancaq bu layihə üçün maliyyə lazım idi. Ceff onun layihəsi ciddi qarşılanmadığından investor tapa bilmirdi. Yalnız valideynləri ona görə risk etmiş oldular. Beş il sonra Bezos artıq dünyanın zəngin insanlarından biri idi.

Bezos işə başlamamışdan öncə satış bazarını analiz edir və bu qənaətə gəlir ki, poçt vasitəsilə satılan mallar arasında kitabların satışı zamanı kiçik tələbatdan istifadə edilir. Çünki böyük kataloqları göndərmək baha başa gəlirdi. Bu tip informasiyaları internetdə yerləşdirərək asanlıqla geniş auditoriyaya çatdırmaq mükəmməl bir iş idi.

Amerikalı sahibkar, Amazon İnternet-mağazasının yaradıcısı Cefri Bezos (Jeffrey Bezos) 2000-ci ildə "Blue Origin" şəxsi aerokosmik şirkətini yaratmış və hal-hazırda bu şirkətin rəhbəri vəzifəsində işləyir. "Forbes" jurnalının 2010-cu il üçün nəşr etdiyi məlumatlara görə, Bezos 13,7 milyard ABŞ dolları ilə dünyanın 100 ən varlı şəxslərinin siyahısında 43-cü yeri tutmuşdu.

"Amazon.com"[redaktə | mənbəni redaktə et]

1994-cü ildə şəxsi şirkətini – "Amazon.com"u təsis edir. Onda Ceff öz qərarını belə xarakterizə edir:

"Mən həqiqətən bu ağılsızlığı etməyə hazırlaşıram. Mən internet vasitəsilə kitabların satışı ilə məşğul olacaq şirkətin əsasını qoymaq niyyətindəyəm".

Qısa zaman ərzində "Amazon.com" artıq ABŞ-nin "Barnes & Noble" kimi ən böyük ənənəvi kitab satışı şirkətilə müvəffəqiyyətlə rəqabət aparırdı. Bu səbəbdən "Barnes & Noble" şəxsi internet mağazaları açır. Ceff Bezosun əsas uğuru müştərilərə fərdi yanaşmasında idi.

1999-cu ildə "Amazon.com"un satış həcmi 8 milyard dollara çatır. Həmin il "The Times" jurnalı onu "ilin adamı" adlandırıb.

Ceff Bezos əldə etdiyi uğurlarla kifayətlənməyib. XXI əsrin başlanğıcında o, yeni şirkət yaradıb: "Blue Origin". Şirkət hal-hazırda kosmik nəqliyyat vasitələrinin və texnologiyaların hazırlanması ilə məşğul olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Jeff (Jeffrey) Bezos // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 Jeff Bezos // GeneaStar.
  3. 1 2 https://www.bizjournals.com/albuquerque/news/2017/10/11/albuquerque-is-jeff-bezos-hometown-but-thats-not.html.
  4. 1 2 https://www.abqjournal.com/1480770/bezos-speaks-of-albuquerque-roots-before-congress.html.
  5. "Bloomberg Billionaire Index – Jeff Bezos". Bloomberg L.P. January 13, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 4, 2023.
  6. "Jeff Bezos". Forbes. January 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 10, 2022.
  7. Regalado, Antonio. "Meet Altos Labs, Silicon Valley's latest wild bet on living forever". MIT Technology Review. September 4, 2021. September 5, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 18, 2021.
  8. "The centibillionaire club is expanding". The Irish Times. March 21, 2013. October 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 29, 2020.
  9. "This Is The Richest Person in the World". Forbes. 2019. March 4, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 19, 2019.
  10. Ponciano, Jonathan. "Jeff Bezos Becomes The First Person Ever Worth $200 Billion". Forbes (ingilis). August 26, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 27, 2020.
  11. Evelyn, Kenya. "Amazon CEO Jeff Bezos grows fortune by $24bn amid coronavirus pandemic". The Guardian. April 15, 2020. April 15, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 15, 2020.

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]