Cavidan Novruz — Vikipediya

Cavidan Novruz
Doğum tarixi 12 fevral 1987(1987-02-12) (37 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 1
Atası Ramiz Novruz
Fəaliyyəti aktyor
Təhsili

Cavidan Novruz (Cavidan Ramiz oğlu Novruz; 12 fevral 1987, Bakı) — aktyor, müğənni, bəstəkar.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub.[1]

Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğlu, stilist Şəfəq Novruzovanın qardaşıdır.

Ailəlidir. Turan adında bir oğlu var.[2]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Musiqi[redaktə | mənbəni redaktə et]

Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb.

Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yerə qədər çıxmışdır. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir.

"Son qərar", "Yasandı bitdi", "Gəl gör məni eşq neylədi", "İkimiz" adlı mahnılarını bəstələyib və "Ezizim Fellini" kino-filmdəki soundtrack "Hardasan" mahnısını ifa edib.

Kino[redaktə | mənbəni redaktə et]

Universitetə qəbul olduğu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Cavad xan" filmində ilk böyük rola Cavadxanın kiçik oğlu (Əliqulu xan) roluna dəvət alıb.

Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir çox tamaşalarda rollar alıb və uşaq yaşlarından filmlərdə çəkilib.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Axırıncı yol
  2. Ayıq sürücü
  3. Bəsdir, ağlama! (film, 1999)
  4. Cavad xan. Filmin filmi (film, 2007)
  5. Cavad xan (film, 2009)
  6. Qız atası (teleserial, 2014) (27-ci, 90-cı bölümlər)
  7. Vicdan haqqı (teleserial, 2016)
  8. Axırıncı yol (film, 2016)
  9. Bacanaqlar (film, 2017)
  10. De sən öl (film, 2018) Kama
  11. Komedixana (2019-günümüz)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cavidan Novruz". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  2. "Cavidan Novruz: "Oğlumun bayağı aktyorların sayını artırmasını istəmirəm" - VİDEO". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.