Cavid Bayramlı — Vikipediya

Cavid Bayramlı
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şahbuz rayonu, Azərbaycan
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri Xızı rayonu, Azərbaycan
Dəfn yeri II Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Əhliman Bayramlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Xidmət illəri 2012—2021
Rütbəsi Kapitan
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Zəngilanın azad edilməsi
Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 2020 "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı

Cavid Əhliman oğlu Bayramlı (10 iyun 1994; Şahbuz rayonu, Azərbaycan30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı, Vətən müharibəsinin iştirakçısı. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavid Bayramlı 10 iyun 1994-cü ildə Şahbuz rayonunda anadan olmuşdur. Nuray Bayramlı ilə ailəli idi, 1 övladı yadigar qaldı.

Ali hərbi təhsil aldıqdan sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında "leytenant" olaraq xidmətə başlamışdır. Qısa zamanda "kapitan" rütbəsi almışdır.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kapitanı olan Cavid Bayramlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Müharibə bitdikdən sonra o, xidmətinə davam etmiş və iştirakına görə təltif edilmişdir.

Azərbaycanın Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[1]

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Bayramlı "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[2]

30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[3] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.[4][5] Səngəçal aerodromundan qalxan helikopterdəkilərdən biri olan Cavid Bayramlı hadisə zamanı şəhid olmuşdur. Onun və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş,[6][7] Ceyhun Əhmədxanov və onunla birgə 10 zabit II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.[8]

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  2. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
  3. "Military helicopter crash in Azerbaijan kills 14, wounds 2". Associated Press (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021 – The Times of Israel vasitəsilə.
  4. "Military helicopter crash in Azerbaijan kills 14". Washington Post (ingilis). 30 noyabr 2021. İstifadə tarixi: 1 dekabr 2021.[ölü keçid]
  5. "Azerbaijan says 14 dead in military helicopter crash". Hürriyet Daily News (ingilis). 30 noyabr 2021. 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2021.
  6. Kazımoğlu, Mirmahmud. "Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  7. Qərib, Səid. "Bu gün helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  8. Qərib, Səid. ""Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub". Report İnformasiya Agentliyi (az.). 1 dekabr 2021. 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 dekabr 2021.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". e-qanun.az (az.)). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.