Cavad Həkimli — Vikipediya

Cavad Həkimli
Cavad Həkimli (solda)
Cavad Həkimli (solda)
Doğum tarixi
Doğum yeri Ləmbəli, Noyemberyan rayonu,
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri
Fəaliyyəti hərbçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavad Həkimli (tam adı: Cavad Ataxəlil oğlu Həkimli; 25 dekabr 191827 fevral 2006, Bakı) — Azərbaycan-sovet hərbçisi, İkinci Dünya müharibəsinin iştirakçısı, müharibə veteranı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cavad Ataxəlil oğlu Həkimli 1914-cü il oktyabr ayının 28-də Noyemberyan rayonunun Ləmbəli kəndində anadan olub.

1936-cı ildə sovet ordusunda xidmətə başlayıb, 1938-ci ildə Tbilisi Ali Hərbi məktəbini bitirib. Vzvod komandiri, rota komandirinin müavini, batalyon qərargahının rəisi olub.

1941–42-ci illərdə Krımda gedən döyüşlərdə iştirak edib. 1942-ci ilin mayında ağır yaralanaraq, əsir alınıb. Almaniya, İtaliyaYuqoslaviyanın hərbi əsirlər düşərgəsində saxlanılıb.

Düşərgədəki əsirlərin içərisində Cavad bir nəfər azərbaycanlı ilə tanış olur. Bu, digərlərindən xarakterinə, xasiyyətinə, davranışına, hərəkətlərinə, zarafatçıllığına görə xüsusi seçilən və sonradan əfsanələşən qəhrəman Mixaylo-Mehdi Hüseynzadə idi. Onlar bir-birinə "əmioğlu" deyə müraciət etməyə başlayıblar və getdikcə həqiqi dosta çevriliblər.

II Dünya Müharibəsinin iştirakçısı, əfsanəvi partizan Mehdi Hüseynzadənin komandiri, 162-ci "Türküstan" diviziyasının legioneri, İtaliya və Yuqoslaviya azadlıq hərəkatının qəhrəmanı, "Ruskaya Çeta" rotasının rəhbəri, kapitan Cavad Həkimli 27 fevral 2006-cı ildə vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

https://az.trend.az/azerbaijan/society/2335234.html