Candaroğlu Süleyman bəy — Vikipediya

Süleyman bəy
türk. I. Süleyman Bey
ƏvvəlkiŞəmsəddin Yaman Candar bəy
Sonrakıİbrahim bəy
Şəxsi məlumatlar
Vəfat tarixi 1341
Vəfat yeri
Atası Şəmsəddin Yaman Candar bəy
Uşaqları İbrahim bəy
Əli bəy
Çoban bəy

Candaroğlu Süleyman bəy (v. 1341, Sinop) — 2. Candaroğulları bəyi.[1][2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Atası Şəmsəddin Yaman Candar bəydir. Atasının vəfatının ardından 1309-cu ildə bəyliyi ələ aldı. Bir müddət Əflanidə qalan Süleyman bəy, KastamonuSafranbolu bölgələrini ələ keçirərək bəyliyi genişləndirdi və bəyliyin mərkəzini Kastamonuya daşıdı. O əsnada Pərvanəoğlu Qazi Çələbi də oğul varisi olmadığı üçün Süleyman bəyin təbəəliyini qəbul etmiş, 1322-ci ildə vəfatının ardından qızı hakimiyyəti ələ almağa çalışsa da, Süleyman bəy tərəfindən ələ keçirilərək edam edilmiş, beləcə, Sinopu da ələ keçirərək bu bölgənin idarəsini oğlu İbrahim bəyə, Safranbolunun idarəsini isə digər oğlu Əli bəyə vermişdir. Bəyliyin hüdudlarını genişləndirməsinə baxmayaraq, Süleyman bəy ilk illərində Hülakilərin tabeliyində qalmış, onlara illik vergi verməyə davam etmişdir. Ancaq 1327-ci ildə Əmir Dəmirdaşın Anadolu canişinliyindən alınması və 1335-ci ildə Hülaki xanı Əbu Səid Bahadurın ölümü ilə yaranan siyasi boşluqdan istifadə edərək, Süleyman bəy öz müstəqilliyini elan etdi. Səltənətinin son 5 ilində kəsilən qızıl sikkələrdə istifadə edilən “əs-sultan-ül-əzəm” ünvanı bunun açıq isbatıdır.

Bu səbəblə Candaroğlu bəyliyinin əsas qurucusu olaraq qəbul edilən Süleyman bəy, qonşusu olan Bizans, OsmanlıTacəddinoğullarıyla sabit siyasi əlaqələr saxladı. Buna baxmayaraq onunla eyni dövrdə yaşayan Osmanlı bəyi Orxan Qaziylə bəzi vaxtlar anlaşmazlıq yaşadığı bilinir. Davam edən Osmanlı hücumlarına qarşı Bizansdan gələn sülh təklifini geri çevirən Süleyman bəy, Bizansa aid bəzi qalaları mühasirədə saxlamağa davam etdi. Onun səltənətində baş tutan ən mühüm məsələ isə Sinop qalasının ilhaq edilməsi və beləcə ələ keçirilən Qara dəniz ticarət yolu vasitəsilə Genuyanın şəhər-dövlətləriylə əlaqələrin qurulması oldu. Belə ki, Süleyman bəyin oğlu İbrahim bəyin Sinopdakı valiliyi dönəmində Sinop limanında Genuyaya məxsus təxminən 10 ticarət gəmisi ələ keçirilmişdi.

1331-1332-ci illərdə SafranboluKastamonuya gələn səyyah İbn Bətutə, Süleyman bəyin güclü və heybətli bir hökmdar olduğunu, ətrafında mühüm din adamlarının olduğunu yazır. Bu ziyarət əsnasında Süleyman bəy tərəfindən də qəbul edilən İbn Bətutəyə cins at və yeni geyimlər hədiyyə edilmişdir. Yenə İbn Bətutənin yazdıqlarına görə, Süleyman bəy hər gün ikindi namazından sonra əhalinin dərdlərini dinləyir, hər cümə günü cümə salamlığına çıxarmış. Məmlük tarixçisi Əl-Öməriyə görə, bu dönəmdə Kastamonuda 25 min atlı əsgər saxlanılırdı. Süleyman bəyin 1341-ci ildə vəfatının ardından taxta oğlu İbrahim bəy keçdi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Uzunçarşılı, İsmail Hakkı (1937). Anadolu Beylikleri ve Akkoyunlu, Karakoyunlu Devletleri (2019 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751624574
  2. Yücel, Yaşar (1980). Anadolu Beylikleri Hakkında Araştırmalar I: Çoban-Oğulları Beyliği, Çandar-Oğulları Beyliği, Melikü’l-Ebsar’a göre Anadolu beylikleri (1988 bas.). Türk Tarih Kurumu Yayınları. ISBN 9789751600806
  3. Yaman, Talat Mümtaz (1935). a.g.e, syf. 109