Camal Madanoğlu — Vikipediya

Camal Madanoğlu
türk. Cemal Madanoğlu
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1907(1907-03-22)
Doğum yeri Osmanlı İmperiyası, Uşak
Vəfat tarixi 28 iyul 1993(1993-07-28) (86 yaşında)
Vəfat yeri Türkiyə, İstanbul
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Türkiyə Quru Qoşunları
Xidmət illəri 1926–1961
Rütbəsi general-leytenant
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Camal Madanoğlu (22 mart 190728 iyul 1993, İstanbul) — Türkiyəli hərbçi. 1960-cı il 27 may hərbi çevrilişinin liderlərindən biri.

Həyatı[redaktə | mənbəni redaktə et]

Camal Madanoğlu 1907-ci ildə Uşak ilində dünyaya gəlib. 1923-cü ildə orta məktəbi bitirdikdən sonra Qülləli Hərbi Liseyinə daxil olur. 1926-cı ildə bu məktəbi bitirdikdən sonra 1926-1936-ci illər arasında Muğlada Dağ Alay Komandirliyi, Niğdədə 12-ci piyada alayında, Cizrədə 7-ci Sərhəd batalyonunda, Urfada Jandarmeriya Komandirliyində, Siirtdə Səyyar Jandarmeriya Batalyonunda müxtəlif vəzifələri icra edir. 1936-cı ildə Yüzbaşı rütbəsini alır. Həmin il Quru Qüvvələrinin Siirt 1-ci Piyada Alayı Bölük Komandiri vəzifəsinə gəlir. Daha sonra 189-cu Piyada Alayında və 1-ci Topçu alayında çalışdı. 1938-1941-ci illərdə Hərbi Akademiyada ali təhsil aldı.

Uzun illər müxtəlif ordu hissələrində işləyən Madanoğlu 1953-cü ildə Koreyada Türk Briqada Komandiri köməkçisi vəzifəsini aldı və ölkə xaricinə yollandı. 27 maydan əvvəlki vəzifəsinə 1 oktyabr 1959-da gəldi. Bu zaman ona general-mayor rütbəsində Quru Qüvvələri Logistika şöbəsi başqanlığını etibar etdilər.

27 may hərbi çevrilişində iştirakı[redaktə | mənbəni redaktə et]

50-ci illərin ikinci yarısında Türkiyə çox mürəkkəb bir dövrə qədəm qoymuşdu. Həm iqtisadi, həm də siyasi problemlər əhalini Adnan Menderesin rəhbərlik etdiyi mövcud iqtidara soyutmuşdu. Bu soyuqluq ordudan da yan keçmədi. Orduda bölünmə var idi. Beləki silahlı qüvvələrin rəhbər generalları Menderesi müdafiə edirlərsə, daha aşağı rütbəli hərbçilər hakimiyyətə qarşı çevrilmişdilər. Əleyhdarlar çevriliş planını qurmaq üçün müxtəlif ordu birləşmələrində xuntalar qururdular. Camal Madanoğlu da çevrilişin əsas memarlarından biri idi. Onun rəhbərlik etdiyi xunta 1960-cı il 26 may gecəsində hərəkətə başlayaraq əsas strateji nöqtələri ələ keçirdi və bir-bir DP-li siyasətçiləri həbs etməyə başladı. Bu zaman general Raqıp Gümüşpala üsyançılarla əlaqə saxlayaraq rəhbərlərinin ondan rütbəcə kiçik olduğu təqdirdə hücum edib çevrilişi dağıdacağını bildirdi. Madanoğlu ona cavabında rəhbərlərinin keçmiş baş qərargah rəisi Camal Gürsəl olduğunu dedikdə Gümüşpala prosesə qarışmadı. Beləliklə çevriliş uğurla başa çatdı. Yaradılan Milli Birlik Komitəsində (MBK) yer aldı. Daha sonra Ankara fövqəladə vəziyyət komandanlığı vəzifəsini öz üzərinə götürdü. MBK-də yaranan fikir ayrılığından sonra 6 iyun 1961-ci ildə komitədən ayrıldı və təqaüdə çıxdı.

Sonrakı illərdə həyatı[redaktə | mənbəni redaktə et]

22 fevral 1962-ci il və 20 may 1963-cü illərdə Tələt Aydəmirin rəhbərlik etdiyi və uğursuzluğa düçar olan hərbi çevrilişlərin təşkilində iştirak etməkdə günahlandırıldı[1]. 1966-cı ildə dövrün prezidenti Cövdət Sunay tərəfindən kvota senatoru təyin edildi. 9 mart 1971-ci ildə uğursuz olan daha bir çevrilişdə əli olduğu iddia edilir.[2]. 12 mart 1971-ci il hadisələrindən sonra həbs edilsə də, sonradan azad edildi.

Cümhuriyyət qəzetində xatirələrini bölüşən Madanoğlu bu yazıların bir qismini kitablaşdıraraq 1982-ci ildə "Anılar" adı altında dərc etdirdi.

Camal Madanoğlu 28 iyul 1993-cü ildə İstanbulda vəfat edib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Cumhuriyet'in kuruluşunda katiller var - Neşe Düzel". 2013-04-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  2. "Komuta kademesinin belgeden haberi olmasa bari..." 2009-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.