Cabir İmanov — Vikipediya

Cabir İmanov
Cabir Qorxmaz oğlu İmanov
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.[1]
Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı. 1 mart 2019-cu il.[1]
Doğum tarixi (47 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Qorxmaz İmanov
Fəaliyyəti aktyor, rejissor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2015
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cabir İmanov (tam adı:İmanov Cabir Qorxmaz oğlu; 22 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, "Parni iz Baku" KVN komandasının üzvü, Azərbaycan Respublikasının əməkdar artisti (2015).

Həyatı[redaktə | mənbəni redaktə et]

Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçib. 1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2003-cü ildə həmin universiteti bitirib. İxtisasları: İqtisadçı, hüquqşünas. 1999–2018-ci illərdə Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Təqaüddə olan polis polkovnik-leytenantıdır.

1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olmuşdur.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyorudur. 14 sentyabr 2015-ci il tarixdə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2] 16 oktyabr 2021-ci il tarixdə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 4 övladı var.

  • AMEA—nın müxbir üzvü, İspaniya Kral Akademiyasının üzvü, professor, İqtisad Elmləri doktoru Qorxmaz İmanovun oğludur.
  • Azərbaycanın əməkdar artisti, aktyor Tahir İmanovun qardaşıdır.
  • Azərbaycanın xalq artisti, Şöhrət ordenli bəstəkar Süleyman Ələsgərovun nəvəsidir.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Etimad telefonu (film, 2001) — Tahir
  2. Bir anın həqiqəti (film, 2003) — Əkbər Usubov
  3. Məhəllə (film, 2003) — Elşən (Eliş)
  4. Məhəllə 2 Moskvada (film, 2004) — Elşən (Eliş)
  5. Tam məxfi (film, 2004) — İsrafil
  6. Məşədi İbad-94 (film, 2005)—Qoçu
  7. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  8. Bir kəndin sevinci (serial 2012)-serjant
  9. Ölülər XXI əsr (film, 2016)
  10. Ağanatiq (film, 2017) — Ağanatiq
  11. Bəxt üzüyü 2 (film, 2017)
  12. Məhəllə 3 (film, 2019) — Elşən (Eliş)
  13. Ağanatiq 2 (film, 2021) — Ağanatiq

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər Arxivləşdirilib 2023-06-28 at the Wayback Machine. president.az, 01.03.2019 (az.)
  2. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2015-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-14.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]