CS Dinamo Buxarest QVK — Vikipediya

Rumıniya Dinamo Buxarest
Loqonun şəkli
Ölkə
Şəhər Buxarest
Ləqəb(lər) Dinamo Romprest Bucureşti
Rəng(lər) qırmızı-
        
Yaranma tarixi 1948
Meydança Lucian Grigorescu Sports Hall Bucharest[1]
Prezidenti Rumıniya Eduard Chermes
Baş məşqçisi Rumıniya Marian Constantin
Liqa Divizia A1
2012-13 2
Ev
Səfər
Rəsmi saytı


"Dinamo Buxarest" (rum. Dinamo București) — Rumıniyada fəaliyyət göstərən idman klubudur. Bu ölkənin ən nüfuzlu və böyük şəhəri,həmçinin paytaxtı olan Buxarest şəhərini təmsil edir. İdman klubu ən böyük xərci Dinamo Buxarest Futbol Klubuna edir. CS Dinamo Buxarest QVK isə bu klubun qadın voleybol şöbəsidir. Adının əvvəlindəki "CS" da Clubul Sportiv yəni,idman klubu mənasına gələn söz birləşməsinin qısaldılışıdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

1948-ci ildə qurulan Dinamo Buxarest Qadın Voleybol Komandasının Rumıniya çempionatındakı ilk nailliyyəti 1957-ci ildə qazandığı çempionluq olur. Daha sonra ölkə çempionatında Rapid Buxarest hakimiyyəti başlayır. Bu hegomonluq 1968-ci ilə qədər davam edir.1974-cü ildə isə ölkə çempionatında Dinamo qasırğası baş verir. Ardıcıl 10 dəfə ölkə çempionluğunu CS Dinamo Buxarest QVK qazanır. Yalnız 1985-ci ildən sonra ölkə çempionatının kuboku buxarestlilərin muzeyini tərk edir.[2] Komandanın son ölkə çempionluğu isə 1989-cu ilə təsadüf edir, bundan sonra komandanın nə Avropada, nə də ölkə daxilində elə bir uğuru olmur. Yalnız iki dəfə təzə-təzə təşkil edilən ölkə kubokunu qazanılır. Bir də komanda ara-sıra qazandığı wildcard bileti ilə qitənin ən nüfuzlu yarışı CEV Qadınlar Çempionlar Liqasında iştirak edir. Ancaq hələ ki, komanda bu turnirdə qrup mərhələsini adlaya bilmir.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • RumıniyaRumıniya çempionatında yaşadığı çempionluqlar
1956-57, 1857-58, 1959-60, 1960-61, 1961-62, 1962-63, 1965-66, 1966-67, 1968-69,
1974-75, 1975-76, 1976-77, 1977-78, 1978-79, 1979-80, 1980-81, 1981-82, 1982-83,
1983-84, 1984-85, 1988-89
  • Rumıniya kubokunda yaşadığı çempionluqlar
2009-10, 2011-12

Heyəti[redaktə | mənbəni redaktə et]

2013-14 mövsümü üçün[3]

Nömrə Oyunçunun adı Mövqeyi Boyu(metr) Çəkisi(kq) Doğum tarixi Blok yüksəkliyi (sm)
1 Bolqarıstan Nenova Diana Toppaylayıcı 1.80 65 1985 290
2 Rumıniya İrina Andreika Toppaylayıcı 1.80 58 1994 280
3 Rumıniya Stefan Ana-Mariya Hücumçu 1.80 71 1981 300
4 Rumıniya Lupesku Nikoleta Hücumçu 1.77 62 1999 290
5 Rumıniya Karmen Markoviki Blokçu 1.90 78 1973 300
6 Bolqarıstan Tsvetelina Zarkova Blokçu 1.88 76 1986 300
7 Rumıniya Liyana Smarandaçe Blokçu 1.87 70 1989 295
8 Rumıniya Loredana Filipaş Blokçu 1.97 79 1997 300
9 ABŞ Nikola Davis Diaqonal 1.62 66 1982 290
10 Rumıniya İoana Bakiyu Diaqonal 1.84 70 1990 300
11 Rumıniya Diana Karbuneanu Hücumçu 1.82 67 1995 295
13 Bolqarıstan Mariya Karakaşeva Hücumçu 1.82 68 1988 290
14 Rumıniya Daniyela Minka Toppaylayıcı 1.77 62 1971 280
15 Rumıniya Mirela Coryeutanu Hücumçu 1.92 79 1977 300
15 Rumıniya Mihaela Pamfil Hücumçu 1.65 57 1996 250

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]