Sakit okean frankı — Vikipediya

CFP Franqı (Fransıcza: franc pacifique; ISO 4217: XPF) və ya sadəcə frank (franc). Fransa dənizaşırı kollektivliklərinə aid olan Fransa Polineziyası, Yeni KaledoniyaUollis və Futunada istifadə edilən rəsmi milli valyuta.

CFP sözünün açılımı[redaktə | mənbəni redaktə et]

İlk öncələr CFP qısaltması Colonies Françaises du Pacifique sözlərinin baş həriflərinin qısaltması idi və qısaltmanın açması "Sakit Okean Fransız Koloniləri" demək idi. Daha sonralar isə mövcud olan CFP qısaltması, müvafiq olaraq öncə Communauté Financière du Pacifique (yəni "Sakit Okean Maliyə Cəmiyyəti" və sonra isə Comptoirs Français du Pacifique (yəni "Sakit Okean Fransız Eksçeinci") olaraq dəyişdirildi.

ISO 4217 valyuta kodu XPF-dir. Avro ilə XPF = 0,00838 avro nisbətinə görə sabitlənmişdir. CFP Franqı Institut d'émission d'Outre-Mer tərəfində buraxılır.

26 fevral 2022-ci ildə qüvvəyə minən 15 sentyabr 2021-ci il tarixli sərəncam, CFP frank adını "Sakit Okeanın Fransız icmalarının frankı" kimi müəyyən edir.[1].

CFP Franqının pul vahidləri[redaktə | mənbəni redaktə et]

Kağız pullar:[redaktə | mənbəni redaktə et]

  • 500 CFP Franqı
  • 1000 CFP Franqı
  • 5000 CFP Franqı
  • 10000 CFP Franqı

Sikkələr:[redaktə | mənbəni redaktə et]

Vahid Ön hissəsi Arxa hissəsi
1 CFP Franqı
2 CFP Franqı
5 CFP Franqı
10 CFP Franqı
20 CFP Franqı
50 CFP Franqı
100 CFP Franqı

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]