CAR iqtisadiyyatı — Vikipediya

2006-cı ildə CAR-ın eksport xəritəsi

Sənaye-aqrar ölkəsi olan CAR Afrikanın ən inkişaf etmiş dövlətidir. Adambaşına düşən ÜDM 11500 dollardır (2013, alıcılıq qabiliyyəti pariteti üzrə). ÜDM-in strukturunda sənaye 29%, kənd təsərrüfatı 2,6%, xidmət sferası 68,4% təşkil edir. Ümumi ÜDM 317,3 milyard dollardı.[1]

Sənayesi[redaktə | mənbəni redaktə et]

Eletromobil Optimal Energy Joule
Jeer Uri
Yük maşımı Samil 100
Avtoçən Samil MPV
Yolmaşını Samil Safari

Sənayenin aparıcı sahələrindən biri mədən çıxarma sənayesidir. Yanacaq-enerji resurslarının əsası daş kömürdür. Elektrik enerjisi başlıca olaraq İES-də istehsal olunur. CAR qızıl, platin, almaz, xromit, manqan filizi, vanadium, antimonit, həmçinin asbest hasilatına, uran konsentratlarının istehsalına görə düyada aparıcı yerlərdən birini tutur. Dəmir filizi, əlvan metal filizlərindən mis, antimonit, qalay, nikel çıxarılır. Emal sənayesi sahələrindən ən çox maşınqayırma[2] və metal emalı inkişaf etmişdir (mədən avadanlığı, qaldırıcı kranlar, qazanlar, d.y. vaqonları və s. istehsalı; əsas mərkəz ləri – Cermiston, Sprinqs, Ferinixinq); qara (Pretoriya, Fanderbeylpark, Ferinixinq, Nyukasl) və əlvan metallurgiya (Sprinqs, Cermiston, Pretoriya, Okip), kimya (mineral gübrələr, lak və boyalar və s. istehsalı; Yohannesburq, Keyptaun, Durban rayonları), yeyinti (Keyptaun, Port-Elizabet və İst-Londonda tərəvəz, meyvə, balıq konservləri istehsal olunur), toxuculuq (Yohannesburq, Durban, Keyptaun və s.) müəssisələri fəaliyyət göstərir. Əsas sənaye rayonları ölkənin şərqində və şimal.-şərqindədir.

Kənd təsərrüfatı[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı məhsullarının böyük hissəsi avropalılara məxsus fermer təsərrüfatlarından daxil olur. Ölkə ərazisinin 10,8%-ini becərilən sahələr, 66,7%-ini çəmən və otlaqlar, 6,7%-ini meşələr tutur. Əsas k.t. bitkiləri: qarğıdalı, buğda, şəkər qamışı. Meyvəçilik (şaftalı, ərik, alma və s.) və üzümçülük inkişaf etmişdir. Sitrus meyvələri, həmçinin banan, ananas, tütün becərilir. Heyvandarlıq, xüsusən qoyunçuluq mühüm əhəmiyyət kəsb edir. Qara mal və davar yetişdirilir (Afrikada aparıcı yerlərdən birini tutur); quşçuluq inkişaf etmişdir.

Nəqliyyatı[redaktə | mənbəni redaktə et]

Dəmir yollarının uzunluğu 20,2 km-dir (2008). Avtomobil yollarının uzunluğu 364,1 km-dir, 62,995 km-i bərk örtüklüdür (2002). Limanları: Durban, Keyptaun, Riçards-Bey, Saldanya, Port- Elizabet, İst-London.

Xarici ticarəti[redaktə | mənbəni redaktə et]

Mineral və kənd təsərrüfatı xam malı, mədənçıxarma sənayesi yarımfabrikatları, kimya və k.t. məhsulları ixrac olunur. Əsas xarici ticarət tərəfdaşları: Çin, Almaniya, ABŞ, Yaponiya, Hindistan.

Mənbə[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. ISBN 978-9952-441-00-0.

İstinadlar [redaktə | mənbəni redaktə et]

  1. "The World Factbook: South Africa" (ingilis). 2020-06-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-12.
  2. "Arxivlənmiş surət". 2016-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-30.