Cənubu göstərən araba — Vikipediya

Çin heroqlifləri
Cənubu göstərən araba
Ənənəvi 指南車
Bəsit 指南车
Pinyin zhi3 nan2 che1
Mənası Bələdçi arabası
Cənubu göstərən araba modeli, Londan elm muzeyi.
Cənubu göstərən araba modeli, Londan elm muzeyi.

Cənubu göstərən araba modeli, Londan elm muzeyi.

Çin tarixi
Çin tarixi
Mədəniyyət • Din • Fəlsəfə • Mifologiyası
Dao • Daosizm • Leqizm • Tao Te Çinq • Konfutsiçilik • Kon Fu Dzı • Lao-tszı • Moizm • Mo-tszı • İn və Yan • Li • 36 stratagem • Citkundo • Kunq-fu • Tay çi çuan  • Uşu • Vin Çun • Dim Mak • Şaolin
Üç hökmdar və beş imperator
Sya sülaləsi
Şan sülaləsi
Çjou sülaləsi
Şərqi Çjou Yaz-Payız
Döyüşən çarlıqlar
Sin sülaləsi
Çu sülaləsi — qarışıq dövr
Han sülaləsi
Qərbi Han
Sin sülaləsi, Van Man
Şərqi Han
Üç çarlıq
Vey
Şu U
Qərbi Çzin
16 barbar Şərqi Çzin
Cənub və Şimal sülalələri
Suy sülaləsi
Tan sülaləsi
Çin Respublikası

Cənubu göstərən araba (çin. ənən. 指南車, sadə. 指南车, pinyin: zhi3 nan2 che1) — Qədim Çində icad edilmiş, əks əlaqə prinsipi ilə işləyən ilk naviqasiya cihazı, bələdçi arabası. Araba üzərində hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq cənubu göstərən insan fiquru quraşdırılmışdır. Mexanizm maqnit kompas prinsipinə söykənmirdi.

Orta əsrlərə qədər geniş tətbiq olunan cənubu göstərən araba dövrünün ən mürəkkəb mexanizmlərindən sayılırdı. Əfsanəyə görə cənubu göstərən araba e.ə. 2600 il qabaq sarı mperator Huan-di zamanında icad edilmişdir. Həqiətə uyğun ola biləcək digər bir fərziyəyə əsasən isə cənubu göstərən araba Ma Tszyun tərəfindən 200-265- ci illərdə Üç çarlıq dövründə icad edilmiş və Vey çarlığının hökmdarı Min-di üçün hazırlanmışdı.

Araba özü ikitəkərli olub, üzərində quraşdırılmış işarə verən insan fiquru differensial ötürücü dişlı çarxcıqlarla təkərlərə qoşulmuşdur.[1] Dişli çarxcıqlı mexanizim elə dəqiqliklə planetar ötürmə üsulu ilə qurulmuşdur ki, arabanın hansı istiqamətdə hərəkət etməsindən asılı olmayaraq insan fiqurunun barmağı cənuba istiqamətlənmiş olur. Bir çox Çin salnamə və tarixi əlyazmalarda cənubu göstərən araba haqqında eyni zamanda işləmə prinsipi haqqında məlumatlar verilmişdir.

Rəvayəti[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə bütün çinlilərin əjdadı sayılan Huan-di Kunlun dağındakı təmtəraqlı sarayında yaşayarmış. Bu dövrdə qeyri-adi silah düzəltmə qabiliyyələrinə malik cadugər div Çi Yu Yan-di tayfası ilə Huan-di tayfası arasına nifaq salmış olur. Cadugər div Çi Yu döyüş zamanı Huan-di ordusunu azdırmaq üçün ətrafı dumana bürüyür. Göz-gözü görməyən dumanda Huan-di cənubi göstərən arabanın köməyiilə yolu tapa bilir və qalib gəlir.[2]

Rekonstruksiya edilmiş cənubu göstərən araba , Expo 2005 Yaponiya

Xronologiyası[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Spektrum der Wissenschaft September 2008, S.42-44, Norbert Treitz, "Zweispurige Kurven"". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.
  2. Mit dem Kompasswagen über den Globus Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine (PDF; 576 kB)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]