Cənubi Koreya əhalisi — Vikipediya

Cənubi Koreya əhalisiKoreya Respublikasının əhalisinin demoqrafik xüsusiyyətləri. 2017-ci ilə olan məlumata görə Cənubi Koreya əhalisinin sayı 51,446,201 nəfərdir[1][2].

Siyahıya alınma[redaktə | mənbəni redaktə et]

2016-cı ilin aprel ayındakı siyahıyaalma hesablamalarına görə Cənubi Koreya əhalisinin ümumi sayı 50.8 milyon nəfər olaraq hesablanmışdır.

2015-ci ildə ərazinin hər kvadrat kilometrinə 505 nəfər düşürdü ki, bu da dünya üzrə orta göstəricidən 10 dəfə çoxdur.

Əhalinin yerləşməsi[redaktə | mənbəni redaktə et]

Ölkənin sürətli inkişaf keçirdiyi illərdə, yəni, 1970-1990-cı illərdə əhalinin əksəriyyəti kəndlərdən böyük şəhərlərə köçmüş və nəticədə, urbanizasiya səviyyəsi yüksəlmişdir. Ölkənin ən böyük şəhəri olan paytaxt Seul, həm də ölkənin əsas sənaye mərkəzi hesab olunur. 2005-ci ildə qeydə alınmış hesablamalarına əsasən Seulda 10 milyon nəfər əhali yaşayırdı. Seul metropolisi hal-hazırda 24.5 milyon nəfər əhalisi ilə (Cənubi Koreya əhalisinin yarısı) dünyanın ən çox məskunlaşmış 2-ci metropolisi hesab olunur. Digər böyük şəhərlər sıra ilə bunlardır: 3.5 milyon əhalisi olan Busan, 2.5 milyon əhalisi olan İnçeon və Daequ, 1.4 milyon əhalisi olan Daejeon.

Əhalinin kəndlərdə yaşayan az bir hissəsi əsrlər əvvəlki kimi geyinir və yaşayırlar. Şəhərlərdə yaşayanlar isə müasir texnologiyalara sahibdirlər və müasir həyat tərzi sürürlər.

Əhalinin formalaşması[redaktə | mənbəni redaktə et]

Əhali beynəlxalq miqrasiya nəticəsində formalaşır. İkinci dünya müharibəsi və Koreya yarımadasının bölünməsindən sonra, təqribən 4 milyon nəfər sərhədi keçərək Şimali Koreyadan Cənubi Koreya ərazisinə daxil olmuşdur. Əhalinin sayı 1955-ci ildə 21.5 milyon nəfər hesablanmış, 2010-cu ildə isə iki qat artaraq 50 milyona çatmışdır.

Artım tempi[redaktə | mənbəni redaktə et]

Cənubi Koreya əhalisinin artım tempi

Əhalinin artım nisbəti 1950-ci illərdə 3%-dən daha çox ikən bu nisbət 2005-ci ildə 0,38%-a qədər geriləmişdir. 1960-cı ildən etibarən sürətli bir şəhərləşmə və çöl sahələrdən şəhərlərə doğru bir köç dalğası başlanmışdır. İndi əhalinin 85%-i şəhərlərdə yaşayır. Bu birdən birə meydana gələn əhali artımı Koreya Respublikasından gedənlərlə tarazlanmışdır.

2009-cu ildə ən aşağı doğum səviyyəsi Cənubi Koreyada qeydə alınmışdır. Əgər bu səviyyə belə azalmağa davam edərsə, 2050-ci ildə əhalinin sayının 13% azalaraq, 42.3 milyon nəfər olacağı gözlənilir. Orta ömür müddətinə görə dünyada 34-cü olan Cənubi Koreyada 2008-ci ildə bu göstərici 79.1 il, 2015-ci ildə isə 81 il hesablanmışdır.

Etnik tərkibi[redaktə | mənbəni redaktə et]

Dünyada etnik və dil baxımından ən çox homogen quruluşa sahib ölkələrdən biri Koreya Respublikasıdır. Əhalinin az bir hissəsi çinlilərdir. Koreyalılar Mançuriyada yüzillər boyu yaşamışlar. Keçmişdəki siyasi, iqtisadi və ictimai sabitsizliklər bir çox koreyalını Amerika Birləşmiş ŞtatlarıKanadaya köçməyə məcbur etmişdir. ABŞ-da əsasən Kaliforniyada çox sayda koreyalı yaşamaqdadır. Koreyalı amerikalıların sayı bir milyondan çoxdur. Hazırda Koreya Respublikasından gedənlərin və ölkəyə gələnlərin sayı bir-birinə bərabərdir.

Koreya Respublikasının iqtisadiyyatı 1990-cı ildən sonra daha da inkşaf etmişdir. Nəticədə hazırda bu ölkədə təxminən 378 000 xarici işçi var. Bu işçi qüvvəsinin böyük bir qismi Cənubi Asiya ölkələrindən gəlmələrdir. Onlar Hindistan, Şri-Lanka, Myanmar, Filippin, RusiyaNigeriyadan gəlmişlər.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Population Projections for Provinces (2013~2040)" (PDF). Statistics Korea. April 16, 2016. September 27, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 20, 2016.
  2. "Major Indicators of Korea". Korean Statistical Information Service. May 6, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 9, 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]