Cəfakeş Eduard — Vikipediya
Cəfakeş Eduard | |
---|---|
Edward the Martyr | |
İngiltərə kralı | |
8 iyul 975 – 18 mart 978 | |
Əvvəlki | Edqar |
Sonrakı | II Etelred |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Uesseks, İngiltərə |
Vəfat tarixi | |
Vəfat yeri | Korf, Dorset, İngiltərə |
Vəfat səbəbi | qəsdən adamöldürmə[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | monarx |
Atası | Edqar |
Anası | Etelfleda |
Dini | Xristian |
Vikianbarda əlaqəli mediafayllar |
Eduard (ing. Eadweard, Edward the Martyr 962, Uesseks, İngiltərə - 18 mart 978) — İngiltərə kralı. Sülhsevər Edqarın birinci həyat yoldaşı Etelfledadan olan oğlu. Pravoslav, Katolik və Anqlikan kilsələrində müqəddəs kimi yad edilir. 975-ci ildə Kinqstonda kral elan edilmişdir.
Ölümü
[redaktə | mənbəni redaktə et]18 mart 978-ci ildə (və ya 979) kral Dorsetşirdə yerləşən Korf qalasına dəvət olunur. Burada onu şahzadə Etelred və anası, Sülhsevər Edqarın ikinci həyat yoldaşı Elfreda gözləyirdilər. Elfredanın qulluqçuları Eduardı dairəyə alaraq əllərini birləşdirdilər və qulluqçuların biri xəncərlə Eduardın sinəsinə zərbə endirdi. Nəticədə Eduard atdan yıxılsa da, ayağı üzəngiyə ilişir. At isə qaçaraq qaladan uzaqlaşır və meşəyə tərəf gedir. Yoldan keçənlər kralın yarımdiri bədəninin atın arxasından sallanaraq yerə çırpılmasını görürlər. Kralın müşayiətçiləri nəhayət atı saxlayırlar, amma Eduard artıq ölmüşdü.