Cırtdanın yeni sərgüzəşti (film, 1973) — Vikipediya

Cırtdanın yeni sərgüzəşti
Janr macəra
musiqili
uşaq
Rejissorlar Nazim Məmmədov
Bəhmən Əliyev
Ssenari müəllifi Fikrət Sadıq
Operator Aleksandr Milov
Bəstəkar Oqtay Zülfüqarov
Rəssam Kamil Nəcəfzadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 9 iyun 1973
Filmin növü qısametrajlı cizgi filmi
Müddət 9 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1973
Texniki məlumatlar 1 hissə
252 metr
35 mm
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanı Cırtdannın bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır.

İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır.

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Fikrət Sadıq
Rejissor: Nazim Məmmədov, Bəhmən Əliyev
Quruluşçu rəssam: Kamil Nəcəfzadə
Operator: Aleksandr Milov
Bəstəkar: Oqtay Zülfüqarov
Səs operatoru: Kamal Seyidov
Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Tamilla Əsgərova (T.Əsgərova kimi), Hüseyn Cavid İsmayılov
Fon rəssamı: Nazim Məmmədov
Rejissor assistenti: Hafiz Əkbərov
Montaj edən: Esmira İsmayılova
Redaktor: Ədhəm Qulubəyov
Filmin direktoru: A.Məhərrəmov

Filmi səsləndirənlər[redaktə | mənbəni redaktə et]

Amaliya Pənahova — Simurq quşu
Məmmədrza Şeyxzamanov — uçan xalça
Ş.Bağırova
Gülnaz Qədirli

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Məmmədov, A. “Cırtdanın yeni sərgüzəşti” [Azərbaycan kinostudiyasının yeni çəkdiyi "Cırtdanın yeni sərgüzəşti" filmi haqqında] //Ədəbiyyat və incəsənət.- 1974.- 28 dekabr.- səh. 16.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258-263.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]