Cığalızadə Yusif Sənan Paşa — Vikipediya

Cığalızadə Yusif Sənan Paşa
يوسف سنان باشا
27 oktyabr 1596 – 5 dekabr 1596
ƏvvəlkiKürəkən İbrahim Paşa
SonrakıKürəkən İbrahim Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Messina, Siciliya
Vəfat tarixi
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti hərbi qulluqçu
Dini Sünni İslam
Rütbəsi Admiral
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cığalızadə Yusif Sənan Paşa (1544[1][2], Messina, Siciliya[1][2]fevral 1606[1][2], Diyarbəkir[1][2]) — 1591–1595 və 1599–1604 tarixlərində ümumilikdə 10 il kaptan-ı dərya, III Mehmed dönəmində 27 oktyabr 1596–5 dekabr 1596 tarixlərində ümumilikdə bir ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Həyatı[redaktə | mənbəni redaktə et]

Cığalızadə Yusif Sənan Paşa 1545-ci ildə Siciliyanın Messina şəhərində əslən Genuyalı olan məşhur Cicala ailəsində dünyaya gəlmiş, əsl adı Scipione Cicala olmuşdur.[3] 1560-cı ildə baş verən Cərbə dəniz döyüşü əsnasında atası ilə birlikdə Osmanlılara əsir düşərək İstanbula gətirilmiş, burada dəvşirilərək Əndəruna daxil olmuşdur. Burada Yusif Sənan adını götürmüş, ailəsi ilə bağlı olaraq isə tarixi qeydlərdə Cığalızadə olaraq qeyd edilməkdədir.

Yusif Sənan Paşa əvvəlcə sarayda silahdar və qapıçıbaşı vəzifələrinə gətirildi. Daha sonra yeniçəri ağalığı ilə saraydan ayrılmışdır. 1583-cü ildə vəzirliyə yüksəldi və İrəvan bəylərbəyi təyin olundu. 1585-ci ildə TəbrizTiflisi mühasirəyə alan Səfəvilərə qarşı güclü müqavimət göstərmiş, 1591-ci ildə kaptan-ı dərya təyin edilmişdir.

Sultan III Mehmedin Əyri Səfərinə komandan olaraq qatılmış, 26 oktyabr 1596 tarixində baş tutan Xaçoba döyüşündə göstərdiyi məharətə görə sədrəzəmliyə yüksəlmişdir. Ancaq döyüş meydanından qaçan sipahi dəstələrinə verdiyi sərt cəza tədbirləri və Krım xanı II Qazi Gəray xanı vəzifəsindən azad etməsi dövlət adamları arasında narazılıqlara yol açdı. Bundan başqa vəzifədən alınan Kürəkən İbrahim Paşanın yenidən sədarətə gətirilməyini istəyən Validə Safiyə Sultan və qızı Ayşə Sultanın da təkidiylə Yusif Sənan Paşa 40 günlük sədarətin ardından vəzifəsindən azad edildi.[4]

Bir müddət Konyada sürgün həyatı yaşayan Yusif Sənan Paşa 1599 tarixində ikinci dəfə kaptan-ı dərya təyin olundu. 1604-cü ildə şərq sərdarı olaraq Səfəvi cəbhəsinə göndərildi və yerinə Bosniyalı Dərviş Mehmed Paşa kaptan-ı dəryalığa gətirildi. 1605 tarixində orduyla birlikdə Təbrizə irəliləyərkən Səfəvi dəstələri ilə qarşılaşdı və məğlub oldu. Orduyla birlikdə Van qalasına çəkildi və bu əsnada 1605-ci ilin dekabr ayında Diyarbəkir yaxınlığında vəfat etdi.

Cığalızadə Yusif Sənan Paşa İstanbulun Cağaloğlu səmtində bir saray və hamam inşa etdirmiş, bu səbəblə səmtin adı Cığalızadə və ya Cağaloğlu olaraq qalmışdır. İnşa etdirdiyi hamam 1741-ci ildə bərpa edilmiş və günümüzə qədər gəlib çatmışdır. Bundan başqa 1590-cı ildə Bağdadda inşa etdirdiyi Cığalızadə Karvansarası da hal-hazırda ayaqda qalmaqdadır.[5]

Həmçinin baxın[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Benzoni G. CICALA, Scipione // Dizionario Biografico degli Italiani (it.). 1981. Vol. 25.
  2. 1 2 3 4 5 Türkiye Diyanet Vakfı Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi (türk.). Ankara: Türkiye Diyanet Vakfı.
  3. Uzunçarşılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.354–357
  4. Danişmend, İsmail Hâmi (1971), Osmanlı Devlet Erkânı, İstanbul:Türkiye Yayınevi.
  5. Tektaş, Nazım. (2009), Sadrâzamlar — Osmanlı'da İkinci Adam Saltanatı. İstanbul:Çatı Kitapları. ISBN 9789758845000