Cəbrayıl Əzimov — Vikipediya

Cəbrayıl Əzimov
Cəbrayıl Əlimuxtar oğlu Əzimov
Doğum tarixi
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (43 yaşında)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti rəssam
Mükafatları "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 1964

Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7 may 192610 iyul 1969) — Azərbaycanın kino rəssamı,[1] Azərbaycan SSR Əməkdar rəssamı (1964).[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Cəbrayıl Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), ÜDKİ-nun Rəssamlıq fakültəsini (1953) bitirib.[3] 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. Qızmar günəş altında filminin çəkilişləri zamanı tanış olduğu Töhfə Əzimova ilə 1958-ci ildə ailə həyatı qurub. 10 iyul 1969-cu ildə vəfat edib. Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Əməkdar rəssamı fəxri adı — 29 iyun 1964

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Fərəcov, S. Filmlərin bədii tərtibat ustası: [Kino rəssamı Cəbrayıl Əzimov haqqında] //Mədəniyyət. - 2015.- 13 may.- S.13.
  2. "Tanınmış kino rəssamı Cəbrayıl Əzimovun 90 illiyinə həsr olunmuş yubiley tədbiri" (Azərbaycan). medeniyyet.info. 26-10-2021 tarixində arxivləşdirilib.
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
  • Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
  • Kazımzadə, A. "Uzaq sahillərdə" "Qızmar günəş altında" yaşayan sənətkar: Kino rəssamı Cəbrayıl Əzimovun 85 illiyi münasibətilə //Mədəniyyət.- 2011.- 28 oktyabr.- səh. 10.