Burj — Vikipediya

Burj
fr. Bourges
Bayraq Gerb
Bayraq Gerb
47°05′01″ şm. e. 2°23′44″ ş. u.
Ölkə  Fransa
Region [[Sentr]]
Başçı Paskal Blank
Tarixi və coğrafiyası
Sahəsi 68.74 km²
Mərkəzin hündürlüyü 153 m
Saat qurşağı
Əhalisi
Əhalisi 66,786 nəfər (2009)
Sıxlığı 9710 nəf./km²
Rəqəmsal identifikatorlar
Poçt indeksi 18033 /18000
Digər
Burj şəhərinin rəsmi internet səhifəsi
Xəritəni göstər/gizlə
Burj xəritədə
Burj
Burj
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Burj (fr. Bourges, lat. Avaricum Biturigum) — Fransanın mərkəzi hissəsində şəhər. Şerdeptinin inzibati mərkəzi.[1]

Əhalisi[redaktə | mənbəni redaktə et]

Əhalisi 66,4 min (2010).[1]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Oron və Eren çaylarının qovuşduğu yerdə yerləşir. Berri kanalında (Luara çayı ilə əlaqələnir) gəmi dayanacağı.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

E.ə. 7-ci əsrdə indiki Burjun yerində kelt yaşayış məskəni yerləşirdi; eramızın 1-ci əsrində Avarik (Avaricum) adı ilə tanınan bu məskən qall tayfası bituriqlərin mərkəzi olmuş, 52 -ci ildə Yuli Sezar tərəfindən işğal edilmişdir. 297-ci ildən Birinci Akvitaniya əyalətinin mərkəzi idi. Orta əsrlərdə Berri hersoqluğunun əsas şəhəri olmuşdur. 14–15-ci əsrlərdə Baş ştatlar dəflərlə burada toplanmışdı. Şəhərin mərkəzi qall-Roma məskəninin (4-cü əsrə aid divar qalıqları) müntəzəm planlı quruluşunu saxlayır.[1]

Memarlığı[redaktə | mənbəni redaktə et]

Sent-Etyenn kilsəsi (1198 – təqr. 1280; möhtəşəm 5-nefli transeptsiz bazilika; 13-cü əsrin əvvəllərinə aid klipta; qərb fasadının Məhşər günü və müq. Etyennin həyatından səhnələri əks etdirən 5 portalı, 1230–80; xor və deambulatorinin vitrajları, 13-cü əsr) Ümumdünya irsi siyahısına daxil edilmişdir. 13–16-cı əsrlərə aid kilsələr də var. Mülki memarlıq abidələri: alovlanan qotika üslubunda fasadı olan tacir Jak Körün evi, 1443–51; Pelvuazen sarayı (15 əsr); Ağ kraliçanın evi (16 əsr) və s. Mare bağları (19 əsr) və Pre-Fişo (1920–30) ardeko üslubunda bağ-parksalma sənətinin nadir nümunəsidir. Beynəlxalq Musiqi Elektroakustikası Akademiyası (1970), Orlean Universitetinin Texnologiya institutu; Berri (1892-ci ildə yaradılmışdır; 16-cı əsrə aid binada yerləşir; qall-Roma dövrünün, orta əsrlərin artefaktları, xalq sənəti), təbiyyat tarixi (1927), dekorativ sənət (1951-ci ildə yaradılmışdır; Lalman hotelinin binasında yerləşir, 16-cı əsrin əvvəlləri; 15–18-ci əsrlərə aid mebel, xalçalar, boyakarlıq əsərləri) muzeyləri. 20-ci əsr rəssamı M.Estevin muzeyi (15-ci əsrin sonu, 17-ci əsr ratuşa binasında), sənətlər muzeyi (arxiyepiskop sarayının binasında, 1680) və s.; “Jak Kör” teatrı fəaliyyət göstərir. Avia və raketqayırma, hərbi, şin (“Mişlen” şirkətinin zavoddu), ağac emalı, yeyinti sənayesi müəssisələri var.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Burj// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 86.