Bumiputra (Malayziya) — Vikipediya

Bumiputra və ya Bumi Putra (Cavi: بوميڤوترا) - Malayziyada malay etnik qrupuna, Qərbi Malayziyada yaşayan oranq əsli qrupları və Şərqi Malayziyada yaşayan bir sıra etnik qruplara aid olan insanları digərlərindən fərqləndirmək üçün istifadə olunan termin. Bumiputra sözü iki sözün "Bhumi" (yer, torpaq) və "Putra" (oğul, övlad) sözlərinin birləşməsindən əmələ gəlmişdir.[1] Bumiputralar üçün Malayziyada bir sıra güzəştlər tətbiq olunmuş və onlar ölkənin digər sakinlərindən üstün hesab olunurlar.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Definition of Bumiputra". 2014-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-16.