Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968) — Vikipediya

Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev
Janr qısametrajlı
sənədli
bioqrafik
Rejissor Oqtay Mirqasımov
Ssenari müəllifləri Rüstəm İbrahimbəyov
Oqtay Mirqasımov
Operator M. Mass
Rəssam Fikrət Bağırov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1968
Filmin növü qısametrajlı sənədli film
Müddət 49 dəq.
Ölkələr Azərbaycan Azərbaycan SSR
Dil rusca
İl 1968
Texniki məlumatlar 5 hissə
1350 metr
Rəng ağ-qara

Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev qısametrajlı sənədli filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1968-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur. 1969-cu ildə Kiyevdə III ZaqafqaziyaUkrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir.

Məzmun[redaktə | mənbəni redaktə et]

Sənədli film dövrümüzün ən böyük sənətkarı, SSRİ xalq artisti, Lenin Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin həyat və yaradıcılıq yollarına həsr olunmuşdur.[1]

Filmdə onun əsərləri səslənir, bəstəkar haqqında müasirləri danışırlar. Burada bəstəkarın daxili aləmi, onun yaradıcılıq laboratoriyası, özünəməxsus iş üsulu, pedaqoji fəaliyyəti əks olunmuşdur. Onun özünün söhbətləri, anası Sona xanımın çıxışı da filmə daxil edilmişdir.[1]

Film-essedə Qara Qarayevin ən həyəcanlı anları-onun iş zamanı musiqi aləminə uyuduğu vaxtlar "gizli kamera" ilə çəkilmişdir.[1]

Filmin ən təsirli epizodlarından biri Q. Qarayevin skripkaçalan L. Koqanla məşq etməsi səhnəsidir. Bu, iki böyük sənətkarın çox mühüm yaradıcılıq apofeozudur.[1]

Festival və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • 1969-cu ildə Kiyevdə III ZaqafqaziyaUkrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalında sənədli filmə birinci mükafat verilmişdir.[1]
  • 1969-cu ildə İrəvanda Zaqafqaziya respublikaları xronikal-sənədli, elmi-kütləvi və televiziya filmlərinin "Prometey-69" kinobaxışında filmə birinci priz, ən yaxşı operator işinə görə operator M. Massa diplom, Ermənistan Bəstəkarlar İttifaqı İdarə heyətinin diplomu və prizi verilmişdir.[1]
  • 1970-ci ildə yaradıcı qrup Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür.[1]

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan sənədli kinosunda irəliyə doğru addım hesab edilən bu kinolenti novator film-esse adlandırırlar.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 111-112

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 173.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1968-ci ilin Azərbaycan filmləri
1960-cı illər Azərbaycan filmlərinin siyahısı

Xarici keçid[redaktə | mənbəni redaktə et]

Filmi izlə (rus dilində)