Buça qətliamı — Vikipediya

Buça qətliamı
Əsas münaqişə: Rusiya-Ukrayna müharibəsi
Ümumi məlumatlar
50°32′15″ şm. e. 30°13′08″ ş. u.
Yeri Ukrayna Ukrayna, Buça
Tarix mart 2022[2][3]
Ölü sayı 1000-dən çox (Ukrayna mənəblərinə görə)[1]
Törədən(lər) Rusiya Rusiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Buça qətliamı və ya Buça soyqırımıRusiya-Ukrayna müharibəsi gedişində Buçanın dinc sakinlərinə qarşı Rusiya Silahlı Qüvvələri tərəfindən törədilmiş kütləvi qətlişgəncələr.[4] Ukrayna, Polşa, Latviya və Estoniya rəsmiləri bu olayları soyqırımı adlandırıblar.[5][6][7]

Hesabatlar[redaktə | mənbəni redaktə et]

Məhv olunmuş meyitli maşın (2022-ci ilin aprelin 2-i)

The Kyiv Independent yazdığına görə, martın 4-də Rusiya qüvvələri it sığınacağına yemək çatdırmaqdan qayıdan üç dinc insanı maşında öldürüb.[8] Martın 5-də, saat 7:15-də içində qaçmağa cəhd edən iki ailə olan iki maşın Çkalova küçəsinə dönən zamanı Rusiya qüvvələri tərəfindən görünüb. Onlar maşınlara atəş açaraq, ikinci maşındaki kişini öldürüblər. Öndə olan maşın isə pulemyot atəşinə məruz qalıb və ordaki iki uşaq və anası dərhal həyatlarını itiriblər.[9]

Sosial medialarda kütləvi qırğınları göstərən ilk video Rusiya qoşunların geri çəkilməsindən sonra, aprelin 2-də yayımlanmağa başlayıb. Buça merinin, Anatoli Fedorukun sözlərinə görə, bölgədə aşkar olunmuş cəsədlərin arasında "yüzlərlə Rusiya əsgərləri" də var idi.[10] Bundan sonra, Rusiya qüvvələrinin işğal zamanı törətdiyi hərbi cinayətlərinin daha çox sübutları aşkar olunmağa başladı.[11] Ukrayna Müdafiə Qüvvələrinin əsgərlərinin sözlərinə görə, onlar Buçanın yanında yerləşən Zabuççyadaki yay düşərgəsinin zirzəmisində on səkkiz kişi, qadın və uşaq meyitini şikəst edilmiş vəziyyətdə tapmışlar.[12] Ukrayna ordusunun çəkdiyi videoda həmin zirzəmi işgəncə otağı kimi görünür.[13] Əsgərlərdən biri deyib ki, bəzi bədənlərin qulağı kəsilib və dişləri çıxarılıb və həmçinin qeyd edib ki, onlar müsahibədən bir gün əvvəl zirzəmidən çıxarılıblar.[12] Bir çox mülki şəxslərin meyitləri yollarda idi.[10] Azadlıq Radiosunun apardığı araşdırmada həmin zirzəminin edam otağı olaraq işlədilməsini aşkar edib.[14]

CNN,[15] BBC[16]AFP[17] yaydıqları videolarda Buça küçələrində meyitləri görmək olar. Onların bəzilərinin ayaqları və əlləri bağlanmış idi. BBC bir küçədəki 20 meyiti tedqiq etmişdi. Onların bəzilərinin gicgahına mərmi vurulmuşdu, bəzilərini isə tank əzmişdi.[18]

Ukrayna ombudsmanı, Lyudmila Denisovanın sözlərinə görə "Ukraynalıların soyqırımı" çərçivəsində Rusiya əsgərləri cinsi zorakılığı da mülki şəxslərə qarşı işlədirdi. O qeyd edib ki, 2022-ci ilin aprelin 6-da təsis olunan qaynar xəttə yaşları 14 və 24 arası olan qızların və qadınların ən azı 25 zorlama olayı haqqında məlumat verilib.[19]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

ing. Human Rights Watch (HRW) illik hesabatında qeyd etmişdir ki, bu, Ukraynanın bir çox digər yaşayış məntəqələrində də müşahidə olunub və beləliklə, rus qoşunlarının davamlı təcrübəsidir.[20][21]

Ukrayna[redaktə | mənbəni redaktə et]

Ukrayna olayı mülki şəxslərin qətli və hərbi cinayət olaraq xarakterizə edib. Qeyd olunur ki, həlak olanlar mülki geyimlərdə və silahsız idilər. Ukrayna hökumətinin sözlərinə görə, hazırda hərbi cinayətlərin, o cümlədən Buça qətliamının sübutları toplanılır.[22]

Rusiya[redaktə | mənbəni redaktə et]

Rusiya Müdafiə Nazirliyi öz teleqram kanalında Rusiya qüvvələrinin döyüş zamanı mülki əhalini hədəfə aldığını inkar edən hesabatı paylaşıb. Hesabatda iddia olur ki, şəhərdəki kütləvi məzarlıq əslində Ukraynanın hava hücumunun qurbanlarıdır. Rusiya tərəfi Buçadakı mülki əhalinin cəsədlərini göstərən videoların analizində həmin bədənlərin tərpəndiyi deyib. Lakin həmin iddiaların BBC-nin Moskva şöbəsi tərəfindən araşdırması tərəfindən inkar olunub və deyilir ki, video uydurma deyil.[23]

Başqa ölkələr[redaktə | mənbəni redaktə et]

Moldova Prezidenti Maya Sandu olayı "insanlıq əleyhinə cinayət" adlandırıb və 2022-ci ilin aprelin 4-ü Rusiya-Ukrayna müharibəsində həlak olan Ukraynalılar xatirəsinə Moldovada matəm günü elan edib.[24] Bu cür qınamalar həmçinin Finlandiya,[25] Litva,[26] Polşa[27] və Türkiyə[28][29] dövlət xadimləri tərəfindən ifadə edilib.

ABŞ Prezidenti Co Bayden Putini hərbi cinayətlərə görə mühakimə edilməsi üçün çağırış edib. O, Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini dəstəkləyib.[30][31]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mənbələr[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Burying Bucha". BBC News. 6 April 2022. 13 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  2. Satellite images show bodies lay in Bucha for weeks, despite Russian claims..
  3. Satellitenbilder als weitere Beweise // Ablenken, dementieren, verwirren.
  4. Forrest, Brett; Occhicone, Christopher. "In Ukraine, New Reports of War Crimes Emerge as Russians Retreat From Kyiv Area". Wall Street Journal (ingilis). 2022-04-03. 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
  5. Welle (www.dw.com), Deutsche. "Ukraine: Germany's Scholz vows response over Bucha deaths — live updates | DW | 03.04.2022". DW.COM. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-03.
  6. "Polish PM calls the Bucha massacre 'genocide'". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-18.
  7. "Latvian and Estonian parliaments say Russia committed genocide in Ukraine". 2022-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  8. Myroniuk, Anna. "Russian soldiers murder volunteers helping starving animals near Kyiv". The Kyiv Independent. 8 March 2022. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 March 2022.
  9. "'It is a war crime': two young boys among neighbours shot dead during attempted evacuation". The Guardian (ingilis). 2 April 2022. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  10. 10,0 10,1 Stern, David. "Bodies and Rubble in the streets of Bucha following Russian retreat". The Washington Post. 3 April 2022. 2 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  11. "'It was like a movie': Recaptured Bucha recounts violence of Russian invasion". The Guardian. 3 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2022.
  12. 12,0 12,1 Ukraine, Louise Callaghan, Zabuchchya. "Bodies of mutilated children among horrors the Russians left behind". The Times (ingilis). 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  13. "Ukraine says 'torture room' found after Russian troops withdrawal from Bucha". The Independent (ingilis). 5 April 2022. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 April 2022.
  14. Inside An 'Execution Cellar' In Ukraine (ingilis), 7 April 2022 tarixində arxivləşdirilib, İstifadə tarixi: 5 April 2022
  15. "En la ciudad ucraniana de Bucha, los cuerpos sin vida yacen en las calles". CNN (ispan). 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  16. "Ukraine war: Gruesome evidence points to war crimes on road outside Kyiv". BBC News. 1 April 2022. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  17. "War in Ukraine: Street in Bucha found strewn with dead bodies". BBC News. 2 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  18. "Ukraine war: Ukraine investigates alleged execution of civilians by Russians". BBC News. 4 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2022.
  19. "25 women and girls say they were raped by Russian troops in Bucha - Ukrainian official" (ingilis). BBC News. 6 April 2022. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 April 2022.
  20. Human Rights Watch. Всемирный доклад 2023 (rus). 2023-01-12. 2023-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
  21. Guy, Jack. "Russian forces have committed 'a litany of violations' in Ukraine, says rights group". CNN (ingilis). 2023-01-12. 2023-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-13.
  22. Fedor, Lauren; Cameron-Chileshe, Jasmine; Pop, Valentina. "Ukraine accuses Russian soldiers of killing unarmed civilians". Financial Times. 2022-04-02. 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-03.
  23. "Questions over Russian Bucha denials". BBC News (ingilis). 2022-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-03.
  24. "Maia Sandu anunță zi de doliu național în Republica Moldova după Masacrul de la Bucha". Digi24 (rumın). 3 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2022.
  25. "Sanna Marin ja Sauli Niinistö järkyttyivät: "Sotarikokset on tutkittava"" [Sanna Marin and Sauli Niinistö shocked: "War crimes must be investigated"] (Finnish). 3 April 2022. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  26. "Lietuvos reakcija į karą prieš Ukrainą: Rusijos ambasadorius išsiunčiamas iš šalies, uždaromas konsulatas Klaipėdoje" [Lithuania's reaction to the war against Ukraine: Russian ambassador expelled, consulate in Klaipeda closes]. LRT. 4 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2022.
  27. "Polish Minister Calls for Investigation of Russian Army's Actions in Kyiv Region". US News (ingilis). 3 April 2022. 3 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 April 2022.
  28. "Turkey calls for probe into civilian deaths in Bucha". 6 April 2022.
  29. "Turkey calls for probe into civilian deaths in Ukraine's Bucha". 6 April 2022.
  30. "Biden calls for war crimes trial after Bucha images surface". CNN.com (ingilis). 4 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2022.
  31. "Biden Floats Putin War-Crimes Trial, More Sanctions on Russia". bloomberg.com (ingilis). 4 April 2022. 4 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 April 2022.