Bruklin körpüsü — Vikipediya

Bruklin körpüsü
Brooklyn Bridge
Xəritə
40°42′20″ şm. e. 73°59′46″ q. u.
Keçid İst-River boğazı
Yeri Manhetten[1], Bruklin[1]
Material polad, daş[d]
Uzunluğu
  • 1.830 m
Eni 25,9 m
Hündürlüyü 84 m
Tikintinin başlanma tarixi 1869
Tikintinin bitmə tarixi 1883
Açılışı 24 may 1883[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bruklin körpüsü (1877)

Bruklin körpüsü (ing. Brooklyn) — 1883-cü ildə Nyu-Yorkda Röblinq tərəfindən salınmış ən qədim asılqan körpülərdəndir. O, Nyu-York sitidə İst River çayının üzərindən keçərək şəhərin ManhettenBruklin ərazilərini birləşdirir. Tikildiyi dövrdə Bruklin körpüsü dünyanın ən böyük körpüsü idi. Bu körpü o dövrdə mövcud olan bütün körpüləri uzunluğu və eninə görə 50% keçmişdir. Tikildəndən sonra o tezliklə Nyu-York üçün əzəmət rəmzinə çevrilərək "gözəl həyatı" simvolizə edirdi.

Bruklin körpüsü alman əsilli arxirektor Cohn Avqust Röbling tərəfindən layihələndiirlmişdir. Tikintiyə başlayndan az sonra bir qəza nəticəsində Röbling xəsarət alır və üç həftə sonra vəfat edir. Bundan sonra layihənin rəhbərliyini onun oğlu mühəndis Vaşinqton Röbling davat etdirir. O atasının 1867-ci ildə başladığı körpünü tikib başa çatdırır. Bu körpünün uzunluğu 1,15 km, eni isə 486 m-dir. Bruklin körpüsü o dövrdə dünyada polad məftillərdən hazırlanmış ən böyük asılqan körpü idi. Bruklin körpüsü Nyu Yorkla Manhetteni birləşdirərək nəqliyyat şəbəkəsinin inkişafında önəmli rol oynamışdır.

Bruklin körpüsün panoraması
Bruklin körpüsün gecə panoraması

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]