Bosniya və Herseqovinada turizm — Vikipediya

Neum şəhəri — Bosniya və Herseqovinanın Adriatik dənizi sahilləri

Bosniya və Herseqovinada turizm iqtisadiyyatın ən tez inkişaf edən sahələrindən biri. Bosniya müharibəsindən sonra ölkədə turistik infrastruktur sürətli şəkildə inkişaf edir. 1995—2000-ci illər ərzində ölkəyə gələn turistləri sayında illik ortalama 24 %[1] artım müşahidə edilmişdir. 2013-cü ildə Ümumdünya İqtisadi forumunda Travel and Tourism Competitiveness Report tərəfindən Bosniya və Herseqovina turistlərə ən xoş münasibət bəsləyən ilk səkkizliyə daxil edilmişdir[2].

2012-ci ildə Bosniya və Herseqovinada 747 827 turist qeydə alınmışdır. Üstəlik bu turistlərin 58,6 % xarici ölkələrdən gələnlər olmuşdur[3]. 2012-ci ildə ölkəni ziyarət edən turistlərin ölkələr üzrə göstəriciləri: Xorvatiya (16,2 %), Serbiya (13,1 %), Polşa (8,1 %), Sloveniya (7,4 %), İtaliya (6,5 %) və Türkiyə (6 %)[3]. 2017-ci ildə Bosniya-Herseqovinada 1,307,319 nəfər turist qeydə alınmışdır. Bu isə keçən ilki ilə müqayisədə 13,7% artım deməkdir. Turistlərin 71,5% -i xarici ölkələrdən gələnlər təşkil etmişdir.

Dünya Turizm Təşkilatının qiymətləndirilməsinə görə 1995-2020 illəri arasında Bosniya və Herseqovina turizm böyüməsi baxımından dünyanın ən böyük üçüncü ölkəsi olacaqdır. Lonely Planet kitabçasında dünyanın ən yaxşı şəhərlərinin reytinqində Sarayevo şəhəri 43-cü sıradadır[4]. 2009-cu ilin dekabrında Sarayevo 2010-cu ildə ilk ən çox ziyarət olunacaq on şəhərlərdən biri seçilib[5]. Lonely Planet kitabçasında Dubrovnik (59-cü yer), Lyublyana (84-cü yer) , Bled (90-cı yer), Zaqreb (125-ci yer) və Belqrad (143-cü yer) kimi şəhərlər yer alsada onlar reytiq baxımından Sarayevoya uduzmuşlar. Balkanlarda bircə Afina Sarayevonu üstələyə bilmişdir.

Sarayevoda çoxlu sayda tarixi, dini və mədəni abidələr vardır. Sarayevonun turistik mərkəz rolu oynamasında 1984 Qış Olimpiya Oyunları böyük rol oynamışdır.

Hazırda Bosniya və Herseqovinanın xizək kurortları əvvəlki nüfuzuna qovuşur. Ən böyük xizək mərkəzləri Belaşnisa, İqmanYaxorina ərazilərində yerləşir.

Neum Bosniya və Herseqovinanın yeganə sahil şəhəridir. Bura 24.5 km (15 ml) sahil xəttinə sahibdir. Ölkənin yalnız Adriatik dənizinə çıxışı vardır. Neum dik təpələri, qumlu çimərlikləri ilə turistləri özünə cəlb edir. Şəhər bir neçə böyük turist otelinə sahibdir. Otellərdə qiymətlər qonşu Xorvatiyaya nisbətdə daha aşağıdır. Turizm və onun gətirdiyi ticarət, bölgən iqtisadiyyatına müsbət təsir göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Tourism" (PDF). 2011-07-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2010-05-30.
  2. Blanke, Jennifer; Chiesa, Thea, redaktorlar "The Travel & Tourism Competitiveness Report 2013" (PDF). World Economic Forum. 2013. səh. 455. 2019-11-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-21.
  3. 3,0 3,1 "Statistika turizma. Decembar 2012 // Agencija za statistiku Bosne i Herzegovine" (PDF). 2015-09-23 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-05-21.
  4. Lonely Planet (March 2006). The Cities Book: A Journey Through The Best Cities In The World, Lonely Planet Publications, ISBN 1-74104-731-5.
  5. "Lonely Planet's Top 10 Cities 2010 | Lonely Planet's Top 10 Cities 2010". News.com.au. 2010-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-01-19.

Mənbə[redaktə | mənbəni redaktə et]