Bosniya və Herseqovina bayrağı — Vikipediya

Bosniya və Herseqovinanın bayrağı
Təfərrüatlar
Proporsiya 5:3
Dizayn Hərəkətli tərəfdə mavi şaquli lent və lentin sərhədləri boyu yerləşən sarı düzbucaqlı üçbucaq. Bayrağın qalan hissəsi üçbucağın hipotenuu boyunca yeddi tam, yuxarıda və aşağıda isə iki yarım beşbucaqlı ulduzdan təşkil olunub və mavi rəngdədir.
Dizayner Karlos Vestendorp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bosniya və Herseqovina bayrağı (bosn. zastava Bosne i Hercegovine) hərəkətli tərəfində geniş, mavi rəngli şaquli bir lent və lentin üst hissəsində yerləşən sarı düzbucaqlı üçbucaqdan ibarətdir. Bayrağın qalan hissəsi üçbucağın hipotenuzu boyunca yeddi tam beşbucaqlı ağ ulduz və yuxarıda və aşağıda iki yarım ulduzlu mavi rəngdədir.

Üçbucağın üç təpə nöqtəsi Bosniya və Herseqovinanın üç əsas etnik qrupunu (və ya "yaradıcı xalqları"): Boşnaklar, xorvatlarserbləri təmsil edir.[1] Üçbucaq Bosniya və Herseqovina ərazisinin təxmini formasını təmsil edir.[2] Avropanı təmsil edən ulduzların sayının sonsuz olması nəzərdə tutulur və beləliklə yuxarıdan aşağıya doğru davam edirlər. Bayraqda neytrallıq və barışıq ilə əlaqəli rənglər — ağ, mavi və sarı iştirak etmişdir. Bunlar həmçinin ənənəvi olaraq Bosniya mədəniyyəti və tarixi ilə əlaqəli rənglərdir.[2] Mavi fon isə Avropa bayrağının təsiridir.[3][4]

Bosniyanın milli bayrağı Bosniya və Herseqovinanın təsis qurumlarından olan Bosniya və Herseqovina Federasiyası regional bayrağı kimi də istifadə olunur.

Tarix[redaktə | mənbəni redaktə et]

Qərbi Herseqovinanın 1760 bayrağı[redaktə | mənbəni redaktə et]

aypara və sola işarə edən yaşıl bayraq, Boşnak xalqı tərəfindən Herseqovinanın cənub və qərbindəki sərhəd hissələrində istifadə edilirdi. Osmanlı bayrağından hilalın ölçüsü və istiqaməti, habelə bəzi Qərbi Avropa təsirindən yaranmış haça forması ilə fərqlənir.

1830-cu illər Bosniya üsyanının bayrağı[redaktə | mənbəni redaktə et]

1830-cu illərdə Hüseyn Qradaşçeviçin üsyanında sarı aypara və ulduz olan yaşıl bayraqdan istifadə edildi. Üsyanın məqsədi Bosniyanın Osmanlı İmperiyasından muxtariyyət əldə etməsi idi.

Bosniya Vilayəti 1867–1908 və qısa müstəqillik 1878[redaktə | mənbəni redaktə et]

1878-ci ildə Bosniya müstəqil bir millət olaraq qısa müddətdə mövcud oldu. Bu dövrün bayrağı 1830-cu il Hüseyn Qradaşçeviç üsyanında istifadə edilən bayraqla çox oxşar idi. Yaşıl bir fonda sarı aypara və ulduz yerləşirdi, lakin aypara əvvəlki bayraqdan daha incə idi. Bosniya 1878-ci ildə Osmanlı qoşunlarının ayrılmasından sonra bir neçə ay müstəqil oldu, ancaq bir müddət sonra Avstriyanın əsas gücləri Berlində əldə edilən razılaşmadan sonra Avstriya-Macar imperiyası Bosniyanı işğal etdi. Yaşıl və sarı rəngli bayraq cəmi iki ay istifadə olundu.

Avstriya-Macarıstan imperiyasının tərkibi[redaktə | mənbəni redaktə et]

Avstriya-Macarıstan İmperiyası Bosniya və Herseqovinanı tabe etdikdə bayraq dəyişdirildi. Bosniya əyaləti qırmızı və sarı rəngli üfüqi bayraqdan istifadə etdi, Herseqovina əyaləti isəı eyni bayrağın əks rənglər ilə versiyasını istifadə etdi (sarı və qırmızı).

Demokratik Federal Yuqoslaviya (1942–1946)[redaktə | mənbəni redaktə et]

II Dünya Müharibəsindən sonra, 1945-ci ildə qırmızı ulduzlu bayraq ümumdünya olaraq rəsmi oldu. Bayraq ulduzun böyüdülməsi və dar bir sarı haşiyənin əlavə edilmədi ilə son şəklinə verildi. Bayraq ümumiyyətlə rəsmi binalarda federal respublikanın bayrağı və Yuqoslaviya Kommunistlər Liqasının bayrağı ilə müşayiət olunurdu. Buna görə keçmiş Bosniya və Herseqovinadakı bir çox binada hələ də üç qütblü bayraq tutacağı daşıyır. Bayrağın daha kiçik bir versiyasını mülki əhali istifadə edir, genişlənmiş pankart versiyası isə Yuqoslaviya parlamentinin qarşısında dalğalanırdı.

Yuqoslaviya dövrü (1946–1992)[redaktə | mənbəni redaktə et]

Bosniya və Herseqovina Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olarkən bayraqlar Yuqoslaviyada sosializmkommunizmi simvolizə etmək üçün qırmızı idi. Bosniya və Herseqovinanın Yuqoslaviya hakimiyyəti dövründə də yeni bir gerbi vardı və bu o zaman Bosniya sənayesinin simvolu idi. Bu bayraq Sovet İttifaqının bayrağına və ya Çin bayrağına bənzəyir.

Müstəqil Bosniya və Herseqovina Respublikası (1992–1998)[redaktə | mənbəni redaktə et]

6 aprel 1992-ci ildə Bosniya və Herseqovina Yuqoslaviyadan müstəqillik qazandı və yeni bir bayraq tərtib edildi. Bayraq üçün Bosniya və Herseqovina və Dalmatiya bölgəsi üzərində 1377-ci ildən 1463-cü ilə qədər hakimiyyətdə olan Bosniya Kotromaniç sülaləsinin gerbindən istifadə edilidi. Gerb mavi fon üzərində yerləşən ağ bir zolağın ətrafındakı 6 herald zanbağından ibarət idi. 1992-ci ildə seçilən bayraqda isə mərkəzdə Bosniya Herald zanbağı ilə birlikdə ağ bir fon var. Hal-hazırda bu versiya dövlətin rəsmi bayrağı olmasa da, bayraq qeyri-rəsmi olaraq bosniyalı mülki şəxslər tərəfindən bir növ etnik bayraq kimi,[4] futbol oyunlarında, siyasi mitinqlərdə və digər bu kimi tədbirlərdə istifadə olunur.[5]

Bosniya və Herseqovina Deyton sazişindən sonra[redaktə | mənbəni redaktə et]

Dayton sazişinin imzalanmasından sonra Bosniya və Herseqovinada yaşayan Bosniya serbləri üzərində altı flanş-de-lis olan bayrağı yalnız boşnakları (yəni Bosniya və Herseqovinadakı boşnak müsəlmanları) təmsil etdiyini düşündülər. Beləliklə dövlətin bayrağı 1998-ci ildən sonrakı mövcud bayraq şəklində dəyişdirildi. Bosniya və Herseqovina Parlamentinin bütün tərəflər üçün məqbul olan bir həll qərarı verə bilməməsindən sonra mövcud bayraq BMT-nin Ali Nümayəndəsi tərəfindən təqdim edildi. Rənglərdən başqa, mövcud bayraqda Bosniya dövlətinə aid tarixi və ya başqa istinadlar yoxdur.[4] Bayraq nadir hallarda heç görülür Serb Respublikası vətəndaşları tərəfindən istifadə edilir.[4] Bəzi bosniyalılar bayrağı xoşlamırlar və ya 1992-ci ildən 1998-ci ilə qədər istifadə olunan köhnə Bosniya milli bayrağına (bəzi Bosnaklar tərəfindən bir növ etnik bayraq olaraq istifadə olunur) və ya keçmiş sosialist dövrü Yuqoslaviya bayrağına üstünlük verirlər.[4]

Alternativ versiyalar[redaktə | mənbəni redaktə et]

Təkliflər toplusunda təklif olunan ilk bayraq Çexiya bayrağına bənzər "Çex Nümunəsi" idi. Bosniya və Herseqovinada yaşayan hər üç qurucu xalqı təmsil etmək üçün nəzərdə tutulmuşdu. Növbəti təklif "Laurel budağı" oldu. Bayraq Birləşmiş Millətlər bayrağının açıq mavi rənginə əsaslanırdı. Ortada qızıl bir zeytun budağı vardı. Zeytun budağı BMT-nin emblemindən götürülmüşdür. Budaq saat yönünün əksinə 30 dərəcə ətrafında dünmüş şəkildə idi. Üçüncü təklif "Xəritə" təklifi idi. Açıq mavi rəngdən də istifadə ediləcək bayrağın mərkəzində Bosniya və Herseqovinanın ağ kontur xəritəsi var idi. Buna baxmayaraq konturun rəngini ifadə edən heç bir rəsmi mətn dərc olunmamışdı.

Təkliflərin ikinci dəstində, bütövlükdə Bosniya və Herseqovinanın həqiqətən təmsilçisi olan bayraqlar var idi. İlk bayraq dizaynı qırmızı, ağ və mavi rəngli çapraz zolaqlı üçrəngli naxış idi (Konqo Respublikasının bayrağına bənzər formada, lakin fərqli rənglərdə). Mərkəzdə 10 beş bucaqlı sarı ulduzdan ibarət bir dairənin içərisində sarı rənglə işlənmiş Bosniya və Herseqovinanın mavi xəritəsi olacaqdı. Bayraq 1: 2 nisbətində idi. Təklif olunan ikinci bayraq, Avropa Birliyini təmsil edəcək 12 beşguşəli ulduzdan başqa digər bayrağa çox oxşar idi. Üçüncü dizayn ilk iki dizayndan bir az daha fərqli idi. Diaqonal üçrəngli forma saxlanıldı, ancaq bucağın mükəmməl 45 dərəcə olmaması üçün diaqonal ağ zolaq daha geniş edildi. Mərkəzdə Bosniya və Herseqovinanın yaşıl rəngdə konturlanmış sarı xəritəsi və altında iki yaşıl zeytun budağı var. Zeytun budağı nümunəsi Birləşmiş Millətlər Təşkilatının bayrağında istifadə edilənlə eynidir. Sonuncu dördüncü dizayn, üçüncü dizayndan eyni emblemdə saxlanıldı, lakin diaqonal zolaqları yox idi. Bunun əvəzinə keçmiş Yuqoslaviyaya bənzər mavi, ağ və qırmızı (yuxarıdan aşağıya) üfüqi üçrəngli bir naxış var idi.

Üçüncü təklif qrupu Karlos Vestendropdan gəldi. İlk Vestendorp alternativ bayrağı, bugünkü bayraqla çox bənzər bir bayraq idi və yeganə böyük fərq fonun rənginin BMT mavi olması idi. İkinci Karlos Vestendorp alternativ bayrağı, bir ucdan çıxan çıxan və digər ucuna çatmayan 5 paralel zolaq ilə açıq mavi bir bayraqdır (Birləşmiş Millətlər Təşkilatının bayraq rənglərini istifadə edərək). Rənglər bir-birini əvəz edən sarı və ağ rəngdədir. Üçüncü alternativ bayraqda sahə açıq mavi rəngdə idi və beş dar sarı və beş ağ rəngli dar zolaq var idi.

İnzibati bölgülərin bayraqları[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Outside world chooses new flag for Bosnia". Independent.co.uk. 5 February 1998. 8 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 December 2017.
  2. 2,0 2,1 "The World Factbook: Field listing flag description". Central Intelligence Agency. 1 iyul 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2017.
  3. "New flag imposed on Bosnians". BBC News. England, United Kingdom: British Broadcasting Corporation. 4 February 1998. 15 June 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 14 June 2018.
  4. 4,0 4,1 4,2 4,3 4,4 Lakic, Mladen. "Bosnia's 'Foreign' Flag Still Draws Mixed Feelings". Balkan Insight. 6 December 2017. 10 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2019.
  5. Obad, Kemal. "Geopolitical importance of Bosnia-Herzegovina in global relations". Daily Sabah. Turkey. 23 November 2015. 12 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 January 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]